Məhkəmə qərarları › İş №2(021)-1012/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1012/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1012/2022 01.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı X3 iştirakları ilə, İddiaçı cavabdeh Kərimov Mirzə İlham oğluna qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 borclu olduğu 10000 manat və 100 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Yusifov Fəqan Yusif oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, 10 avqust 2021 -ci il tarixdə tanışı olan, hazırki iş üzrə Cavabdeh bir il müddətinə yəni 10 avqust 2022-ci İl tarixinədək faizsiz olaraq 10000 manat borc pul verib. Kredit müqaviləsi qanuna uyğun şəkildə, tələb olunan normalara riayət olunmaqla tərtib edilmiş va Bərdaə Regional "ASAN xidmət” Mərkəzində Notariat Ofisində 10 avqust 2021-ci il tarixdə, 3M-1 165 nömrə ilə qeydə alınmışdır. Cavabdeh həmin pulu yuxarıda qeyd edilən tarixədək tam ödəməlidir. Bu yaxınlarda ona məxsus yaşayış evi yangın nəticəsində tam olaraq yanmışdır. Nəticədə o, evsiz qalmaqla yanaşı maddi cəhətdən müflis olub. Evini bərpa etmək üçün külli məbləğdə pula ehtiyacı var. Cavabdeh yuxarıda göstərilən müqavilənin bağlandığı gündən 6 ay keçməsinə va həmin müddət ərzində qismən da olsa ödəniş etmədiyindən cavabdehin hamin pulu vaxtında qaytaracağına böyük şübhəsi yaranmışdır. Bundan başqa onda olan məlumata görə Cavabdeh ayrı-ayrı şəxslərə pul borcu vardır. Bu isə bir daha onda yaranmış şübhələrin əsaslı olmasına dəlalət edir. İddiaçı Yusif oğlu məhkəməyə teleqram göndərərək, işə iştirakı olmadan baxılmaqla, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, iddianı qəbul etmədiyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1984-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə Mənzil Təmiri və istismarı sahəsi tərəfindən verilmiş 15 sentyabr 2021-ci i tarixli, 419 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə şəhəri, H.Əliyev prospekti 87 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş 10 avqust 2021-ci il tarixli kredit müqaviiləsinin surətindən müəyyən olunur ki, Cavabdeh İddiaçı 10 avqust 2022-ci il trixədək qaytarmaq şərti ilə 10000 manat kredit almışdır. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin MTT (021)-8/2022-ci il tarixli 18 fevral 2022-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, Cavabdeh adına qeydiyyata alınmış “Vaz-21013” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avotomobilin və Bərdə rayonu Qazaxlar kəndində yerləşən 2.70 ha kənd təsərrüfat təyinatlı torpaq sasəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Kərimov Mirzə İlham oğlundan 10.000 (on min) manat və 100 (yüz) manat dövlət rüsumu tutularaq İddiaçı oğluna verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Kərimov Mirzə İlham oğlundan 10.000 (on min) manat və 100 (yüz) manat dövlət rüsumu tutularaq İddiaçı oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar