Məhkəmə qərarları › İş №2(021)-1031/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1031/2024

16.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1031/2024 16.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Vaz 2106 Minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1986-cı il olan avtomobilin, etibarnaməni almaq üçün ödədiyi 100 manat, Tərtər rayonundan Bərdə rayonuna gəlmək üçün xərclədiyi 300 manatın və dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun, cəmi 500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Tərtər rayon sakinidir. Hazırki iş üzrə cavabdeh Bərdə rayon Kətəlparaq kənd sakini Cavabdeh tanımır və kim olduğundan heç bir məlumatı yoxdur. Cavabdeh sadəcə 12 yanvar 2024-cü il tarixdə ona məxsus olan VAZ 2106 MİNİK markalı , **-BX-*** dövlət qeydiyyat nişanlı , buraxılış ili 1986-cı il olan avtomobilini Bərdə rayon Maşın bazarında satmaq üçün apardığı zaman orada tanımışdır. Belə ki, ona məxsus olan VAZ 2106 MİNİK markalı maşını satmaq qərarına gəlmişdir. Tərtər rayonundan Bərdə rayonu maşın bazarına gəldiyi zaman ilkin olaraq qarşısına Bərdə rayon Kətəlparaq kənd sakini Cavabdeh çıxmışdır. Ona yaxınlaşdığı zaman maşın alverçisi olduğunu bildirmişdir. Avtomobilinə baxdığı zaman almaq istədiyini, pul müqabilində isə onun da avtomobil almaq istədiyini bildiyi anda onunla maşınları dəyişdirməyi məsləhət görmüşdür. Cavabdeh dəyişdirmək üçün ona özünə məxsus olan X3 markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2001-ci il, BAN nömrəsi 3VWSE69M12M040930 olan avtomobili göstərmiş və bildirmişdir ki heç bir problemi yoxdur. O isə maşından elə də yaxşı anlamadığı üçün maşına göz ucu baxmış və elə bilmişdir heç bir problemi yoxdur. Cavabdeh demiş olduğu sözlərə inanmış və onunla razılaşmışdır. Həmin zaman Bərdə regional ASAN xidmət mərkəzinin Notariat ofisinə yaxınlaşaraq və orada birbirlərinə etibarnamə vermişlər. O etibarnamə verən zaman X3 markalı avtomobilin adına 200 manat cərimə olduğunu bilmişdir. Bu zaman cavabdehlə danışdığı zaman cəriməni ödəməsini və ödədikdən sonra etibarnamə verəcəyini bildirmişdir. Cavabdeh isə əmisi oğlunun səhlənkar hərəkəti nəticəsində cərimə yazıldığını bildirdi. Əlavə olaraq bildirdi ki, etibarnaməni versin və tez bir zamanda cəriməni ödəyəcəkdir . O isə onun sözlərinə inanmış və etibarnaməni vermişdir. Etibarnaməni aldıqdan sonra hər biri maşınına mindi və evə yola düşmüşdür. Lakin maşını sürmək üçün işlətməyə başladığı zaman gördü ki, maşında problemlər vardır. Yol getdiyi anda məlum oldu ki, maşın xarab vəziyyətdə, blokdan su gəlir və matordan tüstü çıxır. Bərdə rayonundan Tərtər rayonuna olan 15 km yolu o 40 dəqiqə ərzində getməli olduğu halda yolu, 3 saat ərzində su tökə-tökə gəlmişdir . Evə gəlib çatdıqdan sonra cavabdehə məxsus olan telefon nömrəsi ilə əlaqə saxlamış və maşında problemlər olduğunu bildirdi. Həmin zaman cavabdeh Bərdə şəhərində tanış bir usta dostu olduğunu, maşını onun yanına aparmağını məsləhət gördü. Lakin cavabdehin sözlərinə əhəmiyyət vermədi və başqa ustaya apardı. Həmin zaman usta ona maşında çoxlu problemlər olduğunu, hətta bloka qaynaq olunduğunu bildirdi. Dəfələrlə cavabdehə maşın geri vermək istədiyini və ona vermiş olduğu avtomobilimi ona geri verməsini istəmişdir. Lakin cavabdeh “ölən ölünün geri qayıtmadığını” və ağıza alınmaycaq xoşa gəlməz sözlər deyərək telefonu üzünə bağlamışdır . Cavabdehin etmiş olduğu səhlənkar hərəkətə görə o ziyana düşmüşdür. Bunun üçün də Cavabdeh VAZ 2106 MİNİK markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün vermiş odluğu etibarnaməni 16 yanvar 2024-cü il tarixdə ləğv etmişdir. 17 yanvar 2024-cü il tarixdə isə DİN-102 xidmətinə və Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin oradan məhkəməyə müraciət etməyini məsləhət gördülər. Hazırda dəfələrlə cavabdehdən maşınını geri verməsini tələb etməsinə baxmayaraq verməkdən imtina edir və telefon zənglərini açmır. O məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin cavabdeh ona maşından əlavə maddi ziyanlıq vurmuşdur. Belə ki , avtomobilin sürülməsini etibarnaməni vermək üçün banka 100 manat ödəniş etmiş, Tərtər rayonundan Bərdə rayonuna gəlmək üçün 300 manat pul xərcləmişdir. Hazırda özünə məxsus olan maşınından əlavə həmin pulların da verilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh məhkəmə iclasında iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı № ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Ələsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli, 32 saylı, arayışdan görünür ki, İddiaçı Tərtər rayonu, Bayandur kəndində yaşayır. BD seriyalı 415018 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** KL *** qeydiyyat nişanlı X3 markalı avto nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. ƏN-İX seriyalı 200052 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh , ** KL *** qeydiyyat nişanlı “Volkswagen Jetta” markalı Minik avto nəqliyyat vasitəsini İddiaçı etibar etmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. 07 mart 2024-cü il tarixli hazırlıq iclasında şahid qismində ifadə vermiş X1 göstərdi ki, Cavabdeh “Volkswagen Jetta” markalı Minik avtomobili onun həyat yoldaşına öz aralarında razılaşma yolu ilə kreditə satmışdır. Onlar Cavabdeh ilkin olaraq 1500 manat pul ödəyərək avtomobili almışlar. Avtomobili alandan sonra onlar azyaşlı uşaqlarını Mingəçevir şəhərində yerləşən xəstəxanaya aparan zaman yolda avtomobil nasaz işləmişdir və getdikləri ünvana gec çatmışlar. Həmin vaxtı onlar Cavabdeh mobil telefonla zəng edib, avtomobildə nasazlıq olduğunu və geri qaytarmaq isədiklərini bildirmişlər. Əbülfəz onlarla razılaşmışdır. Sonra isə dedi ki,həmin avtomobili verək ona, o, isə həmin avtomobili satıb onların pulunu qaytarsın. Sözügedən avtomobili vermişlər və bir müddət keçəndən sonra o nə avtomobili nədə ki pulu qeri qaytarmışdır. Bununla bağlı onlar Polis şöbəsinədə şikayət etmişlər. AZ Avtovaz texniki xidməti Sənayə Ticarət Birliyi Tərtər Texniki xidmət sahəsinin 12 yanvar 2024-cü il tarixli 664 nömrəli arayışdan görünür ki, İddiaçı məxsus olan “Volkswagen Jetta” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomaşın Tərtər TXS-yə gətirilmişdir. Avtomaşına baxış keçirilib. Baxış zamanı müəyyən edildi ki, avtomaşının mühərrikin blok silindirində çat olduğu üçün həmin hissədə qaynaq işi aparılmışdır. Qaynaq işi aparılmağına baxmayaraq həmin blok silindir istifadəyə yararsızdır. AR Ədliyyə Nazirliyi Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin 29 mart 2024-cü il tarixli 731/2024 nömrəli məktubdan görünür ki, “Volkswagen Jetta” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində sərəncam verilməsinə dair İddiaçı, Cavabdeh tərəfindən vermiş olduğu xx.xx.2024-cü il tarixli , 7E-679 reyestr nömrəli etibarnamə təqdim etdiyi 17 yanvar 2024-cü il tarixli ərizəsinə əsasən ləğv edilmişdir. ƏN-İX seriyalı ******* nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı , ** BX *** qeydiyyat nişanlı “Vaz 21061” markalı Minik avtonəqliyyatı Cavabdeh etibar etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi pulun iddia etdiyi məbləğdə cavabdehə verilməsinin sübut edilməsidir. Məhkəmə hesab edir ki, Cavabdeh Vaz 2106 Minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1986-cı il olan avtomobil və 100 (bir yüz) manat pul tutularaq İddiaçı verilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. MM-in 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə hesab edir ki, Vaz 2106 Minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1986-cı il olan avtomobilin iddiaçının mülkiyyətində olması, işin faktiki halları, verilmiş etibarnamənin ləğvini əsas tutaraq iddia qismən edilməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi sözügedən avtomobilin geri qaytarılması hissəsində təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh Vaz 2106 Minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1986-cı il olan avtomobil alınaraq İddiaçı verilsin.

3. Cavabdeh 100 (bir yüz) manat alınaraq İddiaçı ödənilsin.

4. İddia tələbi qalan hissədə təmin edilməsin.

5. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər.

6. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.

Hakim:Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar