Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-10/2021 13.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh oğluna, X3 və X5 qarşı «kredit müqaviləsi üzrə borc tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh oğluna, X3 və X5 qarşı iddia qaldıraraq 27 avqust 2014-cü il tarixli 115.LN.2106.270814.00002 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6127.72 manat əsas, 1097.02 manat faiz, 419.25 manat cərimə olmaqla cəmi 7643.99 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun tutulmasını, tutmanın Bərdə şəhəri İsmət Qayıbov küçəsində yerləşən, Cavabdeh müilkiyyətindəki 34 saylı evin 1 saylı mənzilinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsinə, ipoteka predmelinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulmasına, İpoteka qoyulmuş yaşayış evinə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh, X1 və X4 tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, mənzilin boşaldılması, həmin şəxslərinin mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 27 avqust 2014-cü il tarixli 115. LN. 2106.270814.00002 saylı Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq X8 illik 24 faizlə 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Yuxarıda göstərilən müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün AGBank ASC ilə ipotekaqoyan Cavabdeh arasında bağlanmış 11 oktyabr 2013-cü il tarixli 115.CL.111013.00001/g saylı İpoteka müqaviləsinin şərtlərinə görə AGBank ASC-yə Bərdə şəhəri İsmət Qayıbov küçəsi 34 saylı evin 1 saylı mənzilinə ipoteka hüququ verilmiş, onun qeydiyyatı 30.08.2014-cii il tarixli, seriya RX ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Cavabdeh kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 17.06.2016-cı il tarixə olan borcu 6127.72 manat əsas, 1097.02 manat faiz, 419.25 manat olmaqla cəmi 7643.99 manat təşkil edir. Bu günədək Cavabdeh tərəfindən Kredit Müqaviləsinin şərtləri verinə vetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur ki, bu da öz növbəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295 və 319-cu maddələrinə əsasən İddiaçı ASC-yə İpoteka Müqaviləsinin şərtlərinə görə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququnu vermişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Elmar Əliyev məhkəməyə teleqram göndərərək üzürlü səbəbdən məhkəməyə gələ bilmədiyini iddia tələbini müdafiə etdiyini və onun iştirakı olmadan işə baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh oğluna, X3 və X5 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 11 oktyabr 2013-cü il tarixli 115.CL.111013.00001\g İpoteka Müqaviləsindən və həmin ipoteka müqaviləsinə 1 saylı Əlavədən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh oğluna 11.10.2013-cü il tarixli 115.LN.2106.111013.00001 saylı Kredit müqaviləsi və ona edilmiş və ya ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə Cavabdeh mülkiyyətindəki Bərdə şəhəri İsmət Qayıbov küçəsi 34 saylı evin 1 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotekanın predmeti 15000 (on beş min) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş 27.08.2014-cü il tarixli 115.LN.2106.270814.00002 saylı Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh oğluna 36 ay müddətinə illik 24% olmaqla 8000 manat məbəğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh arasında bağlanmış 11 oktyabr 2013-cü il tarixli 115.CL.111013.00001\g saylı ipoteka müqaviləsi və və bu müqaviləyə edilmiş və ediləcək əlavələr ilə təmin olunur. Mülki işə əlavə edilmiş 115.CL.111013.00001\g X2 görünür ki, tərəflərin razılığına əsasən İddiaçı ASC ilə cavabdeh Cavabdeh oğlu arasında bağlanmış 27.08.2014cü il tarixli 115.LN.2106.270814.00002 saylı Kredit Müqaviləsi 11 oktyabr 2013-cü il tarixli 115.CL.111013.00001\g saylı ipoteka müqaviləsi ilə təmin olunur. Mülki işə əlavə edilmiş 12.10.2020-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh 115.LN.2106.270814.00002 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 30.09.2020-ci il tarixə kimi 6127.72 manat əsas borc, 1097.02 manat faiz borcu, 419.25 manat cərimə borcu olmaqla, ümumilikdə 7643.99 manat borcu vardır. Mülki işə əlavə edilmiş RX seriyalı, 04270004 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan Bərdə şəhəri İ.Qayıbov küçəsi 34 saylı ev 1 saylı mənzil İddiaçı ASC- nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki işə əlavə edilmiş Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş 28.07.2016-cı il tarixli Ərizədən görünür ki, İddiaçı ASC Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 evin 1 saylı mənzilinə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş “Müstəqil Ekspertiza Mərkəzi” MMC tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə 505 saylı 21.10.2021-ci il tarixli rəydən görünür ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 72.4 kv.m, yaşayış sahəsi 37.3 kv.m və yardımçı sahəsi 35.1 kv.m olan 1 mərtəbəli 3 otaqlı 1 nömrəli mənzilin bazar dəyəri 40 400 (qırx min dörd yüz) manat, likvid dəyəri 38380 (otuz səkkiz min üz yüz səksən) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, 27 avqust 2014-cü il tarixli 115. LN. 2106.270814.00002 saylı Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq X8 illik 24 faizlə 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün AGBank ASC ilə ipotekaqoyan Cavabdeh arasında bağlanmış 11 oktyabr 2013-cü il tarixli 115.CL.111013.00001/g saylı İpoteka müqaviləsinin şərtlərinə görə AGBank ASC-yə Bərdə şəhəri İsmət Qayıbov küçəsi 34 saylı evin 1 saylı mənzilinə ipoteka hüququ verilmiş, onun qeydiyyatı 30.08.2014-cii il tarixli, seriya RX ******* nömrəli çıxarışla təsdiqlənmişdir. İş üzrə İddiaçı ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, Cavabdeh 27.08.2014-cü il tarixli 115.LN.2106.270814.00002 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh oğlu risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Həmçinin, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri, nəzərə alır və İddiaçı ASC -nin iddiasının 419.25 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 50 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 72.4 kv.m, yaşayış sahəsi 37.3 kv.m və yardımçı sahəsi 35.1 kv.m olan 1 mərtəbəli 3 otaqlı 1 nömrəli mənzilə yönəldilməli, həmin mənzillər açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 72.4 kv.m, yaşayış sahəsi 37.3 kv.m və yardımçı sahəsi 35.1 kv.m olan 1 mərtəbəli 3 otaqlı 1 nömrəli mənzilin qiymətini müəyyən edərkən hesab edir ki, ipoteka qoyulmuş əmlakın qiyməti 38 380 (otuz səkkiz min üç yüz səksən) manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan mənzilin qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəydən görünür ki, ipoteka ilə yükli edilmiş ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 72.4 kv.m, yaşayış sahəsi 37.3 kv.m və yardımçı sahəsi 35.1 kv.m olan 1 mərtəbəli 3 otaqlı 1 nömrəli mənzilin bazar dəyəri 38 380 (otuz səkkiz min üç yüz səksən) manat təşkil edir. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti mütəxəssis rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinin satışından əldə olunmuş vəsait kifayət etmədiyi təqdirdə qalan borcun ümumi qaydada tutulması tələbi təmin oluna bilməz. Çünki, həmin tələb iddia icraatı qaydasında yox, “İcra haqqında “qanuna əsasən tənzimləndiyindən icra zaman həll olunan məsələdir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 72.4 kv.m, yaşayış sahəsi 37.3 kv.m və yardımçı sahəsi 35.1 kv.m olan 1 mərtəbəli 3 otaqlı 1 nömrəli mənzilinə tutma yönəldikdə və satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılması və evin boşaldılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İş materiallarından cavabdehlər X7 və X9 tərəfindən belə bir öhdəlik götürdükləri müəyyən olunmur. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi X3 və X5 münasibətdə ipoteka predmetindən çıxarılma hissəsində təmin olunmadığından ipoteka predmetinin boşaldılması hissəsində də təmin edilə bilməz. Məhkəmə hesab edir ki, ipoteka predmetinə istifadə hüququnun itirilməsi hissəsində iddia tələbi rədd edilməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetinə istifadə hüququnun itirilməsi hissəsində iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı kimi Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ipoteka predmeti olan əmlaka istifadə hüququnun itirilməsi barədə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də ki “İpoteka haqqında” Qanunda bankın bu məzmunda iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası qismən təmin edilməli, Cavabdeh 27.08.2014-cü il tarixli 115.LN.2106.270814.00002 saylı kredit müqaviləsi üzrə 6127.72 manat əsas borc, 1097.02 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 7274.74 (yeddi min iki yüz yetmiş dörd manat yetmiş dörd qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutulan məbləğ Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 72.4 kv.m, yaşayış sahəsi 37.3 kv.m və yardımçı sahəsi 35.1 kv.m olan 1 mərtəbəli 3 otaqlı 1 nömrəli mənzilinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 38 380 (otuz səkkiz min üç yüz səksən) manat müəyyən olunmalı, mənzil açıq hərracdan satılmalı,əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçisinə qaytarılmalı, Cavabdeh ipoteka predmeti olan əmlakdan çıxarılmalı və boşaltmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsum cavabdeh Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 27.08.2014-cü il tarixli 115.LN.2106.270814.00002 saylı kredit müqaviləsi üzrə 6127.72 manat əsas borc, 1097.02 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 7274.74 (yeddi min iki yüz yetmiş dörd manat yetmiş dörd qəpik) manat alınaraq Ləğv prosesində olan İddiaçı ASC -yə ödənilsin. Tutma Cavabdeh mülkiyyətindəki ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 72.4 kv.m, yaşayış sahəsi 37.3 kv.m, yardımçı sahəsi 35.1 kv.m olan 1 mərtəbəli 3 otaqlı 1 nömrəli mənzilinə yönəldilsin İpoteka predmetinin- ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 72.4 kv.m, yaşayış sahəsi 37.3 kv.m və yardımçı sahəsi 35.1 kv.m olan 1 mərtəbəli 3 otaqlı 1 nömrəli mənzilin ilkin satış qiyməti 38 380 (otuz səkkiz min üç yüz səksən)manat müəyyən edilsin. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçilərə qaytarılsın. Həmin əmlak satıldıqdan sonra Cavabdeh 1 ay ərzində mənzildən çıxarılmaqla boşaltsın. Qalan hissədə iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq Ləğv prosesində olan İddiaçı ASC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-10/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-10/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver