Məhkəmə qərarları › İş №2(020)-925/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-925/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-925/2024 11.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4770 manat pulun və dövlət rüsumu kimi ödənilmiş məbləğin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında razılaşdıqları müqaviləyə əsasən 2007-ci il buraxılışlı "**-DV-***" dövlət nömrə nişanlı "Honda Civic" markalı avtomaşını şərtlərlə satmışdır. Müqavilənin şərtlərinə əsasən o, müəyyən vaxtlarda 4250 manat pul ödəmişdir. Razılaşmaya əsasən ödənilmiş məbləğ ümumi avtomobilin dəyərindən çıxmalı olduğu halda, belə olmadı və nəticədə o, yenidən pul ödəyərək avtomobili almışdır. Eyni zamanda, onun əlavə xərcləri də çıxmışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh avtomobilin mülkiyyətçisinin iradəsinin əleyhinə hərəkət etmişdir. Avtomobilin dəyəri, ödənilmiş pullar və şərtlər müqavilənin şərtlərində öz əksini tapmışdır. Hazırda cavabdeh avtomobilin dəyəri kimi ödədiyi pulları qaytarmır və o, buna görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. 13 avqust 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, avtomobilə görə iddiaçıdan iddia tələbində qeyd edilən məbləğdə pulu aldığını, həmin avtomobilin iddiaçı tərəfindən mülkiyyətçiyə qaytarıldığını bildirmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, işi ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilmədiyindən, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanılmış Müqavilədən görünür ki, İddiaçı bu müqavilə ilə bildirir ki, aşağıdakı şərtlərlə Cavabdeh 2007-ci il buraxılışı olan “**-DV-***” qeydiyyat nişanlı “Honda Civic” hybrid markalı avtomobili öncə işlək vəziyyətdə olmasını yoxlamış (yoxlatmış), qiymətilə razı olduqdan sonra qəbul etmişdir. Bundan sonra avtomobili geri qaytara və avtomobildə sonradan aşkar olunan hansısa nasazlığa görə iradını bildirə bilməz. O,Cavabdeh ilə qarşılıqlı razılaşma əsasında xx.xx.2023-cü il tarixdə ilkin ödəniş 3500 (üç min beş yüz) manat məbləğində və hər ayın 29-u 24 ay müddətinə 500 (beş yüz) manat ödəniş etməklə avtomobili kreditlə almışdır. Həmin avtomobili alan zaman avtomobilin (sonradan adını bildiyi) şəriki Daşdəmirov Süleymana məxsus olduğunu və birlikdə işlədiyini onlara bildirdi. O, həmin tarixdə Şirvan şəhərində olduğu üçün xx.xx.2023-cü ildə axşam saatlarında qardaşı X1 hesabına (həmin köçürmənin çekləri qalır) 07.03.24-cü il saat 23:41 -də 1000 azn və saat 23:42 də 2500 azn, ümumilikdə 3500 manat pul göndərmiş və o pulu Cavabdeh 77DV678 qeydiyyat nişanlı Honda Civic hybrid markalı avtomobil üçün ilkin ödəniş şəkilində ödəmişdir. O, həmin gün telefon vasitəsi ilə Fərhadla danışıb razılığa gəlmişlər ki, növbəti aydan hər ayın 29-u 500 manat ödəniş edəcək. 2023-cü ilin noyabr və dekabr ayları üçün hər ay 500 manat ödəniş etmişdir. 2024-cü ilin yanvar ayı üçün 250 manat ödəniş etmişdir. Cavabdeh ilə qarşılıqlı razılıq əsasında növbəti ay yəni, xx.xx.2024-cü il tarixində (həm yanvar ayı üçün 250 azn, həm də fevral ayı üçün 500 azn olmaqla ) ümumilikdə 750 manat ödəniş edəcək. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 524375******2936 nömrəli hesaba 1000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 409858*****2363 nömrəli hesaba 2500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 409858******9671 nömrəli hesaba 20 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 409858******9671 nömrəli hesaba 500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 409858******9671 nömrəli hesaba 100 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 409858******9671 nömrəli hesaba 250 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 70 manat məbləğində dövlət rüsumu və bank ximət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 572.1-ci maddəsinə əsasən, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. 572.2-ci maddəsinə əsasən, bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. 573.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. 573.2-ci maddəsinə əsasən, alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, tərəflər arasında alqı satqı müqaviləsi bağlanılmış və cavabdeh tərəfindən iddiaçıya avtomobil satılmışdır. Lakin daha sonra həmin avtomobilin mülkiyyətçisi iddiaçıdan avtomobili tələb etdiyindən, iddiaçı tərəfindən geri qaytarılmışdır. İş materialları və cavabdehin izahatı ilə isə müəyyən edilmişdir ki, həmin avtomobil ilə əlaqədar iddiaçı tərəfindən ümumilikdə cavabdehə 4770 manat məbləğində pul vəsaiti ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, avtomobil iddiaçıdan geri alındığına görə, iddiaçıya dəymiş zərər cavabdehdən onun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4,770 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 67,70 manatı İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4,770 (dörd min yeddi yüz yetmiş) manat məbləğində pul vəsəaiti və ödənilmiş 67,70 (altmış yeddi manat 70 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar