Məhkəmə qərarları › İş №2(021)-109/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-109/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-109/2022 30.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 hüquqi varisləri-cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 14 oktyabr 2013-cü tarixli kredit müqaviləsi üzrə banka 200,77 manat əsas, 542,58 manat faiz, 134,61 manat cərimə və kredit müqaviləsi üzrə 14.10.2016-cı il tarixdən 20.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 120,3 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 998,26 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Füzuli küçəsində yerləşən, 3 otaqlı, 102,2 kv.m yaşayış, 91,1 kv.m yardımçı sahədən ibarət 99 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Bərdə şəhəri, Füzuli küçəsində yerləşən 3 otaqlı, 102,2 kv.m yaşayış, 91,1 kv.m yardımçı sahədən ibarət 99 saylı fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Füzuli küçəsində yerləşən 3 otaqlı, 102,2 kv.m yaşayış, 91,1 kv.m yardımçı sahədən ibarət 99 saylı fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 Məmmədəli oğlunun, Cavabdeh3 Bərdə şəhəri, Füzuli küçəsində yerləşən 3 otaqlı, 102,2 kv.m yaşayış, 91,1 kv.m yardımçı sahədən ibarət 99 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi Cavabdeh1, Cavabdeh2 Məmmədəli oğlunun, Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 2013-cü il 24 oktyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Bərdə” filialından illik 25 %-lə 36 ay müddətinə 8400 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bərdə şəhəri, Füzuli küçəsində yerləşən 3 otaqlı, 102,2 kv.m yaşayış, 91,1 kv.m yardımçı sahədən ibarət 99 saylı fərdi yaşayış evi 2013-cü il 11 oktyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2013-cü il 24 oktyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci ilin noyabrın 20-dək Cavabdeh1 2013-cü il 14 oktyabr tarixli kredit müqaviləsi üzrə banka 200,77 manat əsas, 542,58 manat faiz, 134,61 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 877,96 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa 20 noyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 14 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 200,77 manat əsas, 542,58 manat, 134,61 manat cərimə və kredit müqaviləsi üzrə 14.10.2016-cı il tarixdən 20.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 120,3 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 998,26 manat borcu vardır. 14 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqından (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bərdə Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(021)-907/2021 nömrəli mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi qərara alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 sentyabr 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Bərdə şəhəri, Füzuli küçəsi ev 99-da 0,04728 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli, 3 otaqdan ibarət olan fərdi yaşayış evinin 02.09.2021-ci il tarixdə likvid qiyməti 18 000 (on səkkiz min) manat dəyərindədir. Bərdə Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərardadına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə qeydə alınmış 2(021)-907/2021 saylı mülki iş üzrə icraat, Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərardadına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iş üzrə cavabdeh mərhum Cavabdeh1 hüquqi varisi qismində tanınmaları qərara alınmışdır. İddiaçı «Yelo Bank» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 oktyabr 2013-cü il tarixli 12-G-1-0-912-13 saylı əsas kredit müqaviləsindən müəyyən edilir ki, bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətə, illik 25%-lə 8400 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 354 saylı 11 oktyabr 2013-cü il tarixli ipoteka müqaviləsi surətindən müəyyən olunur ki, ipoteka saxlayanla Borclu arasında bağlanmış 11 oktyabr 2013-cü il tarixli, 12-G-1-0-912-13 saylı əsas kredit müqaviləsinə əsasən 8400 manat məbləğində verilən kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. -İpotekanın predmeti: Bərdə şəhəri, Füzuli küçəsində mülkiyyətində olan 0,04728 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 102,2 kv.m yaşayış, 91,1 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi. -İpoteka ilə yüklü edilmiş əmlakın yerləşdiyi ünvan və yetərli olan təsviri: Bərdə şəhəri, Füzuli küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 102,2 kv.m yaşayış, 91,1 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi. -İpoteka predmeti olan əşya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsinin 17.08.2009-cu il tarixli, MH seriyalı, ******* saylı, reyestr nömrəsi **********31-10301, qeydiyyat nömrəsi ********** çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətindədir. -İpoteka saxlayanın razılığı olduğu halda girovun predmetinin və natural formasının dəyişdirilməsinə bu şərtlə yol verilir ki, təklif edilən yeni ipoteka predmetinin dəyəri bu Müqavilədə nəzərdə tutulmuş dəyərdən az olmasın. Belə hal bu Müqavilənin 14-cü bölməsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir. -İpoteka ilə yüklü edilmiş əmlak İpoteka qoyanın sahibliyində və istifadəsində qalır. -İpoteka qoyan ipoteka ilə yüklü edilmiş əmlakın, bu Müqavilənin müddəti bitənədək ilkin vəziyyətində saxlanılması üçün tədbirlər görməlidir. -İpoteka ilə yüklü edilmiş əmlak 28 000 manat məbləğində qiymətləndirilir. İş materiallarında olan Seriya MH ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bərdə şəhəri, Füzuli küçəsində istifadəsində olan 0,04728 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 102,2 kv.m yaşayış, 91,1 kv.m köməkçi sahədən ibarət 99 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh1 məxsus, Bərdə şəhəri, Füzuli küçəsi 99-da yerləşən fərdi yaşayış evi 11 oktyabr 2013-cü il tarixli 12-G-1-0-912-13 nömrəli kredit müqaviləsi üzrə kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi 36 ayadək ipotekaya vermişdir. İş materiallarında olan 20 noyabr 2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 12-G-1-0-912-13 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 20 noyabr 2021-ci il tarixə 200,77 manat əsas, 542,58 manat faiz, 134,61 manat cərimə, 120,3 manat əldən çıxmış fayda borcu vardır. İş materiallarında olan 10 avqust 2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh1 məhkəmə qaydasında ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən müəyyən olunur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin verilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 13 iyul 2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, borclu məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlakların satılacağı, notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsinin də tələb olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə 17 dekabr 2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 14 oktyabr 2013-cü il tarixli 12-G-1-0-912-13 saylı kredit müqaviləsi üzrə 8400 manat məbləğində kredit alması, 200,77 manat məbləğində əsas, 542,58 manat məbləğində faiz borcu, 134,61 manat cərimə, 120,3 manat əldən çıxmış fayda borcu olmaqla ümumilikdə 998,26 manat borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 14 oktyabr 2013-cü il tarixə 12-G-1-0-912-13 saylı nömrəli kredit müqaviləsi üzrə 200,77 manat məbləğində əsas, 542,58 manat məbləğində faiz borcu, 134,61 manat cərimə, 120,3 manat əldən çıxmış fayda borcu olmaqla ümumilikdə 998,26 manat borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 8400 manat məbləğində kredit alması və həmin kredit üzrə 200,77 manat məbləğində əsas, 542,58 manat məbləğində faiz borcu, 134,61 manat cərimə, 120,3 manat əldən çıxmış fayda borcu olmaqla ümumilikdə 998,26 manat məbləğində kredit borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borcu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. “İpoteka haqqında” Qanunun ipoteka predmeti olan yaşayış evinə və ya mənzilə tutmanın yönəldilməsi adlanan 59-cu maddəsində qeyd edilir ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və satıldıqda bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki; 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunverici “İpoteka Haqqında” Qanunun 59.3 və 59.3.1-ci maddələrinə istinadən hesab etmişdir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, X1 14 oktyabr 2013-cü il tarixli 12-G-1-0-912-13 nömrəli kredit müqaviləsi üzrə 200,77 manat məbləğində əsas, 542,58 manat məbləğində faiz borcu, 134,61 manat cərimə, 120,3 manat əldən çıxmış fayda borcu olmaqla ümumilikdə 998,26 manat borcunun tutulması, bu borcun ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olmuş, Bərdə şəhəri, Füzuli küçəsində 0,04728 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 102,2 kv.m yaşayış, 91,1 kv.m köməkçi sahədən ibarət 99 nömrəli fərdi yaşayış evi açıq hərracda satılmalı, əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ipoteka qoyulmuş ev ipotekaya yönəldikdən və satıldıqdan sonra evi tərk etməyi öhdəsinə götürdüyündən tutma ipoteka qoyulmuş Bərdə şəhəri, Füzuli küçəsində 0,04728 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 102,2 kv.m yaşayış, 91,1 kv.m köməkçi sahədən ibarət 99 nömrəli fərdi yaşayış evinə yönəldilərək satıldıqdan sonra bir ay müddətinə yaşadığı həmin evdən çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 205.2-ci maddəsində də qeyd edilmişdir ki, tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. 12-G-1-0-912-13 saylı 14 oktyabr 2013-cü il tarixli ipoteka müqaviləsində Cavabdeh1 mülkiyyətində olmuş Bərdə şəhəri, Füzuli küçəsində 0,04728 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 102,2 kv.m yaşayış, 91,1 kv.m köməkçi sahədən ibarət 99 nömrəli fərdi yaşayış evinin dəyəri 28000 manat qeyd edilsə də "xxxx" MMC-nin 02 sentyabr 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Bərdə şəhəri, Füzuli küçəsində 0,04728 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 102,2 kv.m yaşayış, 91,1 kv.m köməkçi sahədən ibarət 99 nömrəli fərdi yaşayış evinin 02.09.2021-ci il tarixdə likvid qiyməti 18 000 (on səkkiz min) manat olduğu müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ipoteka predmetinin dəyəri "xxxx" MMC-nin 02 sentyabr 2021-ci il tarixli rəyinə uyğun qaydada, yəni 18000 manat dəyərində qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mütəxəssis tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Kapital Bank ASC Mingəçevir şəhər filialı, Filialın kodu: 200297, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Benefisiarın hesabı: AZ51AİİB400800C**********129, VÖEN: ********** hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 hüquqi varisləri-cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 hüquqi varisləri-cavabdehlər Cavabdeh2 və Cavabdeh3 200,77 manat məbləğində əsas, 542,58 manat məbləğində faiz borcu, 134,61 manat cərimə, 120,3 manat əldən çıxmış fayda borcu olmaqla ümumilikdə 998,26 (doqquz yüz doxsan səkkiz manat iyirmi altı qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borcun ödənilməsi ipoteka qoyulmuş, Cavabdeh1 mülkiyyətində olmuş, Bərdə şəhəri, Füzuli küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 102,2 kv.m yaşayış, 91,1 kv.m köməkçi sahədən ibarət 99 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Bərdə şəhəri, Füzuli küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 102,2 kv.m yaşayış, 91,1 kv.m köməkçi sahədən ibarət 99 nömrəli fərdi yaşayış evinin ilkin dəyəri 18 000 (on səkkiz min) manat müəyyən edilsin. Bərdə şəhəri, Füzuli küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 102,2 kv.m yaşayış, 91,1 kv.m köməkçi sahədən ibarət 99 nömrəli fərdi yaşayış evi açıq hərracda satılsın. Bərdə şəhəri, Füzuli küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 102,2 kv.m yaşayış, 91,1 kv.m köməkçi sahədən ibarət 99 nömrəli fərdi yaşayış evinin satışından əldə olunan vəsait hesabına borc ödənilsin. Bərdə şəhəri, Füzuli küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 102,2 kv.m yaşayış, 91,1 kv.m köməkçi sahədən ibarət 99 nömrəli fərdi yaşayış evi açıq hərracda satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin yaşayış evi üzərində istifadə hüququ itirilməklə evdən çıxarılsınlar. Mütəxəssis tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Kapital Bank ASC Mingəçevir şəhər filialı, Filialın kodu: 200297, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Benefisiarın hesabı: AZ51AİİB400800C**********129, VÖEN: ********** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar