Məhkəmə qərarları › İş №2(021)-1053/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1053/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1053/2021 18.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdeh Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı “maddi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan avtomobilə dəymiş ziyana görə 2304 (iki min üç yüz dörd) manat pulun və 30 manat dövlət rüsumunun alınaraq onların xeyirlərinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı İddiaçı oğlu iddia tələbini belə əsaslandırmışdır ki, VAZ-21074 minik markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ əsasında idarə edir. 01 fevral 2021-ci ildə saat 09 radələrində idarə etdiyi avtomobillə Bərdə rayon Mustafağalı kınində Bərdə rayonu istiqamətinə hərəkət edirmiş. Bərdə rayonu Qaradırnaq kənd yolunun kəsişməsinə çatarkən həmin kənddən baş yola çıxan Cavabdeh oğlunun idarə etdiyi VAZ-21074 minik markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil sola dönərək qarşısına çıxmışdır. Hadisənin qarşısını almağa çalışsa da mümkün olmamış və VAZ- 21074 minik markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobili arxasından vuraraq onunla toqquşmuşdur. Hadisə nəticəsində xəsarət almışdır. Hadisə yerinə polis əməkdaşları gələrək baxış keçirilmiş, sxem çəkilmişdir. Bundan başqa müşahidə kamerasından görünütlər də çıxarılmışdır. Hadisə Cavabdeh oğlunun təqsiri nəticəsində baş verdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə inzibati protokol tərtib olunaraq 60 manat cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı avtomobilinə 2304 manat ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı Cavabdeh oğluna dəfələrlə müraciət etsə də avtomobilinə dəymiş ziyan ödənilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia təəbinin rədd olunmasını xahiş etdi. İş üzrə tərəflərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş AD № 949111 saylı Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21074 minik markalı, 10OA978 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r. Mülki işə əlavə edilmiş ƏN–Vİİ № 470322 saylı etibarnamənin surətindən görünür ki, 27.11.2020-ci il tarixdə X3 ona məxsus olan VAZ 21074 minik markalı, ** OA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, bağışlamaq, ipoteka qoymaq və s. səlahiyyətləri İddiaçı oğluna etibar etmişdir. Mülki işə əlavə edilmiş AE № 039695 saylı Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21074 minik markalı, 10OA978 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Mülki işə əlavə olunmuş sürücülük vəsiqəsindən görünür ki, İddiaçı oğluna sürücülük vəsiqəsi verilmişdir. Mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1991-ci il tarixdə Bərdə rayon Hüseynalılar kəndində anadan olmuşdur. Bərdə rayon Hüseynalılar kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AD № 915151 saylı Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21074 minik markalı, 90XU049 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. Mülki işə əlavə olunmuş AE № 239818 saylı sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Mülki işə əlavə edilmiş ilkin qiymətləndirmə aktının surətindən görünür ki, Bərdə raon Nazırlı kəndində yaşayan İddiaçı oğluna məxsus VAZ 21074 minik markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilə 1254 manat, həmçinin maşının təmiri üçün 1050 manat pul xərclənməklə, cəmi 2304 manat məbləğində xərc təşkil edir. Mülki işə əlavə edilmiş 01.02.2021-ci il tarixli inibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9\4364 saylı 20.09.2021-ci il tarixli Ekspert Rəyindən görünür ki, təqdim edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxılışlı VAZ 21074 minik markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2104.0 manat (dəyişilməli hissələrin qiyməti -1254 manat, təmir-bərpa işlərin qiyməti-850 manat) müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri 100 manat) Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh oğlu VAZ 21074 minik markalı, 90XU049 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq iddiaçı İddiaçı oğluna məxsus VAZ 21074 minik markalı, ** OA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə toqquşmuş, nəticədə iddiaçının avtomobilinə ziyan dəymişdir. Bərdə rayonu Yol Patrul Xidməti tərəfindən Cavabdeh oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq 60 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə iddiaçının əmlakına ziyan dəyməsini işin mübahisəsiz halı kimi qəbul edir. Lakin iddia tələbində avtomobilə dəymiş ziyan 2304 manat göstərilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 həmin əmlaka dəymiş ziyanın 2104 manat olduğu müəyyən olunmuşdur. Beləliklə məhkəmə iş üzrə ekspert rəyini əsas götürərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ekspertiza xərci 100 manat təşkil edir və ekspertizanın təyin olunması məhkəmə təşəbbüsü ilə olduğundan 50 manat iddiaçıdan, 50 manat isə cavbdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan 2104 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı oğluna verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Ekspertiz tədqiqatının dəyəri 50 manat İddiaçı oğlundan və 50 manat Cavabdeh oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar