Məhkəmə qərarları › İş №2(020)-967/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-967/2023

04.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-967/2023 04.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş ziyana görə 6902.00 (altı min doqquz yüz iki) manat məbləğində maddi ziyanın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı ərizəsini müdafiə etdi və göstərdi ki, Füzuli hərbi prokurorluğunun böyük müstəntiqi, ədliyyə kapitanı X5 tərəfindən X1 və X2 18 iyun 2021 -ci il tarixdə Füzuli rayonu, Qayıdış qəsəbəsinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmələri faktı əsasında Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə mülkiyyətində olan QAZ-330202 yük markalı, AZ ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilə (altı min doqquz yüz iki) manat maddi ziyan dəyməsinə görə zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin mühəndis-yol bölüyünün 1 -ci mühəndis-yol tağımının 1 -ci mühəndis-yol manqasının budozerçisi vəzifəsində baş çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu Cavabdeh tərəfindən törədilmiş cinayət əməli nəticəsində mərhum oğlu X2 etibarnamə ilə idarə etdiyi faktiki onun mülkiyyətində olan QAZ- 330202 yük markalı, AZ ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilinə 6902 (altı min doqquz yüz iki) manat maddi ziyan dəymişdir. Füzuli hərbi məhkəməsinin 06 iyun 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən ona vurulmuş madi ziyan heç bir şəkildə ödənilməmişdir. Odur ki, dəymiş ziyana görə 6902.00 (altı min doqquz yüz iki) manat məbləğində maddi ziyanın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Pentensiar Xidmətin 10 saylı cəza çəkmə müəssəsində cəza çəkən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada cəza çəkdiyi müəssisəyə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir. Bildiriş və iddia ərizəsinin surəti göndərilən məktub 10 saylı cəza çəkmə müəssəsində qəbul edilsə də Cavabdeh iddianı qəbul edib etməməsi barədə məhkəməyə ərizəsi daxil olmamışdır. Məhkəmə hazırkı vəziyyətdə toplanmış sübutlar əsasında mülki işə baxılmasını əsaslı hesab edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 göstərdi ki, cavabdeh Ceyhun oğludur. İddiaçı oğlu Ceyhunun Azərbaycan Respublikasının CM-nin 263.3-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs olmuşdur. Füzuli hərbi məhkəməsinin 06 iyun 2022-ci il tarixli hökmü ilə oğlu Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda oğlu cəza çəkir. Oğlunun iddiaçının iddia tələbindən məlumatı vardır. Hadisə baş verən vaxt iddiaçının evinə getmişlər. İddiaçı tərəf onları qəbul etsələr də, sonradan onlara zəng edərək bir daha onlara getməmələrini bildirmişlər . Ona görə də, o, nə Habilin evinə getmiş, nə də ki, ziyanı ödəmişdir. O, ziyanı ödəməyə etiraz etmir. Əgər iddiaçı oğlunun günahından keçərsə ona dəymiş ziyanı ödəməyə hazırdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını, şahid ifadəsini dinləyib şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 18 iyun 2021 -ci il tarixdə Füzuli rayonu, Qayıdış qəsəbəsinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə mülkiyyətində olan QAZ-330202 yük markalı, AZ ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilə (altı min doqquz yüz iki) manat maddi ziyan dəyməsinə görə zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin mühəndis-yol bölüyünün 1 -ci mühəndis-yol tağımının 1 -ci mühəndis-yol manqasının buldozerçisi vəzifəsində baş çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu Cavabdeh tərəfindən törədilmiş cinayət əməli nəticəsində iddiaçının mərhum oğlu X2 etibarnamə ilə idarə etdiyi faktiki onun mülkiyyətində olan QAZ- 330202 yük markalı, AZ ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilinə 6902 (altı min doqquz yüz iki) manat maddi ziyan dəymişdir. Füzuli hərbi məhkəməsinin 06 iyun 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında ifadə verən caabdehin atası iş üzrə tələb edilən ziyanı ödəməyə etirazının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Füzuli hərbi məhkəməsinin 06 iyun 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmündə həmin məbləğdə ziyan dəyməsi öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş Sərxan avtomoservis tərəfindən 30 iyun 2021-ci il tarixli, SA № 073 ziyan aktından görünür ki, mülkiyyətimdə olan QAZ-330202 yük markalı, AZ ** DO *** dövlət qeydiyyat nianlı avtomobilinə 6902.00 (altı min doqquz yüz iki) manat maddi ziyan dəymişdir. Belə olan halda məhkəmə hesa edir ki, iddia təmin edilməli, iddiaçının avtomobilinə vurulmuş zərərlə bağlı Cavabdeh 6902.00 manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MM-nin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Belə olan halda məhkəmə hesa edir ki, iddia təmin edilməli, iddiaçının avtomobilinə vurulmuş zərərlə bağlı Cavabdeh 6902.00 manat pul alınıb İddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı oğly Füzuli rayonundan məcburi köçkündür. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən dövlət rüsumuna görə 89.02 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 6902.00 (altı min doqquz yüz iki) manat pul alınıb İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 89.02 (səksən doqquz manat iki qəpik) manat alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar