Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-11/2024 08.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Qarayeva Pərvanə Əhməd qızının katibliyi, Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, X4 və X7 qarşı «kredit müqaviləsi üzrə borc tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh, X4 və X7 qarşı iddia qaldıraraq Cavabdeh 136384.67 (bir yüz otuz altı min üç yüz səksən dörd) manat 67 qəpik məbləğində əsas borc, 7030.50 (yeddi min otuz) manat 50 qəpik məbləğində faiz borcu, 6358.84 (altı min üç yüz əlli səkkiz) manat 84 qəpik cərimə üzrə borc, Kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 11683.62 (on bir min altı yüz səksən üç) manat 62 qəpik, ümumilikdə isə 161457.63 (bir yüz altmış bir min dörd yüz əlli yeddi) manat 63 qəpik vəsaitin, 31 (otuz bir) manat dövlət rüsumunun, 31 (otuz bir) manat DƏDRX rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmasına, tutmanın ipoteka predmeti olan Bərdə şəh., C.Məmmədquluzadə küç.ev 12 yerləşən fərdi yaşayış evinə və Bərdə şəh., M.F.Axundov küç.ev 34 yerləşən fərdi yaşayış evinə və 0.05 ha birgə torpaq sahəsinə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş Bərdə şəh., C.Məmmədquluzadə küç.ev 12 yerləşən fərdi yaşayış evi və M.F.Axundov küç.ev 34 yerləşən fərdi yaşayış evi və 0.05 ha birgə torpaq sahəsi satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakın 1 (bir) ay ərzində boşaldılmasına dair qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 30 dekabr 2012-ci il tarixdə Cavabdeh (bundan sonra Borclu) ilə "xxxx" ASC (bundan sonra müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən Borcluya 200000 (iki yüz min) manat Bank) arasında 006 saylı kredit məbləğində, 24 (iyirmi dörd) aylıq güzəştlə, 60 (altmış) ay müddətinə, illik 7 (yeddi) faiz olmaqla kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə X8 ilə Bank arasında 30 dekabr 2012-ci il tarixdə 0061 saylı ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan Bərdə şəh., C.Məmmədquluzadə küç.ev 12 yerləşən fərdi yaşayış evi ipoteka (girov) ilə yüklü edilmişdir. Bundan başqa X9 ilə Bank arasında 30 dekabr 2012-ci il tarixdə 006/11 saylı ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan Bərdə şəh. M.F.Axundov küç.ev 34 yerləşən fərdi yaşayış evi va 0.05 ha birgə torpaq sahəsi ipoteka (girov) ilə yüklü edilmişdir İpoteka müqavilələri bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 sayı Ərazi İdarəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309-cu ve İpoteka haqqında Qanunun 10.4 maddələrinə uyğun olaraq ipotekaların dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı xx.xx.2013-cü il tarixdə DƏDRX tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın Bankın xeyrinə yüklü edilməsi barədə ******* No-li va ******* Çıxarışlar verilmişdir. Lakin Borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 14 iyun 2019cu il tarixinə Banka 136384.67 (bir yüz otuz altı min üç yüz səksən dörd) manat 67 qəpik məbləğində əsas borc, 7030.50 (yeddi min otuz) manat 50 qəpik məbləğində faiz borcu, 6358.84 (altı min üç yüz əlli səkkiz) manat 84 qəpik cərimə üzrə borc, Kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 11683.62 (on bir min altı yüz səksən üç) manat 62 qəpik, ümumilikdə isə 161457.63 (bir yüz altmış bir min dörd yüz əlli yeddi) manat 63 qəpik məbləğində borcu qalmışdır. Borclu müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün "xxxx" ASC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci və İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddələrinə əsasən tələbin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında **********882 nömrəli, 28 sentyabr 2018-ci il tarixli bildirişi ipoteka qoyana göndərərək ipoteka predmetinə tutmanı yönəltməyə başlamışdır. Tutmanın yönəldilməsi haqqında bildiriş ərizələr ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş və xx.xx.2018-ci il tarixdə ********** ve ********** No-ilə qeydiyyata alınmışdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X10 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. O həmçinin məhkəməyə kredit müqaviləsi üzrə hesabdan çıxarışı məhkəməyə təqdim edərək iş üzrə ödənişlərin olunmasını məhkəmənin diqqətinə çatdırdı. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər Cavabdeh, X4 və X7 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2012-ci il tarixli, 006 saylı Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 aylıq güzəştlə 60 ay müddətinə illik 7% olmaqla 200 000 (iki yüz min manat) manat məbəğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı ASC ilə X8 və Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 006İ saylı X1 görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2012-ci il tarixli, 006 saylı kredit müqaviləsinə əsasən 24 aylıq güzəştlə 60 ay müddətinə illik 7% olmaqla 200 000 (iki yüz min manat) manat məbləğində verilmiş kreditin təminatı olaraq X2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 0.01627 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 200 000 (iki yüz min manat) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı ASC ilə X9 və Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 006/1İ saylı X1 görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2012-ci il tarixli, 006 saylı kredit müqaviləsinə əsasən 24 aylıq güzəştlə 60 ay müddətinə illik 7% olmaqla 200 000 (iki yüz min manat) manat məbləğində verilmiş kreditin təminatı olaraq X5 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 0.05 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 100 000 (yüz min manat) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş MH seriyalı, №0010174 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə şəhəri, X12 küçəsində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.8 kv.m yaşayış, 40.2 kv.m köməkçi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 145 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X5 xüsusi mülkiyyətində olan Bərdə rayon X12 küçəsi ünvanında yerləşən 34 nömrəli fərdi yaşayış evi 0.05 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC- nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. (Yüklülüyün müddəti -xx.xx.2012-60 ay) Mülki işə əlavə edilmiş RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X2 xüsusi mülkiyyətində olan Bərdə rayon C.Məmmədquluzadə küçəsi ünvanında yerləşən 12 nömrəli fərdi yaşayış evi İddiaçı ASC- nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. (Yüklülüyün müddəti -xx.xx.2012-60 ay) Mülki işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh, X4 və X7 bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli **********080 saylı Ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət edərək, X5 xüsusi mülkiyyətində olan Bərdə rayon X12 küçəsi ünvanında yerləşən 34 nömrəli fərdi yaşayış evi 0.05 ha torpaq sahəsi ilə birlikdə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli **********083 saylı Ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət edərək, X2 xüsusi mülkiyyətində olan Bərdə rayon C.Məmmədquluzadə küçəsi ünvanında yerləşən 12 nömrəli fərdi yaşayış evi 0.01627 ha torpaq sahəsi ilə birlikdə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixli, 006 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixə kimi 136 384,67 manat əsas borc, 7030,50 manat faiz borcu, 6358,84 manat cərimə borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 11683,62 manat olmaqla, ümumilikdə 161457,63 manat manat borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 24581 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixli, 006 saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcu xx.xx.2019-cu il tarixə (müqavilə müddəti bitən tarixə) - əsas borc üzrə - 143 894,30 manat, faiz borcu üzrə - 21 470,68 manat müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri 150 manat) Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası “X3” MMC tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə 504 saylı xx.xx.2021-ci il tarixli Mütəxəssis Rəyindən görünür ki, Bərdə rayon X12 küçəsi ünvanında yerləşən 34 nömrəli fərdi yaşayış evinin 0.05 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 66000 (altmış altı min) manat dəyərində, likvid dəyəri isə 59400 (qəlli doqquz min dörd yüz) manat dəyərində qiymətləndirilmişdir. Qiymətləndirmə xərci 300 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 9/5450 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 30 dekabr 2012ci il tarixli 006 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix): Əsas borc üzrə 136.356,02 manat, faiz borcu üzrə, 10.036,81 manat, xx.xx.2019-cu il tarixə (iddia ərizəsinin daxil olduğu tarix): əsas borc üzrə 136.356,02 manat, faiz borcu üzrə 16.244,58 manat, xx.xx.2023-cü il tarixə (qərardad çıxarılan tarix): əsas borc üzrə 136.356,02 manat, faiz borcu üzrə 31.587,80 manat müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri 200 manat) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 9/8800 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 30 dekabr 2012ci il tarixli 006 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix): Əsas borc üzrə 136.356,02 manat, faiz borcu üzrə, 10.036,81 manat, xx.xx.2019-cu il tarixə (iddia ərizəsinin daxil olduğu tarix): əsas borc üzrə 136.356,02 manat, faiz borcu üzrə 6036,81 manat, faiz borcu illik 5% dərəcəsi ilə 10207,77 manat, xx.xx.2023-cü il tarixə (qərardad çıxarılan tarix): əsas borc üzrə 136.356,02 manat, faiz borcu üzrə 0,0 manat, faiz borcu illik 5% dərəcəsi ilə 36495,04 manat müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri 200 manat) Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə 02-116/23 saylı xx.xx.2023-cü il tarixli Mütəxəssis Rəyindən görünür ki, xx.xx.2009-cu ildə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli MH No ******* saylı çıxarışa əsasən Bərdə şəhəri M.F.Axundov küçəsində yerləşən X7 məxsus olan 87.8 kv.m yaşayış sahəsi, 40.2 kv.m köməkçi sahəsi olan 2 mərtəbəli, 3 otaqlı, 34 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2023-cü il tarixinə: bazar dəyəri 49000 (qırx doqquz min) manat dəyərində, likvid dəyəri isə 42000 (qırx iki min) manat dəyərində; 20 iyun 2006-cı ildə qeydiyyata alınmış MA No ******* saylı çıxarışa əsasən ünvan 5 ünvanda yerləşən X4 məxsus olan fərdi yaşayış evinin yerləşdiyi 0.01627 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2023-cü il tarixinə: bazar dəyəri 44000 (qırx dörd min) manat dəyərində, likvid dəyəri isə 37500 (otuz yeddi min beş yüz) manat dəyərində qiymətləndirilmişdir. Qiymətləndirmə xərci 400 manat təşkil edir. Mülki işə əlavə edilmiş ödəniş tapşırıqlarıdan görünür ki, İddiaçı ASC məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə 31, 00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30,00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışı zamanı məhkəməyə təqdim olunmuş hesabdan çıxarışa əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh kredit borcu üzrə 19000 manat ödəniş etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2012-ci il tarixli, 006 saylı saylı kredit müqaviləsinə əsasən 24 aylıq güzəştlə 60 ay müddətinə illik 7% olmaqla 200 000 (iki yüz min manat) manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Mülki Məcəllənin 741.2-ci maddəsinə əsasən borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2012-ci il tarixli, 006 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyindən müəyyən olunur ki, iddia ərizəsi məhkəməyə daxil olan vaxt əsas borc 136356,02 manat və faiz borcu isə 6036,81 manat olmuşdur. Məhkəmə baxışı zamanı məhkəməyə təqdim olunmuş hesabdan çıxarışa əsasən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh kredit borcu üzrə ödəniş etmişdir. Belə olan halda məhkəmə Mülki Məcəllənin 432.4-cü maddəsini əsas tutur. Belə ki, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Ona görə də məhkəmə qeyd edir ki, 19000 manat ilk olaraq faiz borcundan, sonra isə əsas borcundan silinməli və əsas borc üzrə 123,392.83 manat pul vəsaiti tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcunu nəzərdən keçirib hesab edir ki, Ekspert rəyi əsasında Cavabdeh banka olan Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu tələb olunan məbləğdən yüksək həddə olması müəyyən edilsə də, iddiaçı bank tərəfindən iddia tələbinin həcmi artırılmadığından iddia tələbinin Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu məbləğinə münasibətdə tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Həmçinin, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir Mülki Məcəllənin 467-ci maddəsinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və İddiaçı ASC -nin iddiasının 6358,84 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 600 manat məbləğində pul tutulmalıdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, Cavabdeh xx.xx.2012-ci il tarixli, 006 saylı kredit müqaviləsinə əsasən 24 aylıq güzəştlə 60 ay müddətinə illik 7% olmaqla 200 000 (iki yüz min manat) manat məbləğində verilmiş kreditin təminatı olaraq X8 ilə Bank arasında 30 dekabr 2012-ci il tarixdə 0061 saylı ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan Bərdə şəh., C.Məmmədquluzadə küç.ev 12 yerləşən fərdi yaşayış evi ipoteka (girov) ilə yüklü edilmişdir. Bundan başqa X9 ilə Bank arasında 30 dekabr 2012-ci il tarixdə 006/11 saylı ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan Bərdə şəh. M.F.Axundov küç.ev 34 yerləşən fərdi yaşayış evi va 0.05 ha birgə torpaq sahəsi ipoteka (girov) ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehlərə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin X2 mülkiyyətindəki Bərdə şəh., C.Məmmədquluzadə küç.ev 12 yerləşən fərdi yaşayış evinə və X5 mülkiyyətindəki Bərdə şəh. M.F.Axundov küç.ev 34 yerləşən fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.2-ci maddəsinə əsasən, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ] 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehlər X2 mülkiyyətindəki ünvan 6 yerləşən fərdi yaşayış evinə və X5 mülkiyyətindəki ünvan 7erləşən fərdi yaşayış evinə 0.05 ha torpaq sahəsi ilə birlikdə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş əmlakların qiymətini müəyyən edərkən hesab edir ki, X2 mülkiyyətindəki ünvan 6 yerləşən fərdi yaşayış evinin qiyməti 37500 (otuz yeddi min beş yüz) manat, X5 mülkiyyətindəki ünvan 7erləşən fərdi yaşayış evinin qiyməti 42000 (qırx iki min) manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan mənzilin qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəydən görünür ki, ipoteka ilə yülki edilmiş X2 mülkiyyətindəki ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 0.01627 ha torpaq sahəsi ilə birlikdə likvid qiyməti 37500 (otuz yeddi min beş yüz) manat, X5 mülkiyyətindəki ünvan 7erləşən fərdi yaşayış evinin 0.05 ha torpaq sahəsi ilə birlikdə likvid qiyməti 42000 (qırx iki min) manat təşkil edir. Bu səbəbdən də, ipoteka predmetlərinin ilkin satış qiymətləri ekspert rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə və ünvan 7erləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda sonra 1 ay ərzində evin boşaldılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.4-cü maddəsinə görə, Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur, ipoteka predmetinin boşaldılması deyil. Lakin, bu halda iddia ərizəsində müəyyən olunur ki, bank tərəfindən iddia tələbində ipoteka predmetindən çıxarılma nəzərdə tutulduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsum Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ödənilmiş 30 manat məbləğində rüsum cavabdehlər Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 400 manat Cavabdeh tutularaq "xxxx" MMC -yə ödənilməlidir. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 300 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası “X3” MMC -yə ödənilməlidir. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının dəyəri (150 manat+200 +200 manat) 550 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən İclas zalında iştirak edənlərə elan etməklə hakim, məhkəmə çıxışlarından sonra qətnamə çıxarmaq üçün müşavirə otağına gedir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 123.392,83 manat əsas, 600 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 11683,62 manat olmaqla, cəmi 135 676,45 (bir yüz otuz beş min altı yüz yetmiş altı manat qırx beş qəpik) manat alınaraq Ləğv prosesində olan İddiaçı ASC -yə ödənilsin. Tutulan məbləğ X2 mülkiyyətindəki ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə və X5 mülkiyyətindəki ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə 0.05 ha torpaq sahəsi ilə birlikdə yönəldilsin. İpoteka predmetlərinin - X2 mülkiyyətindəki ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 37500 (otuz yeddi min beş yüz) manat, X5 mülkiyyətindəki ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin 0.05 ha torpaq sahəsi ilə birlikdə qiyməti 42000 (qırx iki min) manat müəyyən edilsin. Həmin əmlaklar açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçiyə qaytarılsın. Həmin həmlak satıldıqdan sonra X8 və X9 1 ay ərzində əmlakı boşaltsın. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 400 manat Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 300 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası “X3” MMC -yə ödənilsin. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının dəyəri (150 manat+200 manat+200 manat) 550 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. İş üzrə ödənilmiş 30,00 manat dövlət rüsumu Cavabdeh alınaraq Ləğv prosesində olan İddiaçı ASC -yə ödənilsin. Məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ödənilmiş 30,80 manat məbləğində rüsum cavabdehlər Cavabdeh alınaraq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-11/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-11/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver