Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-977/2024 30.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızı, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 730 manat pulun və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona müraciət edərək, Abşeron rayonu, Mehdiabad Bələdiyyəsinin 28 may 2002-ci il tarixli qərarına əsasən ona ayrılmış 0,06 ha torpaq sahəsinə çıxarış alınması üçün köməklik göstərilməsini xahiş etmişdir. Həmin torpaq sahəsinin çıxarışın alınması, yəni DƏDRX-də hüquqi qeydiyyata alınması üçün müəyyən hərəkətlər edilmiş və ödənişlər həyata keçirilmişdir. Belə ki, kadastr üçün 100 manat, eskiz layihə üçün 200 manat, vəkil üçün 400 manat və arxiv üçün 30 manat, ümumilikdə 730 manat ödəniş edilmişdir. Lakin cavabdeh qeyd olunan məbləği ödəməkdən müxtəlif bəhanələr gətirməklə yayınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə ondan cavabdehin xeyrinə 1000 manat məbləğində pul tutulmuş olsa da, o, həmin pulun 730 manatını əmlakın sənədləşdirilməsi ilə əlaqədar xərcləmişdir, ona görə də, cavabdehə cəmi 270 manat pul verməlidir. Abşeron Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmiş olsa da, ona müddətin ötürüldüyü bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh hal-hazırki iddiaçının tələb etdiyi pul məbləği ilə əlaqədar onun iddiası əsasında Abşeon Rayon Məhkəməsinin qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2(012)-4381/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ondan aldığı 1000 manat, həmin pulun 2 il ərzində əldən çıxmış faydasına görə 190 manat və mənəvi zərərə görə 2000 manat olmaqla, cəmi 3190 (üç min yüz doxsan) manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2(012)-4381/2023 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh İddiaçı 1000 (min) manat pul vəsaiti tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamənin əsaslandırma hissəsində qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin 28 may 2002-ci il tarixli 08№-li X3 əsasən Mehdiabad Bələdiyyəsinə məxsus olan torpaq sahəsindən 150 nəfər vətəndaşa fərdi mənzil tikintisi üçün ayrılmış torpaq sahəsindən 0,06 ha ölçüdə, 251 №-li torpaq sahəsi iddiaçının mülkiyyətinə ayrılmış, həmin torpaq sahəsinə görə Mehdiabad Bələdiyyəsinin hesabına xx.xx.2005-ci il tarixli, BYB seriyalı, 134702 №-li kassa mədaxil orderi ilə 450.000 (dörd yüz əlli min) manat məbləğində pul ödəmişdir. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş, 2006-cı ildən həmin evdə ailəsi ilə birlikdə yaşayır və bütün kommunal ödənişləri ödəmişdir. İddiaçı 2021-ci ilin fevral ayında Mehdiabad qəsəbəsində makler kimi tanıdığı cavabdeh İddiaçı yaşadığı evinin çıxarışını düzəltməyə kömək etməyi xahiş etmiş, cavabdeh iddiaçıdan ayrı-ayrı vaxtlarda ümumilikdə 1000 manat pul almış, verdiyi sözləri yerinə yetirməmişdir. Ona görə də iddiaçı cavabdehə verdiyi 1000 manat pulunu geri tələb etmiş, pulun qaytarılmadığını görən iddiaçı Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, müstəntiq Nəsimi Məhərrəmov tərəfindən 20 may 2022-ci il tarixli qərarla material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edərək bu işin mülki xarakterli olduğunu, mülki qaydada məhkəməyə müraciət etməyi bildirilmişdir. Cavabdeh İddiaçı onu aldadıb aldığı 1000 (min) manat pulu, bundan əlavə həmin pulun 2 il ərzində əldən çıxmış faydasına görə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi 1000 manatın ili 9,5 faiz olmaqla 2 ilə görə 190 manat olmaqla ona 1190 manat maddi zərər və 2000 (iki min) manat məbləğində isə mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbini qismən, 1000 (min) manat hissədə qəbul etdiyini bildirmişdir. Eyni zamanda həmin qətnamə qeyd edilmiş və hal-hazırki, iddia ərizəsinə də əlavə edilmiş - Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis, baş leytenantı X1 xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, vətəndaş Cavabdeh mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış X2 izahatında göstərmişdir ki, təxminən 10 ildir ki, makler fəaliyyəti ilə məşğul olur. Cavabdeh Mehdiabad qəsəbəsi sakini kimi tanısa da, yaxın münasibətləri olmayıb. 2021-ci ilin fevral ayında Cavabdeh ona müraciət edərək yaşadığı evə çıxarış almaqda ona köməklik göstərməsini xahiş etmiş, buna görə də xx.xx.2021-ci il tarixdə notarial qaydada etibarnamə vermişdir. Bundan sonra əvvəlcə o, Cavabdeh yaşadığı evin sxemini hazırlatmış, bunun müqabilində müvafiq şəxlərə 100 manat vermişdir. Daha sonra həmin evin eskiz layihəsini hazırlatmaq üçün 180 manat pul xərcləmiş, bələdiyyə həmin torpağa çıxarış verməkdən imtina etdikdə o, Cavabdeh xərclədiyi pulu geri qaytarmağı təklif etsə də, sonuncu israrla onun prosesi sonadək davam etdirməsini xahiş etmişdir. Daha sonra o, Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmaq məqsədilə Abşeron rayon vəkil bürosunun vəkili X6 ilə 400 manat müqabilində müqavilə bağlamışdır. Lakin Sumqayıt İnzibati Məhkəməsi iddianı təmin etmədikdə Cavabdeh ondan pulunu geri tələb etmiş, Mais İsgəndərov isə ondan ümumilikdə 1000 manat pul aldığını, 730 manatını sənədlər və vəkil üçün xərclədiyini geriyə qalan 270 manatın isə onun zəhmət haqqı olduğunu bildirmişdir. Göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2(012)- 4381/2023 saylı qətnaməsi ilə tərəflər arasında əmlakın sənədləşdirilməsi ilə əlaqədar yaranmış pul tələbi ilə bağlı mübahisəyə hüquqi qiymət verilmişdir. Hal-hazırda İddiaçı sənədləşdirməyə çəkdiyi 730 manat məbləğində xərcin Cavabdeh tutulmasını tələb edir ki, eyni predmet barəsində, eyni əsaslarla və eyni tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olması, hazıki mülki işin icraatına xitam verilməsini zəruri edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 261.0.2-ci maddəsinə görə isə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 261, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-977/2024
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-977/2024
30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver