Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-999/2025 13.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı “X1” ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1097,99 manat məbləğində əsas overdraft borcu, 496,24 manat məbləğində faiz borcu və 242,79 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1837,02 manat borcun və 38,38 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsiə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29 % ödəmək şərtilə 600 manat mıbləğində kredit xətti açılmışdır. Müqavilənin 2.9-cu bəndində nəzərdə tutulmuş hal kimi cavabdehin istifadəsində olan kredit kartının hesabında texniki overdraft yaranmışdır. Kartın istifadəsi zamanı xx.xx.2022-ci il tarixində cavabdeh özünə aid olmayan 497,99 manat məbləğinin istifadə etməsi texniki overdraftın yaranması ilə nəticələnmişdir. Kredit Müqaviləsinin 2.9-cu bəndinə əsasən, müəyyən texniki səbəblərə görə hesabda mpvcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnir. Hesab üzrə texniki overdraft yarandığı halda “Borcalan” “Bank” qarşısında yaranmış borcu texniki overdraft yarandığı gündən ən geci 30 iş günü ərzində ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə "xxxx" KB ASC-yə 1097,99 manat əsas, 496,24 manat faiz borcu, 242,79 manat cərimı olmaqla, cəmi 1837,02 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həl olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir: Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli 6806sSTB2/21 №-li kredit müqaviləsindən və SMS bildirişdən görünür ki, Cavabdeh "xxxx" KB ASC tərəfindən xx.xx.2024-cü il tarixədək illik 29 faizlə 600 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh Banka 1097,99 manat məbləğində əsas borc, 496,24 manat məbləğində faiz borcu və 242,79 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1837,02 manat məbləğində borcu vardır. "xxxx" KB ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh "xxxx" KB təsdiq edir ki. bizim bankımızda xx.xx.2021-ci il tarixli 6806sSTB2/21 saylı kredit xətt müqaviləsinə bağlı AZ85UBAZ**********1010AZN001 (kartın nömrəsi: 524375******4796) saylı kart hesabı var. xx.xx.2022-ci il tarixində müştərinin xx.xx.2021-ci il tarixli 6806sSTB2/21 saylı kredit xətt müqaviləsinə bağlı 524375******4796 kartından 21,14 manat (iyirmi bir manat,on dörd qəpik) məbləğində əməliyyatın silinməsi getmişdir və qalıq borc 593.24 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixində müştərinin xx.xx.2021-ci il tarixli 6806sSTB2/21 saylı kredit xətt müqaviləsinə bağlı 524375******4796 kartından 10,24 manat (on manat,iyirmi dörd qəpik) məbləğində əməliyyatın silinməsi getmişdir və qalıq borc 603.48 manat, kartın real balansı isə 0.00 manat (sıfır manat,sıfır qəpik) təşkil etmişdir. Lakin xx.xx.2021-ci il tarixli 6806sSTB2/21 saylı kredit xətt müqaviləsinə bağlı (kartın nömrəsi: 524375******4796) karta ayrılan kredit xətt limitinin 600 manat (altı yüz manat) olmasına baxmayaraq texniki səbəbdən xx.xx.2022-ci il tarixində kart hesabına 600.84 manat (altı yüz manat,səksən dörd qəpik) məbləğində vəsait əlavə edilmiş və kart balansı 600.84 manat (altı yüz manat,səksən dörd qəpik) təşkil etmişdir.Bank səhvən əlavə edilmiş 603.48 manat( altı yüz üç manat,qırx səkkiz qəpik) (600.84 manat (altı yüz manat,səksən dörd qəpik +1.44 manat (bir manat,qırx dörd qəpik) faiz +1.20 manat (bir manat,iyirmi qəpik) komissiya məbləği ) məbləğində vəsaiti kart hesabından geri çəkmişdir. Müştəri texniki səbəbdən əlavə edilmiş məbləğdən dərhal istifadə etmişdir : xx.xx.2022-ci il tarixində müştərinin kartından xx.xx.2022ci il tarixli təyinatı ilə 50 (əlli) manat məbləğində etdiyi əməliyyatın silinməsi getmişdir. Nəticədə müştəri özünün olmayan 50 (əlli) manat istifadə etmişdir. xx.xx.2022-ci il tarixində müştərinin kartından xx.xx.2022-ci il tarixli təyinatı ilə 500 (beş yüz ) manat məbləğində etdiyi əməliyyatın silinməsi getmişdir. Nəticədə müştəri özünün olmayan 500 (beş yüz) manat istifadə etmişdir. Nəticədə, Cavabdeh xx.xx.2022-ci il tarixində özünün olmayan 550 (beş yüz əlli) manat məbləğində ona məxsus olmayan vəsaiti kartından istifadə etmişdir. İstifadə etdiyi 550 (beş yüz əlli) manat məbləğində vəsait müştərinin borcuna əlavə edilmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə müştərinin xx.xx.2021-ci il tarixli 6806sSTB2/21 saylı kredit kart müqaviləsinə əsəsən borcu 603.48 manat qalıq borc və 550 (beş yüz əlli) manat overdraft borcu ilə birlikdə ümumi əsas borcu 1153.48 (bir min bir yüz əlli üç manat,qırx səkkiz qəpik) təşkil etmişdir. xx.xx.2022ci il tarixində müştəri xx.xx.2021-ci il tarixli 6806sSTB2/21 saylı kredit kart müqaviləsinə 20 (iyirimi) manat məbləğində ödəniş etmişdir. Ödənilən məbləğdən 11 (on bir) manat xx.xx.2021 tarixli 6806sSTB2/21 müqavilə üzrə istifadə olunmuş kredit xətti üzrə komissiya, 9 (doqquz) manat xx.xx.2021 tarixli 6806sSTB2/21 müqavilə üzrə istifadə olunmuş kredit xətti üzrə faiz borcuna silinmə getmişdir. Əsas borca silinmə getmədiyi üçün qalıq əsas borc 1 153.48 (bir min bir yüz əlli üç manat,qırx səkkiz qəpik) təşkil etmişdir. xx.xx.2022-ci il tarixində müştəri xx.xx.2021-ci il tarixli 6806sSTB2/21 saylı kredit xətt müqaviləsinə 50 (əlli) manat məbləğində ödəniş etmişdir. Ödənilən məbləğdən 21,59 (iyirmi bir manat,əlli doqquz qəpik) manat xx.xx.2021 tarixli 6806sSTB2/21 müqavilə üzrə istifadə olunmuş kredit xətti üzrə faiz, 0,06 AZN ( sıfır manat,altı qəpik) xx.xx.2021-ci il tarixli 6806sSTB2/21 müqavilə üzrə istifadə olunmuş kredit xətti üzrə cərimə faizi, 28,35 manat (iyirmi səkkiz manat,otuz beş qəpik) xx.xx.2021 tarixli 6806sSTB2/21 müqavilə üzrə istifadə olunmuş vaxtı keçmiş kreditin ödənişi borcuna silinmə getmişdir.Nəticədə qalıq əsas borc 1125,13 manat(bir min bir yüz iyirmi beş manat,on üç qəpik) təşkil etmişdir. xx.xx.2022-ci il tarixində müştəri xx.xx.2021-ci il tarixli 6806sSTB2/21 saylı kredit xətt müqaviləsinə 60 (altmış) manat məbləğində ödəniş etmişdir. Ödənilən məbləğdən 32,86 (otuz iki manat,səksən altı qəpik) manat xx.xx.2021-ci il tarixli 6806sSTB2/21 müqavilə üzrə istifadə olunmuş kredit xətti üzrə faiz, 27,14 (iyirmi yeddi manat,on dörd qəpik) manat xx.xx.2021-ci il tarixli 6806sSTB2/21 müqavilə üzrə istifadə olunmuş vaxtı keçmiş kreditin ödənişi borcuna silinmə getmişdir. Nəticədə qalıq əsas borc 1097,99 manat təşkil etmişdir. "xxxx" KB ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, "xxxx" KB ASC-nin müştərisi olan Cavabdeh Bank tərəfindən illik faiz dərəcəsi 29%, müddəti 35 ay, məbləğ 600 manat olmaqla, xx.xx.2021-ci il tarixdə kredit xətti rəsmiləşdirilmişdir. Müştəriyə 600 manat kredit limitindən əlavə 497,99 manat overdraft krediti ayrılmışdır. "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişə əsasən məlum olur ki, bank, cavabdehə xx.xx.2024-cü il tarixə 1097,99 manat əsas, 358,28 manat faiz borcu və 99,49 manat cərimə olmaqla, cəmi 1555,71 manat məbləğində yaranmış borcun 3 iş günü ərzində ödənilməsini, aralarındakı bağlanan kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks təqdirdə vaxtından əvvəl olaraq borc məbləğinin ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -739.1-ci maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərini yarandığı dövrdə qüvvədə olan). -739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır(tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərini yarandığı dövrdə qüvvədə olan). 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.3-ci maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay müvafiq olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Eyni zamanda cavabdehə ayrılmış 600 manat məbləğindən əlavə olaraq, 497,99 manat overdraft krediti ayrılmışdır. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, hesab edirəm ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1097,99 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin faiz və cərimə hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdə, yəni 496,24 manat məbləğində faiz məbləğinin və 242,79 manat məbləğində cərimə məbləğinin tutulması əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu (bildiriş) göndərərək cavabdehdən müqavilə üzrə bütün borcları tələb etmişdir. Bununla da, iddiaçı cəmiyyət tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Həmin tarixdən sonra hesablanan faiz və cərimə borcu cavabdeh tərəfindən öhdəlik kimi qəbul edilə və tutula bilməz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarından da görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa, müqavilənin ləğv edilməsi ilə tərəflərin yalnız həmin müqavilənin ləğv edilməsinədək yaranmış öhdəliklərin icrasını, yaxud müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən çıxmış faydanı tələb etmək hüququ tanınmalıdır. Həmin qərara əsasən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixli bildirişlə müqavilənin ləğv edilməsi üçün məhkəmədən kənar qaydada birtərəfli iradə ifadəsini göstərdiyindən, bununla da iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilməli və iddiaçının həmin tarixədək yaranmış olan öhdəliklərin cavabdehdən icrasını tələb etmək hüququ tanınmalıdır. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlirəm ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1097,99 manat məbləğində əsas borc, 358,23 manat məbləğində faiz borcu və 99,49 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1555,71 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş 38,38 manat məbləğində dövlət rüsumunun 35,55 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 1097,99 (min doxsan yeddi manat 99 qəpik) manat məbləğində əsas borc, 358,23 (üç yüz əlli səkkiz manat 23 qəpik) manat məbləğində faiz borcu və 99,49 (doxsan doqquz manat 49 qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1555,71 (min beş yüz əlli beş manat 71 qəpik) manat məbləğində pul vəsaiti və 35,55 (otuz beş manat 55 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “X1” ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-999/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-999/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver