Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-935/2023 01.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MüəyyənEtdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-ci ildə anadan olmuş Tunar adlı uşağın saxlanılması üçün hər ay ödədiyi 120 (bir yüz iyirmi) manat alimentin miqdarının artırılaraq hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Cavabdeh ilə ailə münasibətlərinə daxil olaraq nikahlarını xx.xx.2019-cu il tarixdə rəsmişləşdirmişlər. Birgə nikahlarından xx.xx.2020-ci il tarixdə Tunar adlı bir uşaqları anadan olmuşdur. Hazırda uşaqla birlikdə valideynlərinin himayəsində yaşayır. Cavabdehlə ailə münsibətləri pozulduğundan Beyləqan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)-139/2022 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və bir uşağın saxlanması üçün onun xeyrinə ayda 120 manat aliment qət olunmuşdur. Lakin, hazırkı iqtisadi çətinliklərlə və qiymət artımları ilə əlaqədar cavabdehin ödədiyi məbləğlə uşağı saxlamaq qeyri mümkündür. Uşaq xəstə olduğu üçün onu maddi cəhətdən təmin edə bilmir. Uşağını saxlamaqda çox çətinlik çəkir. Heç bir yerdə işləmir. Cavabdehin uşağın saxlaması üçün ödədiyi alimentin məbləği isə həddindən artıq azdır. Cavabdeh hazırda Bakı şəhərində yeni tikilən binalarda aparıcı mühəndis işləyir və aylıq qazancı həddindən artıq yüksəkdir. Bundan başqa Bahar qəsəbəsində xeyli sayda iri və xırda buynuzlu heyvanları, ferması vardır. Lakin bir uşağın saxlanması üçün ona 120 manatdan əlavə heç bir yardım göstrəmir. Ona görə də, Cavabdeh xx.xx.2020-ci ildə anadan olmuş Tunar adlı uşağın saxlanılması üçün hər ay ödədiyi 120 (bir yüz iyirmi) manat alimentin miqdarının artırılaraq hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, İddiaçı ilə birgə nikahlarından bir uşaqları doğulmuşdur. İddiaçının ondan tələb etdiyi alimenti ödəməyə maddi imkanı yoxdur. O, Bakı şəhərində kirayədə yaşayır və işləyir. Aylıq 400 manat əmək haqqı alır. Başqa gəlir yeri və ferması yoxdur. İddiaçının bu barədə göstərdiklərinin heç bir əsası yoxdur. Odur ki, qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2020-ci ildə Tunar adlı uşaqları anadan olmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-139/2012 saylı 31 yanvar 2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında 14 oktyabr 2019-ci ildə Beyləqan rayonu İHB-nin Bahar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeyd edilmiş nikah pozulmuş, Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikahlarından xx.xx.2020-ci ildə anadan olan Tunar adlı uşağın anası İddiaçı cuzının yanında qalması müəyyən edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2020ci ildə anadan olan Tunar adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Beyləqan rayon, Dünyamalılar kəndində qeydiyyatda olan və yaşayan uşağın anası İddiaçı verilməsi qət edilmişdir. İşdə olan “AZ-MAŞ” X1 Cəmiyyətinin 30 may 2023-cü il tarixli, 30/383 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən “AZ-MAŞ” X1 Cəmiyyətində qəlibçi işləyir. Ümumi ştat cədvəlinə uyğun olaraq əmək haqqı 400 manat məbləğində təşkil edir. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh birgə ikahlarından bir nəfər uşaqları doğulmuşdur. Tərəflərin münasibətləri pozulduğundan ayrılmışlar. Hazırda iddiaçı uşağı ilə birlikdə yaşayır. Beyləqan rayon məhkəməsinin 2(020)-139/2022 saylı 31yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh hər ay 120 manat sabit pul məbləğində ailment tutularaq xx.xx.2022-ci il tarixdə anadan olmuş Tunar adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İddiaçı uşağını saxlamaqda çətinlik çəkir. Cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Belə ki, uşaq böyüdükcə onun gündəlik xərcləri, maddi tələbatları get-gedə artmaqdadır. Cavabdeh isə uşağın saxlanması üçün iddiaçıya heç bir əlavə köməklik göstərmir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya ödənilən hər ay 120 manat aliment uşağın təminat səviyyəsinin maksimal saxlanmasına yetərli deyildir. Alimentin müəyyən olunmuş məbləği artırılmalıdır. Alimentin məbləği artırılarkən uşağın mənafeyi ilə yanaşı aliment ödəməyə borclu olan cavabdehin maddi imkanı nəzərə alınmalıdır. Belə ki, iddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşağın böyüməsi ilə bağlı xərclərində artım olduğunu göstərmişdir. Həmin hal da alimentin artırılması üçün əsas sayıla bilər. Həmçinin məhkəmədə müəyyən edildi ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən “AZ- MAŞ” X1 Cəmiyyətində qəlibçi işləyir. Ümumi ştat cədvəlinə uyğun olaraq əmək haqqı 400 manat məbləğində təşkil edir. Məhkəmədə müəyən edildi ki, İddiaçı uşağı ilə birlikdə yaşamaqla heç yerdə işləmir. Cavabdehun ödədiyi alimentlə uşağın saxlanması mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin qazancı barədə arayış təqdim edildiyindən aliment həm sabit pul məbləğində həm də cavabdehin qazancından tutulmaqla artırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Beləliklə məhkəmə İddiaçının yanında qalan bir nəfər azyaşlı uşağın təminat səviyyəsini, iddiaçının özünün uşağın tərbiyəsi ilə məşğul olmaqla bağlı heç yerdə işləməməsini, cavabdehin 400 manat əmək haqqı almasını nəzərə almaqla hər ay 70 manat sabit pul məbləğində və cavabdehin qazancının (başqa gəlirlərin) dörddə bir bir hissəsi miqdarda müəyyən edilməklə alimentin qət olunmuş miqdarı artırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Beyləqan rayon məhkəməsinin 2(020)-130/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən 02 fevral 2010-cu il tarixdə anadan olmuş Tunarın saxlanması üçün uşağın anası İddiaçı ödənilən hər ay 120 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 70 (yetmiş) manat sabit pul məbləğində və qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında müəyyən edilməklə artırılsın. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilsin. Cavabdeh dövlət rüsumuna görə 40.40 (qırx manat qırx qəpik) manat alınıb Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №2(020)-935/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-935/2023
01.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver