Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-934/2023 07.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seryfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4500 manat borc pulun və ödənilmiş dövlət rüsumuna görə 65 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Beyləqan rayonunda yaşayır. X1 44 günlük Vətən müharibəsində şəhid olmuşdur. İki övladı vardır. Həmin 2 şəhid övladını o saxlayır. Həmin uşaqların bütün problemlərini o həll edir. Dövlət şəhid uşaqlarına xüsusi diqqət edir. Lakin Cavabdeh1 ondan aldıqı pulu qaytarmır. O, tanıdığı və münasibətdə olduğu Cavabdeh1 ehtiyac olduğu üçün qaytarmaq şərti ilə 3000 manat bir dəfə və 1500 manatda bir dəfə cəmi 4500 manat borc pul vermişdir. Həmin pulu Cavabdeh1 Rüstəm oğluna şəxsən vermişdir və öz xətti ilə borc qəbzinə qol çəkdirmişdir. Cavabdeh2 isə iş zamin duraraq pulun verilmədiyi təqdirdə pulun verilməsini öz üzərinə götürmüşdür. Həmin qəbzlərin əsillərini işə əlavə etmişdir. Cavabdeh2 ondan borc almamışdır, lakin Romana zamin durmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bu günə kimi aldığı 4500 manat borc pulu ona geri qaytarmamışdılar. O, hər dəfə cavabdehə zəng edərək pulunu istədikdə cavabdeh müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Ona görə də Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4500 manat borc pulun və ödənilmiş 65 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında göstərdi ki, iddianı qəbul etmir, iddiaçıdan hec bir məbləğdə pul almamışdır. O Romandan pul almış və həmin pulu da Romana qaytarmışdır. İddiaçı ilə aralarında hecç bir borc müqaviləsi bağlanmamışdır və heç bir zaminlik müqaviləsinə imza etməmişdir. İddiaçı ilə aralarında rəsmi olaraq zaminlik müqaviləsi bağlanmamışdır. Ona görə də iddianın ona qarrşı rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər göndərdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Cavabdeh1 qaytarmaq şərti ilə İddiaçı 4500 manat borc pul almış və bu barədə verdiyi qəbzi imzası ilə təsdiq etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 4500 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia Cavabdeh2 qarşı rədd edilməlidir. Belə ki, işə əlavə edilmiş Cavabdeh1 tərəfindən verilmiş qəbzdən görünür ki, o, həmin vaxt İddiaçı borc olaraq 4500 manat pul almış, həmin borcu qısa müddət ərzində qaytaracağına söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Adıçəkilən Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir Borca görə Cavabdeh1 tərəfindən verilən borc sənədinin iddiaçıda olması da cavabdeh tərəfindən borcun qaytarılmaması qənaətinə gəlməyə əsas verir. Belə olan halda məhkəmə hesab edir ki, iddia Cavabdeh1 qarşı əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia Cavabdeh2 qarşı əsaslı sayıla bilməz. Çünki iddiaçı bununla bağlı məhkəməyə kifayət qədər sübut təqdim edə bilməmişdir. İddia Cavabdeh1 qarşı təmin edildiyindən MPM-nın 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 65 manat Cavabdeh1dan alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 borca görə 4500 (dörd min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 65 (altmış beş) manat pul alınıb İddiaçı verilsin. İddia Cavabdeh2 qarşı rədd edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-934/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-934/2023
07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver