Məhkəmə qərarları › İş №2(020)-968/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-968/2023

11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-968/2023 11.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi ilə İddiaçı: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsini vaxtından əvvəl ləğv edilməklə kredit üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 iyul 2022-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv edilməklə Cavabdeh 9502,52 manat məbləğində əsas borcu, 40,69 manat məbləğində faiz borcu, ümumilikdə 9543,21 manat məbləğində kredit borcunun, 115,84 manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı: İddiaçı ASC məhkəməyə teleqrama göndərərək nümayəndələrinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının teleqramasını və cavabdehin fikrini nəzərə alıb işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı: İddiaçı ASC-nin iddia ərizəsindən görünür ki, Cavabdeh şəxsi məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 10000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh arasında 19 iyul 2022-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtinə əsasən Cavabdeh xx.xx.2023-ci il tarixinə əsas borcu 9502,52 manat, faiz borcu 40,69 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Cavabdehin kredit müqaviləsi üzrə pul məbləğinin gecikdirməsi nəticəsində banka zərər dəymişdir. Odur ki, borcalan Cavabdeh kredit töhdəliyi lazımınca yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Ona görə də Azər-Türk Bank” ASC ilə Cavabdeh arasında bağlanmış 19 iyul 2022-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv edilməklə Cavabdeh 9502,52 manat məbləğində əsas borcu, 40,69 manat məbləğində faiz borcu, ümumilikdə 9543,21 manat məbləğində kredit borcunun, 115,84 manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri brədə qanunla nzəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İşə əlavə edilmiş poçt xəbərnaməsində cavabdehin hazırda yaşadığı və qeydiyyatda olduğu ünvanda olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Belə olan halda məhkəmə Cavabdeh iştirakı olmadan işə baxmağı mümkün hesab edir Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş 19 iyul 2022-ci il tarixli müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış müqavləyə əsasən cavabdehə illik 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin hazırkı kredit üzrə 9502,52 manat əsas borcu, 40,69 manat faiz borcu, ümumilikdə 9543,21 manat borcu qalmışdır. İşə əlavə edilmiş pretenziyalardan görünür ki, borcun ödəməsi ilə bağlı Cavabdeh xəbərdarlıqlar göndərilmiş, lakin o, borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh iddiaçı təşkilatdan kredit götürməsi, cavabdehin müqavilə şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 19 iyul 2022-ci il tarixli kredit müqaviləsini vaxtından əvvəl ləşv edilsin. Cavabdeh 9502,52 manat məbləğində əsas borcu, 40,69 manat məbləğində faiz borcu, cəmi 9543,21( döqquz min beş yüz qırx üç manat iyirmi bir qəpik) manat məbləğində kredit borcu, 115,84 (bir yüz on beş manat səksən dörd qəpik) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-yə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar