Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-877/2023 23.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 24.500 (iyirmi dörd min beş yüz) manat əsas borc, 100 (bir yüz) manat hüquqi xidmətə görə, 165 (bir yüz altmış beş) manat dövlət rüsumuna görə və 3 (üç) manat notariat hərəkətlərinə görə, cəmi 24.768 (iyirmi dörd min yeddi yüz altımış səkkiz) manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş məhkəməyə məlumat göndərərək iddiasını müdafiə etdiyini göstərmiş və işə onun iştirakı olmadan baxılıb iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. O, hərbiçi olmuş və Qaradağ rayonunun Şubani qəsəbəsində yerləşən hərbi hissədə xidmət etmişdir. Samir 2022-ci ilin iyun ayında ona müraciət edib pula böyük ehtiyacı olduğunu bildirmiş və ondan qısa müddətə borc pul istəmişdir. O, bankdan kredit götürüb borcu qaytaracağını söyləmişdir. 23 iyun 2022-ci il tarixdə Samirə cəmi 25.000 manat pul borc vermişdir. Cavabdeh borcu 2022-ci ilin avqust ayının sonundan ona qaytarmalı idi. Samir bu barədə öz xətti ilə qəbz yazıb vermişdir. Samir borcdan 500 manat qaytarmış, yerdə qalan pulu isə qaytarmır. Cavabdeh ondan gizlənir, telefon zənglərinə cavab vermir və borcun qaytarılmasından boyun qaçırır. O, hüquqi xidmət məqasədi ilə Bakı şəhəri, Q.Qarayev prospekti 52 ünvanda yerləşən "xxxx" MMC-yə müraciər etmiş və 100 manat hüquqi xidmət haqqı ödəmişdir. Bundan başqa məhkəmədə iddia qaldırmaq üçün 165 manat və 3 manat notariat hərəkətlərinə görə dövlət rüsumu ödəmişdir. Həmin məbləğlər də iddiaçıdan tutulub ödənilməlidir. Mübahisəni məhkəmədən kənar həll etmək üçün cavabdehə pretenziya məktubu göndərmiş, lakin, cavabdeh pretenziyaya cavab verməmişdir. Odur ki, Cavabdeh 24.500 (iyirmi dörd min beş yüz) manat əsas borc, 100 manat hüquqi xidmətə görə, 165 manat dövlət rüsumuna görə və 3 manat notariat hərəkətlərinə görə, cəmi 24.768 (iyirmi dörd min yeddi yüz altmış səkkiz) manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iştirak etmiş, iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. lər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanundda nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyindən məhkəmə onun iştirakı olmadan işə bağmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş borc müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə İddiaçı 2022-ci ilin avqust ayında bankdan kredit götürüb qaytarmaq şərti ilə borc olaraq 25.000 manat məbləğində pul almış və müqaviləni imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1983-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsi vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1995-ci ildə anadan olmuşdur. Beyləqan rayonunun İ Şahsevən kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Hüquqi işlər Mərkəzi MMC-in mədaxil qəbzindən görünür ki, X1 hazırkı iddianın hazırlanması ilə bağlı hüquq mərkəzinin hesabına 100 manat pul ödəmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 25000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci ildə cavabdehə 25000 manat borc pul vermiş, cavabdeh borcunu 2022-ci ilin avqust ayının sonuna kimi qaytarmağı öhdəsinə götürsə də, borcundan cəmi 500 manat qaytarmış, qalan borcu qaytarmamış, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Həmin borc müqaviləsinin hazırda iddiaçıda olmasını məhkəmə əsas götürərək cavabdehin iddiaçıya 24500 manat borclu qalmasına dair iddiaçının izahatını əsas sayır. Belə ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Hazırda borc sənədinin iddiaçıda olması da cavabdeh tərəfindən borcun ödənilməməsi qənaətinə gəlməyə əsas verir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə məhkəmə hesab edir ki, iddia sübuta yetdiyindən Beyləqan rayonun İ Şahsevən kəndində yaşayan Cavabdeh 24500 (iyirmi dörd min beş yüz) manat borc, 100 manat ödənilən hüquqi xidmətə görə, 165 manat ödənilmiş dövlət rüsumuna görə və 3 manat notariat hərəkətlərinə görə pul tutulub İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Beyləqan rayonun İ Şahsevən kəndində yaşayan Cavabdeh borca görə 24.500 (iyirmi dörd min beş yüz) manat, göstərilən hüquqi xidmətə görə ödədiyi 100 ( bir yüz) manat, dövlət rüsumuna görə ödədiyi 165 (bir yüz altmış beş) manat və notariat hərəkətlərinin aparılmasına görə 3 (üç) manat pul tutulub İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №2(020)-877/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-877/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver