Məhkəmə qərarları › İş №2(020)-857/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-857/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-857/2025 01.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 330 manat məbləğində pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 330 manat pulun və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Beyləqan rayon 1 saylı tam orta məktəbində tarix müəllimi vəzifəsində işləmişdir. 2010-cu ildə Beyləqan rayonunda yerləşən "DəmirBank”ASC-dən kredit kartı götürmüşdür. Həmin kartdan da 500 manatı çıxararaq xərcləmişdir. Sonradan "DəmirBank” ləğv edilmiş və o, götürdüyü həmin pulu ödəyə bilməmişdir. O, krediti götürdükdən 1 il sonra həmin krediti ödəmək üçün İmişli rayonuna getmiş və ona Bakı şəhərində mərkəzi ofisə məlumat veriləcəyi deyilmişdir. Lakin illər keçsə də mərkəzi ofisdən ona heç bir məlumat gəlməmişdir. 2021-ci ildə məhkəmədən ona məktub gəlmiş, həmin məktubdan sonra ona məlum olmuşdur ki, bank onu məhkəməyə vermişdir. Beyləqan rayon məhkəməsində onun işinə Dəmir Bankın iddiası əsasında baxılmışdır. Onun banka 900 manat pul ödəməli olmağı barədə qərar çıxarılmışdır. İş icra olunması üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Məhkəmə qərarı ilə həmin borc 3 ay ərzində onun bank hesabından çıxarılacaqdır. İcra şöbəsi həmin 900 manat pulun ödənilməsini Beyləqan rayon Təhsil şöbəsinə tapşırmışdır. Beyləqan rayon Təhsil şöbəsinin mühasibi Cavabdeh həmin pulun 300 manatını onun əmək haqqından tutub banka ödəmiş, qalan 600 manat pulu isə özü ələ keçirmişdir. Sulduz ilk ayının 300 manatını ödəsə də növbəti aylarda ödənəcək 600 manat pulu ödəməmişdir. Bir il ərzində həyat yoldaşı İslam Məmmədov cavabdehin arxasınca gedib qalan pulu da ödəməsini tələb etmişdir. Lakin Sulduz onları aldadaraq pulu ödədiyini demişdir. Sonradan Sulduzdan pulu ödəməməsini və pulu onlara qaytarmasını tələb etmişlər. Sulduz da 600 manat pulunun 300 manatını 150 manat və 150 manat olmaqla iki dəfəyə həyat yoldaşı İslam Məmmədova geri qaytarmışdır. Hazırda Sulduz ona 330 manat pul qaytarmalıdır. Cavabdeh pulu qaytarmadığından həyat yoldaşı X4 rayon Polis şöbəsinə müraciət etmiş, Beyləqan RPŞ-də iş açılmış iş üzrə hər iki tərəf olmaqla izahatları alınmışdır. Həmin izahatında Sulduz onun əmək haqqından 930 manat pul tutulduğunu, pulu bankın hesabına ödədiyini, 2022-ci ilin aprel ayında ödədiyi pulun qəbzinin onda olmadığnı göstərmişdir. Cavabdeh yalan danışır o, həmin pulu banka ödəməmişdir. Pul ödənilsəydi bu barədə qəbz olardı. Qəbz isə yoxdur. Beyləqan rayon polis şöbəsinin 21 oktyabr 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılmasından imtina edilmiş və onlara məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Mil-Muğan Regional Təhsil idarəsi Beyləqan rayon Təhsil Sektorunun 21 fevral 2025-ci il tarixli arayışında həqiqətən o, Mil-Muğan Regional Təhsil İdarəsinin strukturuna daxil olan Beyləqan şəhər N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbdə müəllim işləmiş, ondan Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin göndərmiş olduğu 28 mart 2022-ci il tarixli 59093/2021 №-li məktubla məhkəmə qərarı əsasında Dəmir Bank ASC-yə borclu olduğu üçün əmək haqqımdan tutulma olmuşdur. Əmək haqqından tutulmalar aylar üzrə aşağıdakı qaydada olmuşdur. (2022-ci il aprel- 300 manat 00 qəpik 2022-ci il may- 300 manat 00 qəpik 2022-ci il iyun- 330 manat 00 qəpik) Həmçinin Beyləqan Təhsil şöbəsindən aldığı 23 oktyabr 2024-cü il tarixli arayışdan da müəyyən edilir ki, ondan Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin göndərmiş olduğu 28 mart 2022-ci il tarixli 59093/2021 nömrəli məhkəmə qərarı əsasında Dəmir Bank ASC-yə borclu olduğu üçün əmək haqqından tutulma olmuşdur. Əmək haqqından tutulma olan 300 manat 00 qəpik pul vəsaiti xx.xx.2022-ci il tarixli 3-14 nömrəli ödəniş tapşırığı ilə xx.xx.2024-cü it tarixdə LPO Dəmir Bank ASO-nin AZ76NABZ******************** nömrəli hesabına köçürülmüşdür. Onun təqdim etdiyi sənədlərlə təsdiq olunmuşdur ki, cavabdeh 330 manat pulu banka ödəməmişdir. Dəfələrlə cavabdehdən pulun tələb etsə də cavadeh pulu qaytarmamışdır. Əgər cavabdeh pulu ödəyibsə bu barədə çeki təqdim etməklə pulun ödəilməsini təsdiq edə bilər. Ona görə də , Cavabdeh 330 manat pulun və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, iddiasını müdafiə edir, pulun kimin və hansı hesaba köçürülməsini bilmir. Hazırda onun 300 manat pulu yoxdur və heç bir hesaba köçürülməmişdir. Ona görə də, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi və izahatında göstərdi ki, məhkəmə qərarına əsasən İddiaçı əmək haqqından 300 manat tutulmalı idi. O, 2 ay tutma etmiş, 3-cü ay isə dəyişiklik olduğundan tutulan pul geri qaytarılmışdır. Sonradan o, pulu aparıb nəğd şəkildə ödəmişdir. O, iddiaçıya hər ay əmək haqqından 100 manat verəcəyini təklif etmiş, lakin iddiaçı onunla razılamamış və onu məhkəməyə vermişdir. Odur ki, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsi 2 (020)-1426/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədindən görünür ki, İddiaçı 889.38 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Mil-Muğan Regional Təhsil idarəsi Beyləqan rayon Təhsil Sektorunun 21 fevral 2025-ci il tarixli arayışından görünür ki, həqiqətən İddiaçı Mil-Muğan Regional Təhsil İdarəsinin strukturuna daxil olan Beyləqan şəhər N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbdə müəllim işləmiş, ondan Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin göndərmiş olduğu 28 mart 2022-ci il tarixli 59093/2021 №-li məktubla məhkəmə qərarı əsasında Dəmir Bank ASC-yə borclu olduğu üçün əmək haqqından tutulma olmuşdur. Əmək haqqından tutulmalar aylar üzrə aşağıdakı qaydada olmuşdur. (2022-ci il aprel- 300 manat 00 qəpik 2022-ci il may- 300 manat 00 qəpik 2022-ci il iyun- 330 manat 00 qəpik) İş materiallarına əlavə edilmiş Beyləqan Təhsil şöbəsinin 23 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin göndərmiş olduğu 28 mart 2022-ci il tarixli 59093/2021 nömrəli məhkəmə qərarı əsasında Dəmir Bank ASC-yə borclu olduğu üçün əmək haqqından tutulma olmuşdur. Əmək haqqından tutulma olan 300 manat 00 qəpik pul vəsaiti xx.xx.2022-ci il tarixli 3-14 nömrəli ödəniş tapşırığı ilə xx.xx.2024-cü il tarixdə LPO Dəmir Bank ASO-nin AZ76NABZ******************** nömrəli hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, X1 rayon Polis şöbəsinə Cavabdeh tərəfindən həyat yoldaşı İddiaçı pulunu ələ keçiməsi barədə şikayət ərizəsi ilə müraciət etmiş, Beyləqan RPŞdə iş açılmış iş üzrə hər iki tərəf olmaqla izahatları alınmış Cavabdeh əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və İ.Məmmədova məhkəməyə müraciət etmək hüququn olması izah olunmuşdur. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 330 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Cavabdeh özü də iddianı etiraf etmişdir. İddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 330 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 330 (üç yüz otuz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar