Məhkəmə qərarları › İş №2(021)-1054/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1054/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1054/2021 02.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “pul” tələbinə, cavabdeh , qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı oğluna qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 12400 manat və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı İddiaçı iddia tələbinin onunla əsaslandırmışdır ki, o, həmkəndlisi Cavabdeh və X1 12.06.2012-ci il tarixdə 1.38 ha pay torpaqlarını 2000 manat pul verərək ömürlük almış və bu barədə kənd icra nümayəndəsinin iştirakı ilə akt tərtib edilmişdir. Bundan sonra həmin torpaq sahəsinə yol çəkdirmiş, 10 kamazdan çox peyin tökdürmüşdür. Həmçinin cavabdehlərdən aldığı 1.38 ha torpaq sahəsinin həmin vaxtı dəyəri 2000 manat idi, hazırda isə münbit vəziyyətə gətirdiyi üçün bazar qiyməti 11000 manatdır. Bununla yanaşı həmin torpağa yol çəkdirməyə 600 manat və peyin tökdürməyə 800 manat peyinə xərc çəkmələ hal-hazırda 12400 manatdan çox bazar qiyməti var. Cavabdehlərə 12400 manat pulu verdikləri təqdirdə torpaq sahəsindən çıxacağını bildirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh , qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı oğlunun ona məxsus Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən 1.38 ha torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. Cavabdeh , qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı oğlu ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun iddiasının heç bir hüquqi əsası yoxdur. Belə ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının saylı qərarı ilə ona və ailə üzvlərinə Bərdə rayon Yenidaşkənd kəndində 1.38 ha kənd torpaq sahəsi verilmişdir. O, İddiaçı oğluna 2012-ci il tarixdə Bərdə rayon Yenidaşkənd kəndində yerləşən 1.38 ha torpaq sahəsini 7 illik icarəyə vermişdir. Cavabdeh icarə üçün ona cəmi 2000 manat pul vermişdir. Lakin cavabdeh 8 ildir ki, onun torpaq sahəsindən istifadə edir. Hazırda İddiaçı oğlu torpaqdan çıxmır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bərdə rayon məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(021)-1054/21 saylı qərardadı ilə mülki iş üzrə cavabdehlərdən X11 vəfat etdiyindən ona münasibətdə işə baxılmasına xitam verilmişdir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlu ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbini isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə İddiaçı izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ilk iddia tələbi rədd olunmalı, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 09313848 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 23.11.1976-cı il tarixdə Bərdə rayon Yeni Daşkənd kəndində anadan olmuşdur. Bərdə rayon Yeni Daşkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № 05336197 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 06.05.1955-ci il tarixdə Bərdə rayon Şatırlı kəndində anadan olmuşdur. Bərdə rayon Yeni Daşkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 314 saylı 27.07.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bərdə rayon Yenidaşkənd kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********24 reyestr nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Yeni Daşkənd kəndində yerləşən 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh (0.10 ha), X2 (0.10 ha), X5(0.10 ha), X6(0.10 ha), X7(0.30 ha), Məlikov Zabil Arif oğlunun(0.10 ha) və X8(0.30 ha) paylı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş A № 11217 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Yeni Daşkənd kəndində yerləşən 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquq subyekti Cavabdehdur. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-318 KOD 61000038 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 20.11.1997-ci il tarixli 18 saylı qərarına əsasən Bərdə rayonu Yeni Daşkənd kənd sakini X18 qızının mülkiyyətinə 0.28 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Daşkənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş 12.06.2012-ci il tarixli Aktın surətindən görünür ki, Cavabdeh ailə üzvlərinin razılığı ilə onlara məxsus 1.1 ha pay torpağını və anası X18 qızının adına olan 0.28 ha pay torpağını İddiaçı 2000 manata satmışdır. İş materiallarına əlavə olunmuş Bərdə şəhər X23 tərəfindən verilmiş Rəydən görünür ki, Cavabdeh iddia ərizəsində göstərdiyi 1.38 ha torpaq sahəsi -11000 manat, torpaq sahəsinə çəkilən yol-600 manat, torpaq sahəsinə tökülən 10 kamaz peyin-800 manat olmaqla, cəmi 12400 manat kimi qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ № 230708 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 qızı 04.04.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh, X9, X14, X15 və Məlikov Zabil Arif oğlu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsinin 16.05.2007-ci il tarixli 1479 saylı arayışına və Bərdə rayon Aqrar İslahat Komissiyasının 20.11.1997-ci il tarixli 10 saylı qərarına əsasən mülkiyyətlərinə verilmiş Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən 2.10 ha torpaq sahəsindən 1.00 ha torpaq sahəsini İddiaçı 1600 manata satmışdır. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzlərindən görünür ki, tərəflər məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunmuş dövlət rüsumlarını ödənilmişlər. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına əsasən, Cavabdeh ailə üzvlərinin razılığı ilə onlara məxsus 1.1 ha pay torpağını və anası X18 qızının adına olan 0.28 ha pay torpağını İddiaçı 2000 manata satmışdır. Bu barədə Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Daşkənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12.06.2012-ci il tarixli Akt tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbi “ pul” tələbindən ibarətdir. İddiaçı “pul” tələbinə dair iddiasına münasibətdə məhkəmə qeyd edir ki, 2012-ci ildə 1.38 ha torpaq sahəsinin bazar qiyməti 2000 manat hal-hazırda bazar qiyməti 11000 manatın, həmçinin torpaq sahəsinə çəkdirdiyi yola görə 800 manatın və münbitləşməsi üçün tökülən peyinə görə 600 manat manatın, cəmi 12400 manatın tələb edilməsi olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının da hazırkı vaxta qədər həmin torpaq sahəsindən istifadə nəticəsində qeyd olunan məbləğdən müqayisə olunmaz dərəcədə gəlir götürmüşdür. Məhkəmə həmçinin iddiaçının iddia tələbi ilə bağlı qeyd edir ki, “pul” tələbinin təmin olunması iddiaçının əsassız varlanmasına gətirib çıxara bilər ki, bu da yol verilməzdir. Məhkəmə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********24 reyestr nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Yeni Daşkənd kəndində yerləşən 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin paylı xüsusi mülkiyyətindədir. Torpağa mülkiyyət hüququna dair JN-318 KOD 61000038 saylı Dövlət Aktının surətindən isə müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 20.11.1997-ci il tarixli 18 saylı qərarına əsasən 0.28 hektar torpaq sahəsi Bərdə rayonu Yeni Daşkənd kənd sakini X18 qızının mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X10 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk iddia tələbi rədd olunmalı, qarşılıqlı iddia isə təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qarşılıqlı iddia təmin edildiyindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq cavabdehl,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin olunmasın. Cavabdeh , qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı oğluna qarşı “torpaqdan çıxarılma” tələbinə dair qarşılıqlı iddiası təmin olunsun. Cavabdeh İddiaçı oğlu iddiaçı Cavabdeh və ailə üzvlərinə, həmçinin anası X4 məxsus Bərdə rayonu, Yeni Daşkənd kəndi ərazisində yerləşən 1.10 ha və 0.28 ha, cəmi 1.38 ha torpaq sahəsindən çıxarılsın. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı alınaraq iddiaçı Cavabdeh xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar