Məhkəmə qərarları › İş №2(021)-1029/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1029/2023

06.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1029/2023 06.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X*4 iclas kаtibliyi, İddiaçı və cavabdeh Bərdə Rayon X*8 Hüquqi Şəxsin nümayəndəsi X2* iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Bərdə Rayon Mərkəzi X2rşı “vurulmuş mənəvi ziyana görə təzminat ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Bərdə Rayon Mərkəzi X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bərdə Rayon X*8 Hüquqi Şəxsindən vurulmuş mənəvi ziyanın əvəzi olaraq 3000( üç min) manatın alınıb ona ödənilməsi və hazırkı iddia ərizəsinə baxılması üçün ödədiyi 50 manatın cavabdehdən tutularaq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Qasımbəyli kəndində yaşayır və İİ dərəcəli əlildir. Evlidir. 2 asyaşlı övladı vardır. X4 öskürdüyünə görə 09 dekabr 2022-ci il tarixdə Bərdə rayon X*8 X34 Sağlamlıq Mərkəzinə müayinə olunmaq üçün aparmışdır. Həmin Mərkəzdə çalışan əvvəllər tanımadığı Maarif adlı şəxs onları görüb nə üçün gəldiklərini soruşduqda gəlmək səbəblərini ona demişdir. Həmin vaxt Maarif adlı şəxs ona rentgen həkimi olduğunu və uşağın mütləq rentgen olunmalı olduğunu bildirmişdir. O Maarif adlı şəxsə inanmış, Maarif oğlu Cəsarəti rentgen aparatına salıb döş qəfəsini rentgen etmiş, daha sonra rengen plyonkasını çıxarıb ona göstərərək “uşağın ciyarının çox pis olduğunu, çiyarlarının çökdüyünü, irin-çirk yığıldığını, ürəyi basdığını, ürəyin əyildiyini, bronxlarının həddindən artıq çox genişləndiyini, təcili uşağın başqa yerə müalicəyə aparılmalı olduğunun, əks halda uşağın vəziyyətinin pis olacağını, uşağın vəziyyətinin yaxşı olmadığını, güclü müalicə olunmalı olduğunu bildirmişdir.” Maarif adlı şəxsin bu sözlərindən sonra 2-ci dərəcəli əlil olan insan olaraq əsəbləri pozulmuş, stres keçirmiş, depressiyaya düşmüş, qıcolma tutmuş, özünü idarə edə bilməmiş, üzərində olan dərmanları arxa-arxaya qəbul etmiş, onun bu vəziyyətə düşdüyünü görən oğlu Cəsarət çox pis hala düşmüşdür. Bir neçə saat keçəndən sonra özünə gəlmiş, rentgen plyonkasını götürüb Ailə Sağlamlıq Mərkəzində işləyən Elxan həkimin qəbuluna getmiş, Elxan həkim uşağını müayinə etdikdən sonra ona uşağın heç bir xəstəliyinin olmadığını, rentgen plyonkasının çox pis çəkildiyini, Maarifin yanına gedərək yazılı rəy verməsini demişdir. Maarif adlı şəxsin yanına getsə də Maarif yazılı rəy verməkdən imtina etmişdir. Daha sonra Maarifi tapa bilməmişdir. Təkrar Elxan həkimin yanına gəlmiş, Elxan həkimin məsləhəti ilə oğlu Cəsarəti “X29” MMC-yə aparıb müayinə etdirmişlər. X*3 müayinə edərək oğlunun heç bir problemi olmadığı, ağ ciyarlarının tam sağlam olduğu, bronxlarında yüngül iltihab olduğu bildirilmiş, “X33” MMC tərəfindən oğlunun müayinə olunmasına dair arayışı götürüb yenidən Elxan həkimin yanına gəlmiş, Elxan həkim ona oğlunun ciddi heç bir problemi olmadığını, yalnız bronxlarında yüngül iltihab olduğunu, oğlunun soyuqdəymə nəticəsində bronxlarında iltihab yarandığını bildirmiş, oğlunun boğazını spirtlə kompres etməsini, yun şərflə bağlamasını və bir neçə gün mürəbbəli çay verməsini, soyuq havaya çıxmamasını bildirərək uşağın tam sağalacağını bildirmişdir. Elxan həkimin dediklərini etdikdən sonra oğlu Cəsarət tam sağalmış, heç bir problemi qalmamışdır. Hal-hazırda da oğlu tam sağlamdır. Daha onra Ailə Sağlamlıq Mərkəzinə gedərək Maarif adlı şəxsə iradını bildirmək istəmiş, həmin vaxt orada çalışanlar ona Maarif adlı şəxsin həkim olmadığını, rentgen kabinetinin həkimi Aybəniz həkimin yanında texniki işçi olduğunu bildirmişlər. Hesab edir ki, Maarif adlı şəxsin hərəkəti nəticəsində keçirdiyi ağır stres nəticəsində sarsıntı keçirib depresiyaya düşməsi nəticəsində ona 3000 manat dəyərində mənəvi ziyan dəymiş və Bərdə Rayon X*8 Hüquqi şəxsi məsuliyyət daşımalıdır. Belə ki, Ailə Sağlamlıq Mərkəzi Bərdə Mərkəzi Rayon X20 Şəxsin tabeliyində fəaliyyət göstərir və Maarif adlı şəxs həmin Mərkəzdə qanunsuz tibbi fəaliyyət göstərir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bərdə Mərkəzi Rayon Xəstəxanasının nümayəndəsi X28 iddianı qəbul etməyərək izahatında İddiaçı göstərdiyi faktların doğru olmadığını göstərərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X** ifadəsində göstərmişdir ki, 35 ildir Bərdə Mərkəzi Rayon Xəstəxanasında rentgen texniki işləyir. Rentgen həkimi Aybəniz Baxşəliyevadır. İddiaçı 09 dekabr 2022-ci il tarixdə oğlunu rentgen müayinəsinə gətirmiş, həmin gün həkim orada olmamışdır. İddiaçı çox israr etdiyindən iddiaçının oğlunu rentgen müayinəsindən keçirmiş, rentgen sənədini iddiaçıya vermişdir. Lakin xəstəyə diaqnoz qoymamış, müalicə həkimi ilə məsləhətləşməsini və rentgen sənədini müalicə həkiminə təqdim etməsini tövsiyyə etmişdir. Həmin vaxt iddiaçının halı pisləşməmiş, ona heç bir yardım olunmamış, hətta çox razı halda ona təşəkkür edərək getmişdir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx *987ci ildə Ağdam rayonu Quzanlı kəndində anadan olmuş, Bərdə rayonu Qasımbəyli kəndində qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti başçısının Kələntərli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş *9 dekabr 2022-ci il tarixli, 233* saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Qasımbəyli kəndində yaşamaqla, ailə üzvləri əri X*9, X4 və oğlu X6 ibarətdir. Ağdam rayon İcra Hakimiyyəti Başçısının Quzanlı Ərazi Nümayəndəliyi tərəfindən verilmiş *4 yanvar 2006-cı il tarixli,AZ-İ204769 nömrəli X*0 surətindən görünür ki, X* Əfsanə Bəhmən qızı ilə *4 yanvar 2006-cı ildə rəsmi nikah bağlamışlar. Bu barədə nikah akt qeydləri kitabında *4 yanvar 2006-cı ildə 03 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Paşayev, arvada Paşayeva soyadı verilmişdir. Bərdə rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 23 may 2007-ci il tarixli, AZ-İ9455*8 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*6 28 noyabr 2006-cı il tarixdə anadan olmuş, atası X*9, anası İddiaçı olmaqla bu barədə doğum akt qeydləri kitabında 23 may 2007-ci il tarixdə 578 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan “X29” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 09 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, X7 müayinəsi zamanı ağ ciyarda patalogiya aşkar edilməmiş, bronxların iltihabi sərtləşməsi qeyd olunduğu, sinusların sərbəst olduğu qeyd edilmişdir. İş materiallarında olan Bərdə Rayon Mərkəzi X3 tərəfindən verilmiş 04 fevral 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Bərdə Rayon Mərkəzi Xəstəxanasının ruhiəsəb kabinetində İİ qrup əlil kimi dispanser qeydiyyatındadır. İş materiallarında olan 3RATLU7202*04*7454 nömrəli yenilənmiş əmək müqaviləsinin surətindən görünür ki, 25 iyul *987-ci ildə rentgen-texnik vəzifəsinə işə qəbul edilmiş,əmək müqaviləsi 05 yanvar 202*-ci il tarixindən müddətsiz bağlanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiаçı İddiaçı cavabdeh Bərdə Rayon Mərkəzi X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bərdə Rayon X*8 Hüquqi Şəxsindən vurulmuş mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manatın alınıb ona ödənilməsi və hazırkı iddia ərizəsinə baxılması üçün ödədiyi 50 manatın cavabdehdən tutularaq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi isə iddianı qəbul etməyərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2* və 23-cü maddələrinin şərh edilməsinə dair” 3* may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X*7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X*7 Haqqında Konvensiya”nın 4*-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin *097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X*7 Haqqında” Avropa Konvensiyasının 4*-ci maddəsinə əsasən mənəvi zərər dedikdə, şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 20*4-cü il *6 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 20*4-cü il *6 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il *8 sentyabr tarixli Qərarında, mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 20*0-cu il *8 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Məhkəmə hesab edir ki, hazırki işdə iddiaçının mənəvi əzab çəkməsi və ona zərər vurulması sübuta yetirilmir. Həmçinin, cavabdeh təşkilatda rengen texniki vəzifəsində işləyən X5 iddiaçının X4na diaqnoz qoyması öz təsdiqini tapmır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddia rədd edilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in *4.2 və 77.*-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin *4.2, 2*7.3 və 2*7.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının *25-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” *8 mart 20*9-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” *9 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin *-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3*.0*.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsümu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı cavabdeh Bərdə Rayon Mərkəzi X2rşı “vurulmuş mənəvi ziyana görə təzminat ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən *(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar