Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1056/2022 19.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 2(021)-2018/2018 saylı, 24 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay hər uşağın saxlanması üçün tutulan 100 manat, cəmi 200 manat miqdarında alimentin miqdarının artırılmaqla hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat alimentin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2010-ci il tarixdə rəsmi ailə qurub evlənmişlər. Birgə nikah dövründən 05 noyabr 2012-cü il təvəllüdlü X5 və 29 may 2015-ci il təvəllüdlü X6 adlı iki övladları anadan olmuşdur. Aralarında olan narazılıqlara görə xeyli zamandırki, ayrı yaşayırlar və rəsmi olaraq 20 sentyabr 2018-ci il tarixdə aralarında bağlanmış nikahları pozulmuşdur. Həmin vaxtdan birgə nikah dövründə 2(iki) övladları onun himayəsində yaşayır. Cavabdeh ilə nikahları pozulduqdan sonra Bərdə Rayon Məhkəməsinin 2(021)-2018/2018 saylı, 24 iyul 2018-ci il tarixli qətnaməsi ilə hər ay hər iki uşağın saxlanılması üçün yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 100(bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment onun xeyrinə verilməsinə dair qərar qəbul edilmişdir. Hazırda Respublikada hər bir ərzaq və ehtiyacların qiyməti getdikcə artır. Bunun üçündə müəyyən olunmuş 100 manat, cəmi 200 manat məbləğində alimentin artırılaraq hər ay bir uşaq üçün 193 manat cəmi 386 manat olmasını istəyir. Cavabdeh fərdi əməklə məşğul olur və aylıq qazancı yüksəkdir. Cavabehin hər cür imkanı var ki, hər ay övladlarının saxlanılması üçün 193 manat, cəmi 386 manat məbləğində aliment ödəyə bilər. Onun isə maddi vəziyyəti olduqca pisdir. Buna baxmayaraq o, övladlarının saxlanılmasında əlavə heç bir maddi yardım etmir. Övladları məktəblidir və bütün təlabatları olduqca artmışdır. Həmçinin övladlarından biri xəstədir və onun müalicəsini edə bilmir. Bunun üçündə aliment məbləğinin artırılmasını istəyir ki, övladlarının bütün tələbatlarını ödəsin. Göstərdiyi bütün əsaslara əsasən hər ay hər uşağın saxlanılması üçün müəyyən olunmuş 100 manat, cəmi 200 manat alimentin miqdarı artılaraq hər ay hər uşağa 193 manat, cəmi 386 manat olmasına dair məhkəmə qətnaməsinə ehtiyacı var. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən hər ay iki uşağın saxlanılması üçün iddiaçı Cavabdeh 200 manat aliment ödəyir. Hazırda başqa qadınla ailə həyatı qurmuşdur, 2 uşağı vardır. İşləyir, 300 manat əmək haqqı alır. Himayəsində xəstə atası var. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-2018/2018 saylı 24 iyul 2018-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 29 oktyabr 2012-ci il tarixdə Bərdə rayonİHB-nın Böyük Göyüşlü kənd üzrə nümayəndəliyində 11 nömrə qeydi ilə bağlanmış nikahın pozulması, 05 noyabr 2012-ci il təvəllüdlü X1 və 29 may 2015-ci il təvəllüdlü X2 anaları İddiaçı himayəsində qalması, 19 fevral 2018-ci ildən etibarən Cavabdeh 05 noyabr 2012-ci il təvəllüdlü X1 və 29 may 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat, cəmi 200 manat aliment tutularaq İddiaçı xeyrinə verilməsi, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Mustafabəyli soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli arayışlardan müəyyən olunur ki, tərəflərin birgə rəsmi nikahlarından 05 noyabr 2012-ci ildə Nuray və 29 may 2015-ci ildə Günay adlı uşaqları anadan olmuşdur. 05 noyabr 2012-ci il təvəllüdlü X1 və 29 may 2015-ci il təvəllüdlü X2 atası Cavabdehdur. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 iyun 2019-cu il tarixli AZ-İİ 343613 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X7 07 iyun 2019-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 dekabr 2019-cu il tarixli AZ-İV 375548 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X3 birgə nikahlarından 10 dekabr 2019-cu ildə X9 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Bərdə rayon X4 Hüquqi şəxsin 425 saylı 18 mart 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, X8 5-6 həftəlik hamilədir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, Cavabdeh qənd sexində fəhlə işləyir və 300 manat əmək haqqı alır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 74 saylı 18 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayır. Təsərrüfatında iribuynuzlu və xırdabuynuzlu mal-qarası yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin məzmunundan göründüyü kimi, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1.-ci maddəsinin məzmunundan göründüyü kimi, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, alimentin tutulması barəsində məhkəmə qətnaməsi qəbul edilməsindən 4 ildən artıq müddət keçməklə uşaqların tələbatlarının artmasını, Cavabdeh işləməklə 300 manat əmək haqqı almasını, digər qazancının qeyri müntəzəm olmasını, ondan sabit pul məbləğində ayda hər uşaq üçün 193 manat miqdarında aliment tutulmasının real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla Bərdə Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli 2(021)-2018/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 05 noyabr 2012-ci ildə anadan olmuş X1 və 29 may 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh ayda hər uşağa görə 130 manat məbləğində aliment sabit pul məbləğində tutularaq İddiaçı verilməsi məqsədəmüvafiqdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, alimentin tutulması Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci və Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli 2(021)-2018/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəsini aldıqdan sonra 05 noyabr 2012-ci ildə anadan olmuş X1 və 29 may 2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh ayda hər uşağa görə 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat miqdarında aliment sabit pul məbləğində tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1056/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1056/2022
19.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver