Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1026/2024 30.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 618.40 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə uzun zamandır ki yaxşı münasibətləri olmuşdur. İsrafil Adıgözəlov bacısı qızının həyat yoldaşıdır. Təxminən 3 il bundan öncə İsrafil Adıgözəlov onların yaşadıqları evə gələrək ona kömək etməyini istədi. O isə əlindən gələn köməyi edəcəyini bildirdi. İsrǝfil Adıgözəlov telefonunun köhnəldiyini, istifadə edə bilmədiyi üçün yenisini almaq istədiyini bildirdi. Lakin heç bir mağaza işləmədiyi üçün və pensiya almadığı üçün kreditlə ona heç bir məhsul vermədiyini bildirdi. Bunun üçün onun adına kreditlə telefon götürmək istədiyini bildirdi. Həmçinin bildirdi ki, hər ay vaxtlı-vaxtında kredit üzrə olan borcu ödəyəcəkdir. O, cavabdehlə razılaşmış və ABC Telekomdan götürərək Cavabdeh vermişdir. İsrafil Adıgözəlov ilkin olaraq 3 ay ödəniş pulunu telefon ödəmiş, lakin daha sonra telefon üçün heç bir ödəniş etməmişdir. ABC Telekoma heç bir ödəniş edilmədiyi üçün və kredit onun adına olduğu üçün ödənilməsi üçün Bərdə rayon Məhkəməsinə müraciət etmiş, Bərdə rayon Məhkəməsinin ABC Telekom borcun xx.xx.2023-cü il tarixli, 2(021)-532/2023 saylı qətnaməsi ilə ondan cəmi olaraq 565 manat pul vəsaitin tutularaq ABC Telekom MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra şöbəsinin icra vərəqəsinə əsasən ödənilməli olan pul hər ay davamlı olaraq onun pensiyasından tutulmuşdur. O, İİİ qrup əlidir və aylıq 260 manata yaxın pensiya alır. İcra vərəqəsinə əsasən isə ondan cəmi olaraq 618 manat 40 qəpik pul tutulmuşdur. Hazırda onun pensiyasından tutulmuş olan pulun ona geri qaytarılmasını bildirsə də verməkdən imtina etmişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA №1178807 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2(021)532\2023 saylı xx.xx.2023cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh İddiaçı 531.04 manat (442+89.04) əsas borc, 4.60 manat cərimə və ödenilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC ödənilməlidir. Mülki işə əlavə olunmuş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)532\2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələb borclu İddiaçı tərəfindən tam şəkildə təmin olunmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 1(021)82\2023 saylı xx.xx.2022ci il tarixli qərarı ilə müəyyən olunur ki, X1 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X3 xalası qızı, Cavabdeh isə Təranənin əridir. Təxminən 8-9 ay əvvəl Cavabdeh ona maddi imkanı zəif olduğundan özünə mobil telefon ala bilmədiyini bildirmişdir. DOST mərkəzində xadimə işlədiyinə görə, yəni rəsmi iş yeri olduğundan kreditə mal götürmək imkanı olmuşdur. Buna görə də Bərdə şəhərində yerləşən “Kontakthome” mağazalar şəbəkəsindən kreditlə Cavabdeh “Redmi 9T” markalı mobil telefon götürüb vermişdir. Cavabdeh təxminən 4-5 ay ərzində həmin mobil telefonun kredit borcunu ödəsə də, sonradan krediti ödəməmişdir. Bir neçə dəfə Cavabdeh yaşadığı evə gedərək krediti ödəməsini istəsə də Cavabdeh maddi imkanı olmadığını bildirmişdir. 22 yanvar 2023-cü il tarixdə oğlu İlkin Allahverdiyev cəzaçəkmə müəssisəsindən azad olunaraq yaşadığı evə gəlmiş, qohumlar ara-sıra onunla görüşməyə görə yaşadığı evə gəlmişlər. 22 yanvar 2023-cü il tarixdə saat 19 radələrində qohumu Elməddin və Elşən adlı şəxslər onun evinə qonaq gəlmişlər. Onlar evdə olarkən həyətdə səs eşitmiş, həyətə çıxdıqda Cavabdeh onun yaşadığı evin həyətində olduğunu görmüşdür. Cavabdeh krediti ödəmədiyini xatırlamış və buna görə də ondan hansı səbəbdən evinə gəldiyini soruşaraq həyətdən çıxmasını tələb etmişdir. İsrəfil onun oğlu İlkinlə görüşmək istədiyini demiş, buna görə də aralarında mübahisə baş vermiş və mübahisə zamanı yerdən ağ rəngli rezin borunu götürərək İsrəfil Allahverdiyevin üstünə getmiş və hirsli olduğundan əlində olan ağ rəngli rezin boru ilə İsrəfilin baş və sifət nahiyəsinə iki dəfə qəsdən zərbə ilə vurmuşdur. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün Cavabdeh tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı öz adına "xxxx" MMC-dən kreditə telefon götürərək Cavabdeh vermiş, cavabdeh 3 ay ödəniş etdikdən sonra qalan borcları ödəməmişdir. Bərdə rayon Məhkəməsinin 1(021)82\2023 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə həmin hal sübuta yetirilir. Belə ki, həmin cinayət işi üzrə təqsirləndirilən şəxs hazırkı mülki işdə iddiaçının qızıdır. "xxxx" MMC İddiaçı qarşı məhkəmədə iddia qaldırmış və Bərdə rayon Məhkəməsinin 2(021)532\2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən İddiaçı 531.04 manat (442+89.04) əsas borc, 4.60 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC ödənilməsi müəyyən olunmuşdur. İcra sənədi üzrə borc iddiaçının pensiyasına yönəldilmiş və icra sənədi üzrə borc tam ödənildiyindən Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra işinə xitam verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə cavabdehin İddiaçı 535.64 manat borcu olmasını işin mübahisəsiz halı kimi qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən,mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 21 –ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Beləliklə məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və Bərdə rayon Məhkəməsinin 1(021)82\2023 saylı xx.xx.2022-ci il tarixli qərarı nəzərə alınmaqla, Cavabdeh 535, 64 manat alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 535, 64 (beş yüz otuz beş manat, altmış dörd qəpik ) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1026/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1026/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver