Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-930/2025 03.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Kamilzadə Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və maneəçiliyin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və maneəçiliyin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti Hüquqların X11 daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********94 olan, xx.xx.2024-cü il tarixli Çıxarışla mülkiyyətində olan 1.584 ha torpaq sahəsindən çıxarılması və maneəçiliyin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Beyləqan rayonu 1-ci Şahsevən kənd sakinidir. Beyləqan rayonu Milabad qəsəbəsində ehtiyacı olduğu üçün kənd təsərrüfat təyinatlı torpaq sahəsi almışdır. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların X11 daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********94 olan, xx.xx.2024-cü il tarixli Çıxarışla 1.584 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alaraq mülkiyyətinə keçirmişdir. Hazırda onun mülkiyyətindədir. Lakin həmin torpağın hamısını Cavabdeh zəbt etmiş və istifadə edir. Ona məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək oradan istifadə etməyə imkan vermir. Cavabdeh mülkiyyətində olan torpaqdan çıxmır və həmin sahədən istifadə etməyə imkan vermir. Beləliklə ona ziyan da dəymiş olur. Bu səbəblərə görə cavabdeh torpağından çıxarılmalıdır. Cavabdeh mülkiyyətində olan 1.584 ha torpaq sahəsindən çıxarılması və maneəçiliyin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o, həmin torpaq sahəsini əvvəlki mülkiyyətçilərinə 300 şirvan verib almış və ona görə də həmin şəxslər tərəfindən ona 20 noyabr 2019-cu il tarixdə etibarnamə verilmişdir ki, həmin torpaq sahəsini öz mülkiyyətinə keçirsin. Lakin birgə mülkiyyətçilərdən ikisi razılıq vermədiyinə görə, torpağı öz adına keçirə bilməmişdir. Daha sonra həmin torpaq sahəsini hal-hazırki iddiaçıya satmışlar. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 19 sentyabr 2024-cü il tarixli AN-İ seriyalı ******* №-li Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Satıcı X1 rayonu Mil qəsəbəsində yerləşən 1.584 ha torpaq sahəsini alıcı İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X11 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonu, Mil qəsəbəsində yerləşən 1.584 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. 19 sentyabr 2024-cü il tarixli AN-İ seriyalı ******* №-li Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Satıcı X1 rayonu Mil qəsəbəsində yerləşən 1.584 ha torpaq sahəsini alıcı İddiaçı satmışdır . Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 08 yanvar 2026-cı il tarixli, 3-21-3-45/2-75/2026 saylı mütəxəssis rəyindən görünür ki, Beyləqan rayonu, Mil qəsəbə ərazi vahidinin ərazisində yerləşən JN-0037 nömrəli dövlət aktına əsasən X8 və ailə üzvlərinin xüsusi mülkiyyətində olmuş və 19 sentyabr 2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmış 1.584 ha torpaq sahəsinin sərhədləri X4 X5 qeyd olunan ölçü göstəricilərinə əsasən, naturada müəyyən edilmişdir. Ölçmə işləri aparılan zaman müəyyən olunmuşdur ki, Beyləqan rayonu, Mil ərazi vahidinin ərazisində yerləşən JN-0037 nömrəli dövlət aktına əsasən, X8 və ailə üzvlərinin xüsusi mülkiyyətində olmuş və 19 sentyabr 2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmış X4 X5 qeyd olunan 1.584 ha torpaq sahəsi bütövlüklə Cavabdeh tərəfindən istifadə olunur. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddianın qaldırılması üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 20 noyabr 2019-cu il tarixli AR-İ seriyalı 895496 №-li Etibarnamənin surətindən görünür ki, X9, X6, X12 və X10 tərəfindən Cavabdeh harada yerləşməsindən və nədən ibarət olmaından asılı olmayaraq onların bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka(girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı və s. etibar edilmişdir. Beləliklə, göründüyü kimi, iddiaçı tərəf hal-hazırda məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Beyləqan rayonu, Mil ərazi vahidinin ərazisində yerləşən 1.584 ha torpaq sahəsindən çıxarılmasını tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edərək, həmin torpaq sahəsini pul verərək, əvvəlki mülkiyyətçilərdən aldığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Beyləqan rayonu, Mil qəsəbəsinin ərazisində yerləşən 1.584 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X11 daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********94 olan, xx.xx.2024-cü il tarixli Çıxarışa əsasən, İddiaçı mülkiyyətindədir. İş üzrə alınmış mütəxəssis rəyi ilə də müəyyən edilmişdir ki, 1.584 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Məhkəmə araşdırması zamanı isə Cavabdeh həmin torpaq sahəsinə mülkiyyət hüququnun olması müəyyən edilməmiş və mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçiləri tərəfindən sonuncuya etibarnamə verilməsi isə cavabdehin həmin torpaq sahəsinə mülkiyyət hüququnun olmasını təsdiq etmir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsi sonuncunun mülkiyyət hüquqlarını əsassız şəkildə pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Beyləqan rayonu, Mil qəsəbəsinin ərazisində yerləşən 1.584 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və İddiaçı həmin torpaq sahəsindən istifadəsinə maneəçilik aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1, 234cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Beyləqan rayonu, Mil qəsəbəsinin ərazisində yerləşən 1.584 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın və İddiaçı həmin torpaq sahəsindən istifadəsinə maneəçilik aradan qaldırılsın. Cavabdeh ödənilmiş dövlət rüsumunun 100 (yüz) manatı İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Kamilzadə
Məhkəmə qərarları › İş №2(020)-930/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-930/2025
03.03.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver