Məhkəmə qərarları › İş №2(021)-1013/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1013/2021

06.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1013/2021 06.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun Cavabdeh ilə 1994-cü il tarixdə qeyri rəsmi, el adəti ilə ailə quraraq, faktiki nikahlarını 28 yanvar 1997-ci il tarixdə rəsmiləşdirərək gəlin köçdüyü Bərdə şəhəri, H.Z.Tağıyev 37 ünvanında yerləşən evdən övladları 15 noyabr 1994-cü il tərəllüdlü X8 və 01 may 1996-cı il təvəllüdlü X9 ilə birgə evdən istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 1994-cü ildə qeyri rəsmi el adəti ilə ailə quraraq, faktiki nikahlarını 28 yanvar 1997-ci il tarixdə rəsmiləşdirərək qeydiyyata aldırmışlar. Birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. 15 noyabr 1994-cü il təvəllüdlü X8 və 01 may 1996-cı il təvəllüdlü X9. Cavabdehlə halhazırda yaşadığı ünvan 2 ünvanına gəlin köçmüşdür. Eyni zamanda gəlin köçərkən bütün cehiz əşyalarını da məhz bu mənzilə aparmışdır. Hazırkı iş üzrə cavabdehin atası X11 və anası X5 vəfat etmişlər. Cavabdeh yeganə varis olaraq valideyinlərindən qalan mirası qəbul etmişdir. Vəkil sorğusu verilərkən rəsmi cavab əldə edilmişdir ki, məhrum qaynatası X6 adına heç bir daşınmaz əmlak DƏDRX-də qeydə alınmamışdır. Ek iki mərtəbəlidir. Tam 27 ildir ki, həmin evdə cavabdehlə birgə yaşayır. Cavabdehlə aralarında olan nikah Bərdə Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(021)-1456/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Hal-hazırda cavabdehlə birgə yuxarıda qeyd etdiyi ünvanda yerləşən, gəlin köçdüyü evdə övladları ilə birgə yaşayır. Ancaq cavabdehin onunla narazı davranışı və tez-tez söz-söhbət salması onu narahat edir ki, onu hər an evdən çıxara bilər və iki övladı ilə evsiz, çöllərdə qala bilər. Bu baxımdan hesab edir ki, onun hal-hazırda faktiki yaşadığı H.Z.Tağıyev küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınmasına dair məhkəmə qətnaməsinin qəbul edilməsi zəruridir. Hesab edir ki, onun cavabdeh olan Cavabdeh ilə 1994-cü il tarixdə qeyri rəsmi el adəti ilə ailə quraraq, faktiki nikahlarını 28 yanvar 1997-ci il tarixdə rəsmiləşdirərək gəlin köçdüyü ünvan 3 ünvanında yerləşən evdən övladları 15 noyabr 1994-cü il təvəllüdlü X3 və 01 may 1996-cı il təvəllüdlü X4 istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə 1994-cü ildə qeyri rəsmi ailə həyatı qurmuş, 1997-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Aralarında yaranan narazılıqlara görə Bərdə Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli 2(021)-1456/2019 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Övladlarının ünvan 4 ünvanda yerləşən evində yaşamasına etiraz etmir. Lakin iddiaçının köçərək həmin evdə yaşamasına razı deyil. İddiaçının istifadə hüququnun tanınmasını tələb etdiyi ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında heç kimin adına qeydiyyata alınmamışdır. Qeyd olunan ev atası X10 məxsus olmuşdur. İddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. İddiaçı işə nümayəndəsinin (vəkilinin) iştirakı olmadan baxılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin (vəkilinin) iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 iyun 2020-ci il tarixli nikah akt qeydindən çıxarışından müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 06 sentyabr 2019-cu ildə pozulmuşdur. Nikah pozulduqdan sonra arvada Orucova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon VVADQ şöbəsi tərəfindən verilmiş 27 yanvar 1997-ci il tarixli XX-JQ 290709 saylı və 28 yanvar 1997-ci il tarixli XX-JQ 290710 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından 15 noyabr 1994-cü ildə Xanlar və 01 may 1996-cı ildə Fidan adlı uşaqları anadan olmuşdur. 15 noyabr 1994-cü il təvəlüdlü X3 və 01 may 1996-cı il təvəllüdlü X4 atası Cavabdehdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş **********11 saylı 12 mart 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, X7, X2, Cavabdeh, Qasımova (Əkbərova) Şəfiqə Nuruş qızının adına daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdehla 1994-cü ildə ailə həyatı qurmuş, nikahlarını 28 yanvar 1997-ci ildə rəsmiləşdirmişlər. Tərəflər evləndikdən sonra ünvan 4 ünvanda yaşamışlar. Tərəflər arasında olan nikah 06 sentyabr 2019-cu ildə pozulmuşdur. İddiaçının ailə üzvləri olan oğlu X8 15 noyabr 1994-cü il təvəllüdlü və qızı X9 01 may 1996-cı il təvəllüdlü olmasına baxmayaraq iddiaçı məhkəmədə iddia qaldıraraq onların da mübahisəli evdən istifadə hüquqlarının tanınmasını xahiş etmişdir. Göründüyü kimi X8 və X9 yetkinlik yaşına çatdıqlarından belə bir iddia qaldırmaq yalnız onların subyektiv hüquqlarıdır. Hazırkı iş üzrə İddiaçı oğlunun belə bir iddia qaldırmaq hüququ yoxdur. İş materiallarından müəyyən olunur ki, Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Göründüyü kimi ünvan 4-də yerləşən iddiaçının iddia tələbinin predmeti olan fərdi yaşayış evi özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu hal Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş **********11 saylı 12 mart 2021-ci il tarixli məktubu ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Məhkəmə hesab edir ki, mübahisəli ev mülkiyyət kimi dövlət qeydiyyatından keçmədiyindən iddiaçının həmin evdən istifadə hüququnun tanınması qanunvericiliyin tələblərinə ziddir. Ona görə də iddia tələbi təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar