Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-970/2023 20.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı Dəmirbank ASC-nin Cavabdeh, Zamin1 Qənbər oğluna və Zamin2 qarşı kredit borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq , MÜƏYYƏN ETDİ: İddiaçı Dəmirbank ASC-nin Cavabdeh,Zamin1 Qənbər oğluna və Zamin2 qarşı kredit borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Cavabdeh 17 sentyabr 2018-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş AZ-İ 969127 saylı, 28 sentyabr 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 17 sentyabr 2018-ci il tarixdə ölmüşdür. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 261.0.1-cı maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmədə müəyyən edildi ki, iddia ərizəsi xx.xx.2023-üi il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə Cavabdeh isə 17 sentyabr 2018-ci il tarixdə, yəni iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl ölmüşdür. Beləliklə iddiaçının ölən şəxsə qarşı məhkəmədə iddia qaldırması müəyyən edilmişdir ki, iddiaçı bu cür iddia qaldırmaqda haqlı olmamışdır. Qanunun tələbinə görə iddiaçı ölən şəxsin hüquqi varislərini müəyyən etməli və bundan sonra onun vərəsələri müəyyən edildiyi təqdirdə onlara qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə cavabdeh öldüyündən işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1 və 262.1 və 263- 264-cü maddələrini təhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Dəmirbank ASC-nin Cavabdeh, Zamin1 Qənbər oğluna və Zamin2 qarşı kredit borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata qərardadın təsviri hissəsində göstərilənlərə əsasən xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 122 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan alındıgı vaxtdan 10 gün müddətinə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seyfəli Seyfullayev.
Məhkəmə qərarları › İş №2(020)-970/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-970/2023
20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver