Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-95/2025 08.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “borcun tutulması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və onun zaminləri Zamin1 və Zamin2 1490,66 (bir min dörd yüz doxsan manat 66 qəpik) manat əsas kredit borclarının, 224.89 (iki yiiz iyirmi dörd manat 89 qəpik) manat faiz borclarının və eyni zamanda tərəflərlə aralarında bağlanmış kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən gecikdirilmiş məbləğə görə hər gün üçün hesablanmış 152,26 (bir yüz əlli iki manat 26 qəpik) manat cərimə olmaqla, cəmi 1867,81 (bir min səkkiz yüz altımış yeddi manat 81 qəpik) manat və əlavə olaraq iddia qaldırılması üçün ödənilmiş 38,68 (otuz səkkiz manat 68 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Beyləqan filialı ilə cavabdehlə Cavabdeh və onun zaminləri Zamin1 və Zamin2 arasında bağlanmış və xx.xx.2022-ci il tarixli KF/29692 saylı kredit müqaviləsinə əsasən cavabdehlərə 24 ay müddətində illik 32 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 4800 (dörd min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər hər təqvim ayının müvafiq cədvəli üzrə müəyyən edilmiş tarixində həm kredit məbləğini borclu hissə-hissə geri qaytarmalı, həm kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin kredit müqaviləsi üzrə öhdəliklərinin kreditverən qarşısında icra etməyən borclu və onun zamini bu günə kimi iddiaçıya cəmi 3309,34 manat əsas kredit borclarından 1595,40 manat kreditdən istifadəyə görə faiz borclarından ödəyibdir. Hal-hazırda iddiaçıya 1490.66 (bir min dörd yiiz doxsan 66 qəpik) manat əsas kredit borcları, 224.89 (iki yüz iyirmi dörd 89 qəpik) manat faiz borclarının və eyni zamanda tərəflərlə aralarında bağlanmış kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən gecikdirilmiş məbləğə görə hər gün üçün hesablanmış 152,26 (bir yüz əlli iki manat 26 qəpik) manat cərimə borcları olmaqla, cəmi 1867.81 (bir min səkkiz yüz altımış yeddi 81 qəpik) manat borclu qalmaqdadırlar. Cavabdehlər Cavabdeh və onun zaminləri Zamin1 və Zamin2 dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, onlarla aralarında bağlanmış kredit müqaviləsindən irəli gələn şərtləri icra etməkdən boyun qaçırırlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: xx.xx.2022-ci il tarixli KF/29692 saylı Kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, sonuncuya illik 32 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4800 manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, kreditalan ona verilmiş krediti hissəsini tərəflər arasında yazılı tərtib olunmuş razılaşma üzrə ödəniş qrafikində göstərilən konkret tarixdə ödəmədikdə “Kreditverən”in tələb etdiyi hallarda həmin ödəniş tarixindən başlamaqla kreditin ödənilməli olan ancaq ödənilməmiş (gecikdirilmiş) əsas borcunun qalıq məbləğinə hər gecikdirilmiş gün üçün 0.5 (sıfır tam onda beş) faiz miqdaında cərimə faizi ödəmək məsuliyyəti daşıyır. xx.xx.2022-ci il tarixli KF/29692 saylı Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, tərəflər götürülmüş kreditin hər ay 273,35 manat olmaqla, xx.xx.2024-cü il tarixə qədər geri qaytarılması barədə razılığa gəlmişdir. Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli KF/29692 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh 24 sentyabr 2024-cü il tarixə 1490,66 manat əsas borc, 224,89 manat faiz borcu və 152,26 manat cərimə olmaqla, cəmi 1867,81 manat məbləğində borcu vardır. “Kreditor” Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə “zaminlər” Zamin1 və Zamin2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli KF/29692Z №-li Zaminlik Müqaviləsindən görünür ki, Zamin1 və Zamin2 kreditor Bank qarşısında xx.xx.2022-ci il tarixli KF/29692 №-li Kredit Müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində öhdəlik götürmüşlər. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Zamin və borclu kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o, cümlədənkredit və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə və ya sığorta pulu ödənilmədiyi və kreditdən məqsədli təyinatına uyğun istifadə olmadığı halda “Kreditor” qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: -739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi Cavabdeh xx.xx.2022-ci il tarixli KF/29692 saylı Kredit Müqaviləsi ilə, Zamin1 və Zamin2 isə xx.xx.2022-ci il tarixli KF/29692Z №-li Zaminlik Müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş, onu lazımınca icra etməmiş və Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC -yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri müqavilə şərtlərinə uyğun qaydada və müddətdə ödəməmişlər. Digər tərəfdən, iddiaçı bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərinə əsasən müvafiq olaraq, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 152,26 manat məbləğində cəriməələb etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1490,66 manat məbləğində əsas borca görə 152,26 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, bu səbəblə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 100 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edirəm. Beləliklə də məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada xx.xx.2022-ci il tarixli KF/29692 saylı kredit müqaviləsinə əsasən 1490,66 manat əsas borc, 224,89 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 1815,55 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC -yə ödənilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş 38,68 manat dövlət rüsumunun 38,15 manatı cavabdehlərdəndən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 1490,66 (bir min dörd yüz doxsan manat 66 qəpik) manat məbləğində əsas borc, 224,89 (iki yüz iyirmi dörd manat 89 qəpik) manat məbləğində faiz borcu və 100 (yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1815,55 (min səkkiz yüz on beş manat 55 qəpik) manat məbləğində pul vəsaiti və 38,15 (otuz səkkiz manat 15 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC –nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-95/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-95/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver