Məhkəmə qərarları › İş №2(021)-1082/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1082/2021

27.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1082/2021 27.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibiBayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı Şirinov Raquf Sabir oğlunun, Cavabdehlər Cavabdeh1 və Həsənova Fatma Əli qızının iştirakları ilə, İddiaçı Şirinov Raquf Sabir oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ziyan tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 Əli oğlundan və Həsənova Fatma Əli qızından maddi ziyana görə 13.090 manat ziyanın və 30 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı oğlu iddia ərizəsini onunla əsasldnırmışdır ki, ünvan 1 ünvanda mükiyyətində 0.047 ha torpaq sahəsində fərdi yaşayış evi var. Həmin Fərdi yaşayış evi 03 oktyabr 2017-ci il tarixdə şəxsi mülkiyyətindədir və həmin fərdi yaşayış evinə görə Seriya RX-1111774 nömrəli çıxarışda verilmişdir. Fərdi yaşayış evi mərhum valdeyinlərindən ona pay qalmışdır. Mərhum anası 04 avqust 2014-cü ildə vəfay edib. Hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 Əli oğlu, Cavabdeh2 onun mərhumə X1nın həyat yoldaşı və baldızıdır. X1 13 mart 2017-ci ildə vəfat edibdir. Bacısı vəfat etməmişdən öncə həyat yoldaşı Cavabdeh1 ilə aralarında narazıçılıqlar olduğundan anası ilə birlikdə həmin evdə yaşamışdır. Mərhumə bacısının vəfatından sonra cavabdehlər həmin evdə yaşayaraq, onun evini zəbt etdiblər. Cavabdehlərin evdən çıxarılması ilə bağlı 2017-ci ildə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə cavabdehlərin həmin evdən çıxarılmalarına dair qərar qəbul edilmişdir. Bərdə rayon İcra və və probasiya Şöbəsinin və Polis Şöbəsinin əməkdaşları ilə 15 sentyabr 2020-ci il tarixdə Cavabdeh1 oğlu onun evindən əmlakları ilə birlikdə çıxarılmışdır. Cavabdehlər artıq üç ildir ki, onun evini zəbt etmişlər, buna görə də Bakı şəhərində kirayədə yamışdır. 3 il ərzində hər ay kirayə haqqı olaraq 200 manat, cəmi 7000 manat məbləğində pul ödəmişdir. Həmçinin cavabdeh Cavabdeh1 2017-ci il tarixdən bu ilə qədər məhkəmədə ona qarşı əsassız iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iddia üzrə Bərdə Rayon Məhkəməsinə 4 dəfə gedib gəlmişdir. Hər dəfəsində yol pulu olaraq cəmi 410 manat, Gəncə şəhərində Gəncə Apellyasiya Məhkəməsinə 4 dəfə gedib gəlmişdir. Hər dəfəsində yol pulu olaraq cəmi 280 manat, işin nəticəsi ilə bağlı Bərdə rayon İcra və probasiya Şöbəsinə isə 3 dəfə gedib gəlmiş, hər dəfəsində yol pulu olaraq cəmi 150 manat verimişdir. Cavabdehlərin bu hərəkətləri nəticəsində ona dəymiş ziyan 13.090 manat təşkil edir. Cavabdehin ona vurmuş olduğu ziyanı cavabdehlərdən tələb etsə də, heç bir nəticəsi olmamışdır. Əsəbi pozulmuş, stres keçirtmişdir. Bunun üçündə məcbur olub, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Şirinov Raqub Sabir oğlu iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında izahatlarına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etməyərək, göstərdilər ki, iddiaçıya məxsus yaşayış evini zəbt etməyiblər, uşaqlıqdan bu evdə yşayıblar. Həmçinin onlara heç bir icraçı evdən çıxmalı olduqlarını deməyibdir. İddiaçı əsassız olaraq onlardan pul tələb edir. İddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx xxxxx 1974-cü ildə Bərdə şəhərində doğulmuş, Bərdə şəhəri, M.hüseynzadə küçəsi ev 74-də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1491 saylı 18 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri, M.Hüseynzadə küçəsi 74-də yaşayır. İş materiallarına əlavə olunmuş RX ******* nörməli dövlət reystirindən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə şəhəri, M.Hüseynzadə küçəsi 74 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.047 ha torpaq sahəsi İddiaçı xüsusi müliyyətindədir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)-3568/2018 nömrəli 10 oktyabr 2018-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 X3, İddiaçı qarşı alq-satqı müqaviləsinin ləğv edilməsinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104) 19 mart 2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin olunmuş, Bərdə Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli 2(021)- 3568/2018 saylı qətnaməsinin tamamilə ləğv olunması, yeni qətnamə qəbul edilməsi, iddiaçılar Cavabdeh1 və X5 cavabdehlər X3 və Şirinov Raquf Sabir oğluna qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddiası rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəmədinin 2(102)3502/2020 saylı, 22 iyul 2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104) 19 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 1961-ci ildı Tərtər rayonu Xoruzlu kəndində doğulmuş, Bərdə rayonu, Qazaxlar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı mübahisə üzrə sübutetmə yükünün iddiaçı Şirinov Raquf Sabir oğlunun üzərinə düşməsinə baxmayaraq, iddaiçı tələblərinin əsaslı olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyan ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar