Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-916/2023 07.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfəli İzzət oğlu Seyfullayevin sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə Cavabdehlər Cavabdeh1 Mövsüm qızının iştirakı ilə İddiaçı MMQBKT-nin cavabdehlər Cavabdeh1 Mövsüm qızı, Cavabdeh2 qarşı kredit və faiz borcunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMQBKT məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 Mövsüm qızı, Cavabdeh2 müştərək qaydada 4519,00 manat əsas, 1259,55 manat faiz, cərimə üzrə 317,12 manat, cəmi 6095,67 manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 81 manat məbləğində pulun İddiaçı MMQBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıMMQBKT məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMQBKT ilə Cavabdeh1 Mövsüm qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********6526 saylı müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik faiz dərəcəsi 28 % olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 276 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********6***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 Mövsüm qızı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Ona görə də cavabdehlər Cavabdeh1 Mövsüm qızı, Cavabdeh2 müştərək qaydada 4519,00 manat əsas, 1259,55 manat faiz, cərimə üzrə 317,12 manat, cəmi 6095,67 manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 81 manat məbləğində pul alınıb İddiaçı MMQBKT-na verilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMQBKT-nin nümayəndəsi, X1 məhkəməyə ərizə göndərərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 Mövsüm qızı məhkəmə iclasında verdiyi izahatında göstərdi ki FİNCA Azerbaijan” MMQBKT ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, **********6526 nömrəli kredit müqaviləsi bağlamışdır. Həmin müqavilyə əsasən 28 % olmaqla 24 ay müddətinə 5000 manat məbləğində krediti götürmüş, Cavabdeh2 ona zamin durmuşdur. Kredit borcunun bir hissəsini ödəmiş və maddi imkanım olmadığı üçün qalan məbləği ödəyə bilmir. Cərimə məbləği azadılmasını və iddianı təmin etməsini məhkəmədən xahiş etdi. İşdə olan xx.xx.2023-cü il tarixində bağlanmış **********7370 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Mövsüm qızı “FİNCA Azerbaican” MMQBKT-nın illik 28 % faizlə 24 ay müddətinə şəxsi məqsədlə 4000 manat kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixində bağlanmış **********6***-******* saylı zaminlik müqaviləsindən görünür ki, “FİNCA Azerbaican” MMQBKT ilə Cavabdeh2 oğlu arasında xx.xx.2023-cü il tarixində bağlanmış **********6***-******* saylı zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan zaminlik müqaviləsinin 1.1-ci maddəsinə görə zamin kredit alan tərəfdən müqavilkə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İşdə olan xx.xx.2023-cü il tarixli olan Maliyyə arayışına əsasən Cavabdeh1 Mövsüm qızının əsas borc üzrə 4519,00 manat əsas, 1259,55 manat faiz, cərimə üzrə 317,12 manat, cəmi 6095,67 AZN təşkil edir. Beləliklə, məhkəmədə araşdırılmış sübutlarla tam təsdiq olundu ki, Cavabdeh1 Mövsüm qızının “FİNCA Azerbaican” MMQBKT-nın xx.xx.2023-cü il tarixli **********7370 saylı kredit müqaviləsi üzrə 4519,00 manat əsas, 1259,55 manat faiz, cərimə üzrə 317,12 manat, cəmi 6095,67 manat borcu vardır. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, Kredit alan Kreditin ödənilməsi üzrə öhdəliyi vaxtında və tələb olunan həcimdə yerinə yetirmədiyi təqdirdə, hər yubanma günü üçün əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) ödəməyə borcludur. Həmin müqavilənin 4.4.3-cü bəndindən görünür ki, ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora vaxtında ödəmək borcalanın vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Cavabdehlər Cavabdeh1 Mövsüm qızının iddiaçı təşkilatdan kredit götürməsi cavabdehlərin müqavilə şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın qismən təmin edilməsini qanunamüvafiq hesab edir. İşdə olan zaminlik müqaviləsinin 4.1-ci maddəsinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472–ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə vəya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddianın əsas və faiz tələbinə dair hissəsi əsaslı olduğundan tam şəkildə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunverciliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, 317,12 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə dəbbə pulunun 20 manat saxlanmasını daha məqəsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq tərəflərə aid edilməlidir. Məhkəmə cavabdelərin izahatını dinləyib və iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 Mövsüm qızı, Cavabdeh2 müştərək qaydada İddiaçı MMQBKT-un xeyrinə xx.xx.2022-ci il tarixli, **********6526 saylı kredit müqaviləsinə əsasən 4519,00 manat əsas, 1259,55 manat faiz, cərimə üzrə 20 manat, cəmi 5798,55 manat məbləğində kredit borcu və 75 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmalı, dövlət rüsumu üzrə ödənilmiş 06 manat isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Mövsüm qızı, Cavabdeh2 müştərək qaydada 4519,00 manat əsas, 1259,55 manat faiz, cərimə üzrə 20 manat, cəmi 5798,55 (beş min yeddi yüz doxsan səkiiz manat əlli beş qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 75 (yetmiş beş) manat məbləğində pul alınıb İddiaçı MMQBKT-na verilsin. Dövlət rüsumu kimi ödənilmiş 06 (altı) manat pul iddiaçı təşkilata aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-916/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-916/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver