Məhkəmə qərarları › İş №2(021)-1008/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1008/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1008/2021 01.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı, Cavabdeh Nəsibov Hikmət Şakir oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Zümürxan kəndində yaşayan Cavabdeh borclu olduğu 6000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Nəsibov Hikmət Şakir oğlu onun doğma nəvəsidir, onunla birlikdə yaşayan gəlini X1 vərəm xəstəsidir və qulaqları eşitmir. Onun Bakı şəhərində müalicə olunması üçün pensiyadan 6000 manat pul toplamış, 2021-ci ilin yanvar ayında gəlini Gülsabah Nəsibovanı müalicə üçün Bakı şəhərinə aparmağa hazırlaşarkən Cavabdeh onların evinə gələrək, hazırda sərtləşdirilmiş karantin rejimi olduğunu və yolların bağlı olduğunu demiş, pulu ona verməyini xahiş etmişdir. Həmin pulla onlara iri buynuzlu mal-qara alacağını, sərtləşdirilmiş karantin rejimi bitrikdən sonra isə həmin mal-qaranı satıb Bakı şəhərinə getmələrini bildirmişdir. Cavabdeh nəvəsi olduğu üçün ona inanmış, ailə üzvülərinin yanında onlara mal qara almaq üçün 6000 manat pulu verərək, satarkən qazanc əldə edə biləcəkləri malqara almasını bildirmişdir. Cavabdeh də yaxşı mal-qara alacağına söz vermişdir. Lakin Hikmət Nəsibov bazardan 3 baş qoca inək alıb gətirmişdir. O, isə qoca inək aldığı üçün cavabdehlə irad tutmuş, cavabdeh isə onun iradından sonra həmin inəkləri satıb, başqa inəklər almağı təklif etmişdir. O, yenə cavabdehə inanmış, Cavabdeh həmin 3 baş inəyi bazarda satmaq üçün aparmışdır. Ancaq Cavabdeh nə başqa inəklər alıb gətirmiş, nə də pulu qaytarmışdır. Həmin gündən də telefon zənglərinə cavab vermir, yalnız onlara qıcıq vermək üçün onların pulu ilə dincəldiyi otellərdən başqa şəxslərə görüntülü zənglər edir, bununla da Cavabdeh ümumiyyətlə borclu olduğu pulu qaytarmaqdan imtina edir. Beləliklə Cavabdeh ona borclu olduğu 6000 manat pulu qaytarmamaqla onun hüquqlarını pozmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasına Cavabdeh Şakir oğlun izahatında iddianı qismən qəbul edərək, göstərdi ki, iddiaçı al-ver etmək üçün cəmi 5000 manat pul verib, o həmin pulla alver etmiş, xeyir götürmüşdür. Lakin borcu qaytarmağa pulu yoxdur. Həmin al-verdən qazqandığı xeyrdə iddiaçıya heç nə verməmişdir. Pulu aldığını və hal-hazırda iddiaçıya 5000 manat borclu olduğunu etiraf edir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş seriya AZE № 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, Laçın rayonu Kamallı kəndində anadan olmaqla, həmin ünvanda qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 71 saylı, 09 fevral 2021-ci il tarixli arayışdan görünür ki, Nəsibova X4 rayonundan məcburi köçkün olmaqla, Bərdə rayonu, Zümürxan kəndində yaşayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdeh borcunu qismən etiraf etmiş, sadəcə olaraq maddi imkanı yol vermədiyindən borcunu ödəyə bilməmişdir. Bu xüsusatı nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tələbində qismən haqlıdır və cavabdehin də iddianı qismən etiraf etməsi hazırki iddia tələbinin qismən təmin edilməsi üçün əsasdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat alınaraq İddiaçı verilsin. İddia qala hissədə təmi edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar