Məhkəmə qərarları › İş №2(020)-971/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-971/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-971/2023 28.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı vəkalətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və zərər tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh xx xxxx 1940-ci ildə anadan olmuş, ünvan 1 ünvanda yaşayan Cavabdeh əsassız olaraq əldə etdiyi və saxladığlı 808 manat əsas məbləğ, dövlət rüsumu kimi ödədiyi 31 manat, hüquqi yardım üçün vəkilə ödədiyi 50(əlli) manat, cəmi 889 (səkkiz yüz səksən doqquz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkalətli nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı əvvəllər tanıdığı X1 özünün şəxsi ehtiyacları üçün sələmə pul götürüb, müəyyən müddətdən sonra həmin pulu artıqlaması ilə ödəmişdir. Belə ki, iddiaçının əmək haqqı kartı Sərəngül Mehtiyevada olmuş, sonuncu həmin karta yüklənən pulları çıxarmışdır. Eyni zamanda iddiaçı iki dəfə, hər dəfə 404 manat olmaqla, cəmi 808 manatı Sərəngülün anası olan Cavabdeh adına olan 6****5075 nömrəli karta, 325 manatını isə Sərəngülün öz adına göndərməklə, tam olaraq borcunu qurtarmışdır. X7 iddiaçıya qarşı Beyləqan rayon məhkəməsində iddia qaldıraraq, 2000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasına nail olmuş, məhkəmədə anasının adına göndərilən 808 manatın və öz adına göndərilən pulun ona çatmadığını bildirmişdir. İddiaçı Cavabdeh qızı Sərəngül Mehtiyevaya vermək üçün ona verdiyi həmin pulun qaytarılmasını tələb etsədə, o bu vaxtadək həmin 808 manatı qaytarmamışdır. Belə olan halda iddiaçı pulu məhkəmə qaydasında geri tələb etmək məcburiyyətində qalmışdır. Cavabdehlə aralarında heç bir pul öhdəliyi olmadığı halda, cavabdehin qızı Sərəngül Mehtiyevaya vermək üçün iddiaçının adına olan karta göndərdiyi pulu iddiaçıya verməmiş, həmin pulu iddiaçıya qaytarmamış, həmin məbləği öz şəxsi ehtiyacı üçün istifadə etmişdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı Samirə qızı Sərəngül Mehdiyevanın tanışı olmuşdur. Onun öz həyətində 134 ədəd toyuğu olmuşdur. Səhhəti ilə əlaqədar toyuqları saxlaya bilmədiyindən qızı Sərəngülə toyuqları aparıb bazarda satmaq istədiyini bildirmişdir. Qızı Sərəngül tanışı Samirə ilə danışarkən onun toyuq satmaq istədiyini bildirmişdir. Samirə də toyuqları almaq istədiyi, pulunu isə hər ay 100 manat ödəyəcəyini demişdir. O, da Samirə ilə razılaşmışdır. 2020-ci ilin axırlarında Samirə toyuqları aparsa da, hər ay bir bəhanə ilə toyuğun pulnu ödəməkdən boyun qaçırmışdır. O, Samirənin evinə gedib ailəsindən pulu tələb etmək istəmişdir. Qızı Sərəngül bu barədə Samirəyə dedikdən sonra Samirə mart ayında onun pensiya kartına 404 manat, aprel ayında da 404 manat pul köçürmüşdür. Həmin pulları kartdan çəkmişlər. Hazırda Samirənin toyuğun pulundan ona 385 manat borcu qalmışdır. Ona qarşı qaldırılmış iddia tam əsassızdır. Onun Samirə ilə toyuq alverinin qızı ərəngülə heç bir aidiyyəti yoxdur. Samirə Sərəngülə olan borunca görə ona pul göndərməmiş, həmin pul onun toyularının puludur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasına cavabdeh tərəfindən dəvət edilib dindirilən şahid X4 ifadəsində göstərdi ki, iddiaçını əvvəldən tanımış və münasibətləri olmuşdur. İddiaçı ondan 2019-cu ildən alver edib, borcları az-az yığılıb qalmışdır. İddiaçı həmçinin anasından 2020-ci ilin axırlarında 134 ədəd toyuq almış, pulunu hər ay 100 manat olmaqla ödəməkdə razılaşmışlar. Lakin Samirə sözünə əməl etməyərək anasının pulunu ödəməmişdir. Samirəyə anasının onun evinə gedib ailəsi ilə danışacağını dedikdən sonra Samirə 2021-ci ilin mart və aprel aylarında hər dəfə 404 manat pulu anasının pensiya kartına ödəmişdir. Hazırda Samirənin anasına toyuğun pulununa görə 385 manat borcu qalmışdır. Samirəylə aralarında borc pula görə mübahisə olduğunda bir neçə dəfə məhkəmədə işləri olmuşdur. Lakin anası ilə Samirə arasında olan münasibətin onunla Samirə arasında olan borc münasibətinə aidiyyəti yoxdur. Samirə ilə telefon danışığında da Samirə həmin pulları toyuq borcuna görə ödədiyini etiraf etmişdir. Bu barədə onun səs yazısı da vardır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-ci ildə anadan olmuş, Beyləqan rayon, Mil qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 17 mart1940-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh adına mart 2021-ci ildə 404 manat və 10 aprel 2021-ci ildə 404 manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2(020)-684/2022 saylı qətnaməsindən görünür kiborc pul tələbi ilə bağlı Sərəngül Mehdiyevanın iddiası təmin edilmiş və İddiaçı borca görə 2000 manat pulun alınıb iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(020)-1465/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı 322 (üç yüz iyirmi iki) manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul alınıb X3 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 05 iyun 2023-cü il tarixli 2(020)-178/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı X2 cavabdeh İddiaçı qarşı 1100 manat borc pul tələbinə dair iddiası rədd eilsin. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının vəkalətli nümayəndəsinin və cavabdehin izahatlarını və şahid ifadəsini dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, həqiqətən də İddiaçı 2020-ci ilin axırlarında Cavabdeh toyuq almış, pulunu isə hər ay 100 manat olmaqla ödəyəcəyinə söz vermişdir. Lakin Samirə cavabdehə olan borcunu ödəmədiyinə görə aralarında narazılıq olmuşdur. Bundan sonra iddiaçı iki dəfə hər dəfə 404 manat olmaqla cavabdehin pensiya kartına pul köçürmüşdür. Məhkəmə iclasında izahat verən iddiaçının vəkalətli nümayəndəsi iddiaçı tərəfindən cavabdehə qızının borcuna görə verildiyini göstərmişdir. Lakin iş materiallarına əlavə edilmiş diskə köçürülmüş telefon danışıqlarına qulaq asılımış, danışıq zamanı Samirənin karta toyuğun pulunu köçürdüyünü etiraf etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi kifayət qədər sübuta yetmədiyindən rədd edilməli, iddiaçı tərəfindən ödənilən dövlət rüsumu, hüquqi yardım almaq üçün vəkilə ödədiyi 50 manat özünə aid edilməli və ekspertiza dəyərini təşkil edən 126 manat iddiaçıdan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı pul və zərər tələbinə dair iddiası rədd edilsin. İddiaçının dövlət rüsumu kimi ödədiyi 31 manat, hüquqi yardım almaq üçün vəkilə ödədiyi 50 manat onun özünə aid edilsin. İş üzrə ekspertiza dəyərini təşkil edən 126 (yüz iyirmi altı)manat İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar