Məhkəmə qərarları › İş №2(020)-859/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-859/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-859/2023 23.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quiyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" MMC məhkəmədə Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia qaldırmışdır. İş baxılması üçün 11 və 23 may 2023-cü il tarixlərə təyin olunaraq iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişlər. Buna baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər və ya vəkalətli nümayəndələrini məhkəmə iclasına göndərməmişlər. Ərizəçinin nümayəndəsi X1 məhkəməyə ərizə(vəsatət) göndərərk iddia ərizəsinə əlavə edilmiş sənədlərdə çatışmamazlıqlar olduğuna görə iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.11-ci madənin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə tərəflər məhkəmə iclasına gəlmədiklərindən, iddiaçının nümayəndəsi ərizənin baxılmadan geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh məhkəmə iclasına gəlməyərək işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən məhkəmə ərizəni baxılmamış saxlanılmalıdır. İddiaçıya adı çəkilən Məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı"xxxx" MMC-in Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş qərardadın tərkib hissəsində göstərilənlərə əsasən baxılmamış saxlanılsın. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 71 manat pul özünə qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxanması üçün səbəb olan şərait aradan qaıldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan təqdim edildikdən və ya alındıqdan sonra 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar