Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1063/2021 17.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçılar X1 və İddiaçı2 Ziyədin oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzr çıxarılmış 17 mart 2021-ci il tarixli, 2(021)1063/2021 saylı qətnaməsində buraxılmı yanlışlığın düzəldilməsi barədə İddiaçı2 ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasınd açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçılar X3 və Niftalıyev Cahid Ziyəddin oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə rayonu Şatırlı kəndidnə yaşayan Cavabdeh Əhbər oğlundan 1540 manat pulun alınara onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(021)1063/2021 nömrəli qətnaməsin əsasən İddia tələbi qismən təmin eddilmiş, Cavabdeh 1040 (bir min qırx) manat pul alınara iddiaçılar X2 və İddiaçı2 verilmısi qət edilmişdir. İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 17 mart 2021-ci tarixli, 2(021)1063/2021 nömrəli qətnaməsində “cavabdeh Cavabdeh” sözünün “Cavabdeh Nazim oğlu sözü ilə əvəz edilməsini xahiş etmişdir. Qətnamədəki yanlışlığın düzəldilməsi barədə keçirilməli olan məhkəmə iclasının vaxtı və ye barədə işdə olan tərəflərə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məluma etməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 228.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 17 mart 2021-ci tarixli, 2(021)1063/2021 nömrəli qətnaməsində cavabdeh “Cavabdeh Nazim oğlu” olduğu hald texniki səhv olaraq “Cavabdeh” yazılmışdır. Ona görə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsin əsasən qətnamədə yol verilmiş yanlışlıqlar düzəldilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 228.1-ci maddəsində qey olunmuşdur ki, çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrind nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və y dəyişdirməyə haqlı deyildir. Bu Məcəllənin 228.2-ci maddəsinə görə hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, ö təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları v açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşd iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onları gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən düzəlişlər etmək barəsində məhkəm qərardadından şikayət verilə bilər. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228, 263 264, 267, 268-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar X1 və İddiaçı2 Ziyədin oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzr çıxarılmış 17 mart 2021-ci il tarixli, 2(021)1063/2021 saylı qətnaməsində buraxılmı yanlışlığın düzəldilməsi barədə İddiaçı2 ərizəsi təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(021)1063/2021 nömrəli qətnaməsind “cavabdeh Cavabdeh” sözünün “Cavabdeh Nazim” oğlu sözü kimi oxunsun. Qərardaddan 10 gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1063/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1063/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver