Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-10/2022 24.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Alıyev Akif İsbi oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi,pul tələbi, ipoteka qoyulmuş əmlaka tələb yönəldilməsi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi və mənzildən çıxarılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək tutmanın İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 iyun 2015-ci il tarixli 5426 saylı ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ üzrə Cavabdeh1 oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış, Bərdə rayonu, Mirzalıbəyli kəndində mülkiyyətində olan 0,029 ha torpaq sahəsi və üzərində yerləşən 98.5 kv.m ümumi sahəsi, 51.2 kv.m yaşayış sahəsi, 47.3 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılmasına, satışdan əldə olunan vəsait hesabın borcun ödənilməsinə, fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Akif oğlunun həmin evdə istifadə hüquqlarına xitam verilməsinə və ən gec bir ay ərzində boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh Cavabdeh1 arasında 30 iyun 2015-ci il tarixli, 5426 nömrəli kredit müqaviləsi bağlanaraq bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik faiz dərəcəsi 24 faiz olmaqla 15.000 (on beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. 30 iyun 2015-ci il tarixli, 5426 nömrəli kerdit müqaviləsi üzrə borclunun öhdəliyinin təminatı kimi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reystrində n29 nömrəli reystr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 0,029 torpaq sahəsində yerləşən 1 mərtəbəli, 98,5 kv.m ümumi, 51,2 kv.m yaşayış, 47,3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin mənzildə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Akif oğlu qeydiyyatdadır. 30 iyun 2015-ci il tarixli, 5426 nömrəli kredit müqaviləsinə əsasən borc alan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür,lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq halhazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. 30 iyun 2015-ci il tarixli, 5426 nömrəli kerdit müqaviləsinə əsasən cavabdehin 12946 ABŞ dolları əsas, 3291 ABŞ dolları faiz, 400 ABŞ dolları cərimə olmaqla, cəmi:- 16637 (on altı min altı yüz otuz yeddi ABŞ dolları) ABŞ dolları kredit borcu vardır. Odur ki, tumanın İddiaçı ASC ilə cavabdeh Cavabdeh1 arasında 30 iyun 2015-ci il tarixli, 5426 nömrəli kredit müqaviləsinə əsasən mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli vərəqində qeydiyyata alınmış Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 0,029 torpaq sahəsində yerləşən 1 mərtəbəli, 98,5 kv.m ümumi, 51,2 kv.m yaşayış, 47,3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılmasına, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsinı, fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Akif oğlununhəmin evdən istifadə hüquqlarına xitam verilməsinə və ən geci bir ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 oğlu iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Alıyev Akif İsbi oğluna, Cavabdeh3 və Alıyev Adınur Akif oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 30 iyun 2015-ci il tarixli, 5426 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik faiz dərəcəsi 24 faiz olmaqla 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 30 iyun 2015-ci il tarixli, 5426 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 30 iyun 2015-ci il tarixli, 5426 nömrəli əsas kredit müqaviləsinin təminatı kimi Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən mülkiyyətində olan 0,029 torpaq sahəsində yerləşən 1 mərtəbəli, 51,2 kv.m yaşayış, 47,3 kv.m yardımçı, 98,5 kv.m ümumi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evini ipoteka qoyaraq ipoteka predmetinin məbləği 19.600 (on doqquz min altı yüz) manat dəyərində qiymətləndirilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MA № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 1 mərtəbəli, 51,2 kv.m yaşayış, 47,3 kv.m yardımçı, 98,5 kv.m ümumi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX № ******* nömrəli, qeydiyyat tarixi 01.07.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 1 mərtəbəli, 51,2 kv.m yaşayış, 47,3 kv.m yardımçı, 98,5 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi 0,029 torpaq sahəsi ilə birlikdə 30 iyun 2015-ci il tarixli, 5426 nömrəli kredit müqaviləsinin təminatı kimi 30.06.2015-ci il tarixdən 30.06.2018-ci il tarixə kimi İddiaçı ASC-in Bərdə filialının xeyrinə yüklü edilmişdir; İş materiallarında 02 aprel 2018-ci il tarixli, ABHD-1054/2018 nömrəli pretenziyadan görünür ki, borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında AB-87 nömrəli 02 dekabr 2019-cu il tarixli bildirişin surətindən müəyyən olunur ki, cavabdehlərə məhkəmə qaydasında ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə 30 iyun 2015-ci il tarixli, AB-089 nömrəli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş DƏDRX-in 7 saylı ərazi idarəsində 30 iyun 2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş və X6 Xidmət Mərkəzi Notariat Kontorunda təsdiqlənmiş ərizələrin surətindən görünür ki, Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən yaşayış evini ipoteka qoyulmasına razıdırlar, ipotedka predmetinə tutma yönəldikdə yaşayış evini dərhal tərk etməyi qəbul edirlər. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəhyyən olunur ki, Cavabdeh1 20 mart 1967-ci ildə Ermənistan Vardenis rayonunda doğulmuş, Bərdə rayonu, Mirzalıbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəhyyən olunur ki, Cavabdeh3 Qulu qızı 18 dekabr 1967-ci ildə Goranboy rayonunda doğulmuş, Bərdə rayonu, Mirzalıbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəhyyən olunur ki, Cavabdeh2 xx xxx 1997-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Mirzalıbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli, 2(021)- 57/2018 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında baglanmış 30 iyun 2015-ci il tarixli, 5426 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 30 iyun 2015-ci il tarixli, 5426 nömrəli kredit müqaviləsi üzrə 12946, ABŞ dolları əsas, 1620,51 ABŞ dolları faiz, 40 ABŞ dolları cərimə olmaqla, cəmi:- 14606,51 (on dörd min altı yüz altı ABŞ dolları 51 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, iddia qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 01 dekabr 2021-ci il tarixli, UNİ/O 296-915/21 nömrəli ekspert rəyindən görünür ki, Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 1 mərtəbəli, 51,2 kv.m yaşayış, 47,3 kv.m yardımçı, 98,5 kv.m ümumi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evin 01 dekabr 2021-ci il tarixinə bazar dəyəri 38 800,0 (otuz səkkiz min səkkiz yüz) manat, likvid dəyəri 34 900,0 (otuz dörd min doqquz yüz) manat, 0,029 ha torpaq sahəsinin orta bazar dəyəri 2,800,00 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə cavabdeh Cavabdeh1 arasında 30 iyun 2015-ci il tarixli, 5426 nömrəli kredit müqaviləsi bağlanaraq bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik faiz dərəcəsi 24 faiz olmaqla 15.000 (on beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. 30 iyun 2015-ci il tarixli, 5426 nömrəli kerdit müqaviləsi üzrə borclunun öhdəliyinin təminatı kimi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reystr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 0,029 torpaq sahəsində yerləşən 1 mərtəbəli, 98,5 kv.m ümumi, 51,2 kv.m yaşayış, 47,3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin mənzildə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Akif oğlu qeydiyyatdadır. 30 iyun 2015-ci il tarixli, 5426 nömrəli kerdit müqaviləsinə əsasən borc alan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür, lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. 30 iyun 2015-ci il tarixli, 5426 nömrəli kerdit müqaviləsinə əsasən cavabdehin 12946 ABŞ dolları əsas, 3291 ABŞ dolları faiz, 400 ABŞ dolları cərimə olmaqla, cəmi:- 16637 (on altı min altı yüz otuz yeddi ABŞ dolları) ABŞ dolları kredit borcu vardır. Bərdə Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli, 2(021)-57/2018 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında baglanmış 30 iyun 2015-ci il tarixli, 5426 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 30 iyun 2015-ci il tarixli, 5426 nömrəli kredit müqaviləsi üzrə 12946, ABŞ dolları əsas, 1620,51 ABŞ dolları faiz, 40 ABŞ dolları cərimə olmaqla, cəmi 14606,51 (on dörd min altı yüz altı ABŞ dolları 51 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, iddia qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddia tələbinin predmetini aşağıdakı tələblər təşkil edir:
1. Tumanın İddiaçı ASC ilə cavabdeh Cavabdeh1 arasında 30 iyun 2015-ci il tarixli, 5426 nömrəli kredit müqaviləsinə əsasən mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli vərəqində qeydiyyata alınmış Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 0,029 torpaq sahəsində yerləşən 1 mərtəbəli, 98,5 kv.m ümumi, 51,2 kv.m yaşayış, 47,3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılmasına, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi;
2. Fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Akif oğlunun həmin evdən istifadə hüquqlarına xitam verilməsinə və ən geci bir ay ərzində boşaldılması. Məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir. İddianın tutmanın Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 0,029 torpaq sahəsində yerləşən 1 mərtəbəli, 98,5 kv.m ümumi, 51,2 kv.m yaşayış, 47,3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinə yönəldilərək əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə həmçinin qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş 01 dekabr 2021-ci il tarixli, UNİ/O 296-915/21 nömrəli ekspert rəyi ilə Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 1 mərtəbəli, 51,2 kv.m yaşayış, 47,3 kv.m yardımçı, 98,5 kv.m ümumi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evin 01 dekabr 2021-ci il tarixinə bazar dəyəri 38 800,0 (otuz səkkiz min səkkiz yüz) manat, likvid dəyəri 34 900,0 (otuz dörd min doqquz yüz) manat, 0,029 ha torpaq sahəsinin orta bazar dəyəri 2,800,00 manat müəyyən edilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus olan Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 1 mərtəbəli, 51,2 kv.m yaşayış, 47,3 kv.m yardımçı, 98,5 kv.m ümumi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinə yönəldilməli, mənzilin likvid dəyəri 59 040,0 manat müəyyən edilməklə həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyulmuş evdə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Akif oğlunun həmin evdən istifadə hüquqlarına xitam verilməsinə və ən geci bir ay ərzində boşaldılması aid hissədə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli və ipoteka predmeti olan evdə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Akif oğlu ipoteka predmeti olan Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 1 mərtəbəli, 51,2 kv.m yaşayış, 47,3 kv.m yardımçı, 98,5 kv.m ümumi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evi satıldıqdan sonra onlar 1 (bir) ay müddətində həmin evi boşaltmaqla tərk etməlidirlər. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş və X6 Xidmət Mərkəzi Notariat Kontorunda təsdiqlənmiş ərizələrinə əsasən cavabdehlər Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən yaşayış evini ipoteka qoyulmasına razıdırlar, ipoteka predmetinə tutma yönəldikdə yaşayış evini dərhal tərk etməyi qəbul edirlər. İddia tələbinin cavabdehlərin ipoteka predmeti olan Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 1 mərtəbəli, 51,2 kv.m yaşayış, 47,3 kv.m yardımçı, 98,5 kv.m ümumi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra əvvəlki mülkiyyətçinin istifadə hüququnun xitam verilməsi hüququna yeni mülkiyyətçi məxsus olduğundan iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, təyin edilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Alıyev Akif İsbi oğluna, Cavabdeh3 və Alıyev Adınur Akif oğluna qarşı kredit müqaviləsinin ləğv edilməsi, pul tələbi, ipoteka qoyulmuş əmlaka tələb yönəldilməsi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi və mənzildən çıxarılması tələbinə dair iddiası qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli, 2(021)-57/2018 saylı qətnaməsi ilə Cavabdeh1 oğlundan tutulmalı olan 30 iyun 2015-ci il tarixli, 5426 nömrəli kredit müqaviləsi üzrə 12946, ABŞ dolları əsas, 1620,51 ABŞ dolları faiz, 40 ABŞ dolları cərimə olmaqla cəmi- 14606,51 (on dörd min altı yüz altı ABŞ dolları 51 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutulması İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 oğlu arasında bağlanmış 30 iyun 2015-ci il tarixli, 5426 nömrəli müqaviləsinə əsasən Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 1 mərtəbəli, 51,2 kv.m yaşayış, 47,3 kv.m yardımçı, 98,5 kv.m ümumi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evin 0.029 ha torpaq sahəsinə yönəldilsin. Tutma Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 1 mərtəbəli, 51,2 kv.m yaşayış, 47,3 kv.m yardımçı, 98,5 kv.m ümumi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan fərdi yaşayış evi açıq hərracdan satılsın. İpoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 34.900 manat (otuz dörd min doqquz yüz manat) manat müəyyən edilsin. Qeyd olunan əmlak satıldıqdan sonra 1 (bir) ay müddətində cavabdehlər Alıyev Akif İsbi oğlu, Cavabdeh3 və Alıyev Adınur Akif oğlu ipoteka predmeti olan evi boşaltsınlar. Satışdan əldə olunan pul vəsaiti hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyan Cavabdeh1 qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul cavabdehlər Alıyev Akif İsbi oğlundan, Cavabdeh3 və Alıyev Adınur Akif oğlundan tutularaq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin (VÖEN:**********, Hesab AZN:AZ77AİİB400600C**********218, Bank: Kapital Bank ASC Bravo 3 fialı,VÖEN:**********,müxbir hesabı:AZ37NABZ013501**********1944, filial kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXXnömrəli) hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elsun Əhmədov