Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-853/2025 11.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 380 manat pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandımışdır ki, daimi qeydiyyatı Ağdam rayonu Qasımlı ərazi dairəsi Qurdlar kəndinədir. Məcburi köçkün,müharibə veteranı və 3-cü qrup əlillik barədə statusları var. Döyüşlərdə yaralandığına görə şəhadətləndirilmişdir. Ağdam rayonundan məcburi köçkün olduğuna görə Bakı şəhəri Xətai rayonunda məcburi köçkün kimi məskunlaşmışdır. Nizami rayonu ərazisində yerləşən, səkkizinci km bazarında axşamları qohumlarına kömək edərək , bazarda işləyir.Məhkəməyə müraciət edərək bildirir ki, işlədiyi 8-ci kilometr bazarından tanıdığı tanışı, hazırda cavabdeh olan Cavabdeh 2024-cü il oktyabr ayının 8-də ona yaxınlaşaraq işinin yaxşı getmədiyini və ucuz qiymətə topdan mal düşdüyünü bildirərək ondan 600 manat pul istəmişdir. O, üstündə pul az olduğunu bildirərək ona 100 manat cibindən vermişdir. O, ona votsapla öz adına olan kapitalbank kartını göndərmiş, o, qalan 500 manatı, cavabdehin vatsapına göndərdiyi kapitalbank kartına göndərəcəyini bildirmişdir. Sonra evinə zəng edərək həyat yoldaşına ona pul gətirməsini demişdir. Həyat yoldaşı işlədiyi bazara gələrək, pulu gəririb ona vermişdir. Elə həmin gün axşamı təxminən saat 7-8 radələrində o, cavabdehin öz adına olan 4169 7388 0141 1053 nömrəli kapitalbank kart hesabına 500 manat pul göndərmişdir. Cavabdeh dost kimi ona söz verərək və şifahi öhdəlik götürərək borcunu 1 aya geri verməyi öhdəlik götürmüşdür.2024-cü il oktyabr ayında ona 11 gün 20 manat verməklə cəmi 220 manat ödəmişdir. Bundan sonra cavabdeh, ölkədə keçirilən cop 29 tədbiri ilə əlaqədar işlədiyi orta yol cərgə bazarı bağlandığına görə bazara gəlməmişdir. O, zəng edərək pulunu qaytarmağı tələb edəndə, cavabdeh bazarın bağlı olduğunu və işləmədiyini bidirərək borcunu qaytarmaq üçün ondan əlavə vaxt istəmişdir. Daha sonra işlədiyi bazara bir daha qayıtmamışdır. Cavabdeh ondan pulları götürərkən, şifahi öhdəlik götürsə də, öhdəliyi düzgün icra etməmiş və borcunu qaytarmamışdır. Cavabdeh bu günədək ondan götürdüyü 600 manat borcundan 220 manat qaytarmışdır .Hazırda cavabdehin ona qalan qaytarmadığı borcu 380 manatdır. Aradan aylar keçdi Bundan sonra ona zəng edərək pullarını tələb edəndə ona dost olduğunu bildirərək bazara gəlib işləyərək borcunu qaytaracağını bildirmiş, daha sonra ödəniş etməkdən yayınmışdır.Cavabdehin ödəmədiyi qalan borcu 380 manat təşkil edir. Daha sonra cavabdehə bir neçə dəfə zəng etsə də telefonu açmamışdır. O, yenə də anlayış göstərərək cavabdehin pullarını qaytaracağını gözləmişdir. Cavabdeh ona olan borcunu işləyib qaytaracağını bildirsə də pullarını qaytarmır və vaxtı uzadır. Cavabdeh ondan götürdüyü pulları vaxtında geri qaytarmağı barədə şifahi könüllü öhdəlik götürmüş, lakin öhdəliyi düzgün icra etməmişdir. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, əlilliyində olan nevroloji,psixoloji və epileptik ağırlaşmalara görə məhkəmə baxış iclasına gələ bilməyəcəyini bildirib, iştirakı olmadan baxış iclasının keçirilməsini və cavabdehdən 380 (üç yüz səksən) manat pul vəsaitinin tutulması və ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli 31938 nömrəli qəbzdən görünür ki, müştəri Ə**** N***** Ə**** oğlunun 416973******1053 nömrəli kartına 500 manat mədaxil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə əsasən, Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı cavabdehə məxsus kart hesabına 500 manat məbləğində borc pul vermiş və cavabdeh həmin puldan cəmi 220 manat qaytarmış, qalan pulu, yəni 280 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmamışdır. Lakin iddiaçı tərəfindən iddia tələbində cavabdehə əlavə olaraq 100 manat məbləğində borc pul verdiyini qeyd etmiş olsa da, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 280 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materialları ilə müəyyən edilir ki, iddiaçı məcburi köçkündür və müharibə veteranıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 280 (iki yüz səksən) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-853/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-853/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver