Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1100/2023 18.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3200 manat pulun, əlavə olaraq ödədiyi 52 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X11 avtoyuma avadanlıqlarını satışına çıxarıb və internetdə satışa qoymuşdur. İnternedən ona zəng vuraraq Cavabdeh 09 oktyabr 2022-ci il tarixində avtoyuma avadınlıqlarının saxlanıldığı ünvana gələrək həmin avadınlıqları almaq istədiyini bildirmişdir. O, cavabdehlə həmin avtoyuma avadanlıqlarının qiymətini 3700 manat məbləğində müəyyənlişdiriblər.Cavabdeh ona bildirmişdir ki, nisyə götürdüyü avadanlıqlarının ilkin ödənişi kimi 500 manat nəğd şəkildə ödəyə bilər, qalanını isə hissə-hissə ödəyə bilər. O, Cavabdeh səmimiyyətinə inanıb avtoyuma avadınlıqlarını cavabdehə satmağa razılıq verib. Beləliklə Cavabdeh ilə aralarında olan razılışmaya görə o, avotyuma avadınlıqlarını 3700 manata ona satıb, cavabdeh isə 3700 manatdan 500 manatını 09 oktyabr 2022-ci il tarixində, qalan 3200 manat borcun isə 1000 manatını 17 oktyabr 2022-ci il tarixdə, 2200 manatını isə 17 oktyabr 2022-ci il tarixdə ödəməyi öz öhdəsinə götürdü. Bu razılaşmanı əlyazma aktı əsasında öz aralarında təsdiqləyiblər. Həmin əlyazmanı cavabdeh Zabutay Maarif oğlu yazıb və öz imzası ilə təsdiqləmişdir. Şahid kimi X10 və Paşayev İlqar da həmin əlyazmanı imzalayaraq şahidliklərini təsdiqləyiblər. Bundan əlavə cavabdehin də razılığı ilə aralarında olan alqı-satqı müqaviləsini videoçəkilişlə qeydə alıblar. Bundan sonra cavabdeh aldığı avadalıqları ** CA *** nömrəli avtomobilə yerləşdirərək aparıb getmişdir. Lakin həmin vaxtdan sonra cavabdehin ilk 1000 manatı ödəməli gün o, cavabdehlə əlaqə saxlayıb . Lakin cavabdeh pulunun olmadığını bildirib və kimə şikayət edirsən et deyərək telefonu söndürüb. Həmin andan sonra telefon zənglərinə cavab verməyib. O, işlədiyi üçün atası X12 cavabdehin bu hərəkətləri barədə, yəni onu aldadıb avtoyuma avadanlıqlarını alaraq borclu qaldığı 3200 manat pulun ödənilməməsi və ona hədə qorxular gəlməsi barədə Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə ərizə ilə müraciət edib. Polis təhqiqat araşdırması zamanı Cavabdeh polis Bölməsinə dəvət etsə də cavabdeh Polis Bölməsinə gəlməmişdir. Sabunçu Polis İdarəsininin 15-ci Polis Bölməsində onların ərizəsi ilə şikayətə baxıb cinayət işinin başlanılması rədd edilib və onlara bildiriblər ki, cavabdehin ona olan 3200 manat borcu məhkəmə vasitəsi ilə ala bilər. Artıq uzun müddədir ki cavabdeh ona olan 3200 manat pulu ödəməməsi ucbatından ona mənəvi ziyan dəymişdir, çünkü həmin avadanlıqları satmaqda məqsədi atasının xəstəliyini müalicə etdirmək idi. Hazıda cavabdeh borclu olduğu pulu ödəmədiyi üçü atasını müalicə etdirə bilmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir . Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1997-ci ildə Bərdə rayonu doğulmuşdur. Mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx xxxxxxx 1993-cü ilə doğulmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Dİn-nin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş 27 noyabr 2022-ci il tarixli Pritenziya məktubunun surətindən müəyyən olunur ki, İddiaçı borclu olduğu 3200 manat pulu dərhal ödəməsi, ödəmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə olunmuş 21 oktyabr 2022-ci il tarixli Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən müəyyən olunur ki, X6 müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Mülki işə əlavə olunmuş qəbzdə yazılmışdır: “ Mən Cavabdeh 09 oktyabr 2022-ci il tarixində İddiaçı 3700 AZN məblığində avtoyuma avadanlığı botrc olaraq götürdüm, verilən məbləğin 500 AZN 09 oktyabr 2022-ci il tarixində nəğd olaraq verdim, 1000 AZN isə 17 oktyabr 2022-ci il tarixinə qalan 2000 AZN isə 17 noyabr 2022-ci il tarixində ödəyəcəyimi öz üzərimə borc öhdəliyi kimi götürürəm. Vəsiqə nömrəsi AA 1692148.Gəncə şəhər Bayan küçəsi ev 113. İmza yazdığım b orc öhdəliyini öz imzamla təsdiq edirəm. X3, Paşayev İlqar, daşınan maşın ** CA ***”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasını kifayət qədər sübut etdiyindən iddia təmin edilməlidir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 52 manat dövlət rüsumu cavabdehdən alınıb ona ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 3200 manat və 52 manat dövlət rüsumu tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1100/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1100/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver