Məhkəmə qərarları › İş №2(020)-90/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-90/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-90/2024 28.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 2000 (iki min) manat məbləğində əsas borcun, həmin məbləğə münasibətdə hesablanmış 1800 (bir min səkkiz yüz) manat məbləğində faiz, cərimə məbləğinin, eyni zamanda ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 1000 (bir min) manat, ümumilikdə 4800 manat məbləğində pulun tulularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun keçmiş qayınatası olmuşdur. Belə ki, 2007-ci il tarixdə Cavabdeh oğlu Elvin Ələsgərovla ailə qurmuş, ailə qurduqdan sonra Beyləqan rayon Bahar qəsəbəsində Cavabdeh məxsus evdə yaşamışlar. 2016-cı ildə X1 ilə aralarında olan nikahları pozulmuşdur. Elvinlə nikahları pozulduqdan sonra da o, uşaqları ilə birlikdə 15 avqust 2018-ci il tarixinədək cavabdehin evində yaşamışlar. Cavabdehin evində yaşadığı müddətdə cavabdeh ona demişdir ki, “onsuzda mənim evimdə yaşayırsınız bura sənin, və nəvələrinin evidir, evə əl gəzdirmək və hamam tikdirmək lazımdır, sən kredit götür bu işləri görək kreditinin aylıq ödənişlərinə də kömək edəcəyəm”. O, da cavabdehə inanıb onun təklifi ilə razılaşmışdır. O, 10 avqust 2017-ci il tarixdə '‘DəmirBank” ASC-nin Bərdə şəhərində yerləşən filialından 3000(uç min) manat məbləğində kredit götürmüş, kredit məbləğinin 2/3 hissəsini, yəni 2000 manatını cavabdehə vermişdir. Həmin kredit üzrə 600 manat aylıq ödəniş edə bilmişdir. Maddi imkanı olmadığından üçün daha sora ödəniş edə bilməmişdir. Cavabdeh də söz verdiyi kimi ona köməklik etməmişdir. Cavabdehdən ya ondan aldığı 2000 manat pulu geri qaytarmasını, ya da, aylıq krediti ödəməsinin tələb etmişdir. Bu günə kimi Cavabdeh nə ondan aldığı 2000 manat pulu geri qaytarmış, nə də krediti ödəməmişdir. 2022-ci ildə bank ona qarşı məhkəmədə iddia qaldırmış və məhkəmənin qətnaməsinə əsasən ondan cəmi 5700 manat məbləğində pulun tutulması barədə qətnamə qət etmişdir. Bundan başqa icra məmurunun barəsində tərtib edərək məhkəməyə göndərdiyi protokola əsasən Beyləqan rayon məhkəməsi banka olan həmin borcunu guya ödəməkdən yayındığı üçün onu 500 manat cərimə etmişdir. Bütün bunlardan sonra Beyləqan rayon məhkəməsinin qətnaməsini icra etmək, DəmirBanka olan 5700 manat borcunu ödəmək üçün cavabdehdən pulu ala bilmədiyini görüb 2023-cü ilin iyun ayında onun barəsində Beyləqan rayon polis şöbəsinə şikayət etmişdir. Polis hər ikisinin izahatlarını alıb ilkin araşdırma apardıqdan müraciətini araşdıran polis əməkdaşı müraciətinin mülki xarakterli olduğunu, bununla bağlı Beyləqan rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Cavabdeh hal-hazıradək ona olan borcunu ödəməmişdir. O, götürdüyü kreditin 2/3 hissəsini cavabdehə verdiyindən, Beyləqan rayon məhkəməsinin qətnaməsi ilə banka 5700 manat məbləğində olan borcunun 2/3 hissəsi, yəni 3800(üç min səkkiz yüz) manat cavabdehdən tutularaq ona ödənilməlidir. Hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi 9 % təşkil edir. Cavabdeh ona qaytarmalı olan 2000 manat məbləğində pulu əsassız özlərində saxlamaqla daha çox zərər vurmuşdur. Bundan başqa həmin 2000 manat məbləğlə xırda təsərrüfat qurub götürdüyü kredit məbləğindən artıq gəlir də əldə edə bilərdi. Ən pis halda Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoya bilərdi. Və illik 1080(bir min səksən) manat gəlir əldə edə bilərdi. Cavabdeh bu qanunsuz hərəkətləri ilə ona olan borcunu ödəmədiyindən əldə edə biləcəyi gəlirdən onu məhrum etmişdir. Cavabdehin öhdəliklərini pozması mənəvi iztirablar keçirməyinə səbəb olmuş və nəticədə güclü mənəvi sarsıntı keçirmişdir. Cavabdeh dələlərlə ondan almış olduğu pulu qaytaracağına söz versə də, hər dəfəsində onu aldatmış və müxtəlif bəhanələrlə borcunu tam şəkildə ödəməkdən boyun qaçırır. O, cavabdehə borc verməklə onun ehtiyacını ödəmək, fərdi yaşayış evində təmir tikinti işləri aparımasına kömək olmaq, xeyirxah bir iş görmək istəyirdi. Cavabdehin onu qarşı etdiyi etinasız hərəkətlər onu vurulmuş maddi ziyanla yanaşı mənəvi ziyan da vurmuşdur. Cavabdeh tərəfindən vurulmuş mənəvi ziyanı 1000 (bir min) manat məbləğində qiymətləndirir. Hesab edir ki, həmin pul da cavabdehdən alınaraq ona ödənilməlidir. Odur ki, Cavabdeh 2000 (iki min) manat məbləğində əsas borcun, həmin məbləğə münasibətdə hesablanmış 1800 (bir min səkkiz yüz) manat məbləğində faiz, cərimə məbləğinin, eyni zamanda ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 1000 (bir min) manat, ümumilikdə 4800 manat məbləğində pulun tulularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, iddiaçı onun keçmiş gəlinin olmuşdur. Zümrüdlə oğlu Elvinin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Zümrüd ayrıldıqdan sonra da bir müddət onun evində uşaqları ilə bilrikdə yaşamışdır. Zümrüd onlarda yaşadıqları müddətdə kredit götürmüşdür. Həmin kreditdən 1800 manatını ona vermişdir. O, 1800 manat pulun 900 manatını Zümrüdün müxtəlif borclarına ödəmişdir. Qalan pula həyətdə hamam tikdirmişdir. Kredit ödəməsini ödəyəcəyinə etirazı yoxdur. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırmaları müəyyən olundu ki, İddiaçı Cavabdeh oğlu Elvin Ələsgərovla 2007-ci ildə ailə qurmuş, ailə qurduqdan sonra Beyləqan rayon Bahar qəsəbəsində Cavabdeh məxsus evdə yaşamışlar. 2016-cı ildə İddiaçı ilə Elvin Ələsgərov aralarında olan nikahları pozulsa da, iddiaçı uşaqları ilə birlikdə 15 avqust 2018-ci il tarixinədək cavabdehin evində yaşamışlar. Həmin müddət ərzində idddiaçı kredit götürmüş və həmin kreditdən cavabvdehə də borc pul vermişdir. İddiaçı cavabdehə 200 manat pul verməsini göstərsə də, cavabdeh iddiaçının ona 1800 manat pul verdiyini etiraf etmişdir. cavabdeh həmin pulun 900 manatını qaytarmasını göstərsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə biləməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş materiallarından görünür ki, iddia tələbi cavabdeh tərəfindən qismən etiraf edilmişdir. İddiaçı məhkəmədə 1800 (bir min səkkiz yüz) manat məbləğində faiz, cərimə məbləğinin, eyni zamanda ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 1000 (bir min) manat pul tələb etmişdir. sə də, bu barədə məhkəməyə sübut təqqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddianın cərimə və mənəvi ziyan tələbinə dair hissəsi əsassızdır. İddiaçı bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 1800 manat manat pul və ödənilmiş dövlət rüsumuna görə 38 manat alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1800 (min səkkiz yüz)manat manat pul və ödənilmiş dövlət rüsumuna görə 38 (otuz səkkiz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumuna görə 22 (iyirmi iki) manat pul iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar