Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1101/2024 04.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Reqres qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BOKT "xxxx" MMCnə zamin olaraq ödədiyi 2695,58 manat əsas məbləğ, buna görə ödənilmiş 188,52 manat 7% məcburi icra ödənişi və əlavə 950 manat faiz olmaqla, cəmi 3834,10 (üç min səkkiz yüz otuz dörd manat 10 qəpik) manat pulun və ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə ona müraciət edərək BOKT İnkişaf üçün Maliyyə MMC-dən "Ev təmiri üçün" 2500 manat kredit götürdüyünü və ona zamin durmasını xahiş etmiş, o da cavabdehə zamin olmuşdur. Cavabdeh müəyyən dövr aylıq ödəniş qrafikinə uyğun ödənişlər etmişdir. Sonradan yadında olmayan tarixdə BOKT İnkişaf üçün Maliyyə MMC-də zamin durduğu Cavabdeh aylıq ödənişləri ödəmədiyi, gecikmə etdiyi barədə onun adını xəbərdarlıq məktuları gəlmişdir. Cavabdehə ödənişlə bağlı xəbərdarlıq etsə də, onun tərəfindən kreditin ödənişi ilə bağlı heç bir müsbət addım atılmamışdır. Bütün yuxarıda qeyd etdiyi məsələlər nəticəsiz qaldıqda BOKT İnkişaf üçün Maliyyə MMC onlardan qalıq kredit borcunun alınıb təşkilata ödənməsi üçün Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)2755/ 2022 saylı qətnaməsi ilə borclu olduqları kredit məbləği 2695.58 manat və buna görə ödənmiş 188.52 manat 7% icra ödənişi Bərdə Rayon İcra və Probasiya Şöbəsinin məktubuna əsasən onun işlədiyi Azərbaycan Respublikası MEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən onun məvacibindən tutularaq zamin durduğu Cavabdeh kredit borcuna ödənilmişdir. Hesab edir ki, zamin durduğu şəxs öz öhdəliklərini icra etmədiyindən onun yerinə məvacibindən pul ödəmiş və bu baxımdan da cavabdehdən yuxarıda onun yerinə ödədiyi pulun faizini ala bilər. Bu məbləği o 1000 manata kimi nəzərdə tutmuşdur və hesab edir ki, cavabdeh ona 2695.58 manat, buna görə ödənmiş 188.52 manat 7% icra ödənişi, əlavə 1000 manat olmaqla, cəmi 3884.10 manat pulu ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, əmək haqqından artıq pul tutulduğundan 224 manat məbləğində artıq ödənilmiş məbləğ BOKT İnkişaf üçün Maliyyə MMC tərəfindən ona geri qaytarılmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, həqiqətən bankdan kredit götürmüşdür. Məqsədi xırda alverlə məşğul olmaq olmuşdur. Kredit götürərkən İddiaçı ona zamin durmasını xahiş etmiş, sonuncu etiraz etməmişdir. Bir müddət sonra xəstələnmiş və iş qabiliyyətini itirmişdir. Kredit götürdüyü pulları müalicəsinə xərcləmişdir. Sağaldıqdan sonra banka müraciət edərək yeni qrafiklə ödəniş etməsini bildirib, müddətin uzadılmasını xahiş etmişdir. Lakin onun xahişi nəzərə alınmamış və bank məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamə qəbul edildikdən sonra banka 50-70 manat miqdarında ödənişlər etmiş, eyni zamanda qətnamənin icrasının təmini məqsədilə borcun tutulması ona zamin olmuş İddiaçı əmək haqqına yönəldilmişdir. Lakin İddiaçı əmək haqqından onun bildirdiyi kimi 3700 manat deyil, cəmi 1800-1900 manat civarında pul tutulmuşdur. İddiaçı ilə aralarında olan normal münasibətlər sonradan düşmənçiliyə çevrilmişdir. İddiaçı tərəfindən ona təhdidlər, hədələr olmuşdur. Hazırda işsizdir və iddiaçıya hər ay borcundan 20-25 manat ödəyə bilər. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş BOKT "xxxx" MMC-də hüquqşunas vəzifəsində işləyən X4 göstərdi ki, Cavabdeh xx.xx.2020-ci ildə BOKT "xxxx" MMC-dən 2500 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ilə zaminlik müqaviləsi bağlanılmışıdr. Cavabdeh kredit borcunu ödəmədiyindən məhkəməyə müraciət etmişlər və Bərdə Rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdehlərdən kredit borcunun müştərək qaydada tutulması qət edilmişdir. Borcun ödənilməsi icra məmuru tərəfindən İddiaçı əmək haqqına yönəldilmiş və sonuncunun əmək haqqından 2209 manat tutularaq BOKT "xxxx" MMC-nin hesabına ödənilmişdir. Hesablama zamanı cəmiyyətin hesabına 224 manat məbləğində artıq pul ödənildiyini müəyyən etdiklərindən həmin məbləğdə pulu İddiaçı geri qaytarmışlar. Hazırda Cavabdeh kredit borcu tamamilə bağlanmışdır. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə Bərdə rayonu Xanağalı kəndində anadan olmuşdur, Bərdə rayonu Xanağalı kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh xx.xx.1986-cı ildə Bərdə rayonu Xanağalı kəndində anadan olmuşdur, Bərdə rayonu Xanağalı kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mehdili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli 03 nömrəli arayışından görünür ki, İddiaçı Bərdə rayonu Xanağalı kəndində yaşayır. xx.xx.2020-ci il tarixli, L-BR-0052634-F nömrəli kredit müqaviləsindən görünür ki, Kreditor - BOKT "xxxx" MMC borclu Cavabdeh “Ev təmiri” məqsədilə 24 ay (6 ay möhlətlə) müddətinə 2500 manat məbləğində kredit verilməsi, borcalan isə krediti qəbul etməsi, bu müqavilədə göstərilən məqsədlə istifadə etməsi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanmış faizlərin ödəniş cədvəlinə uyğun olaraq kreditora qaytarılması barədə öhdəlik götürmüşdür. xx.xx.2020-ci il tarixli BR-00018485 nömrəli zaminlik müqaviləsindən görünür ki, Zamin-İddiaçı Kreditor qarşısında Borclu-Cavabdeh xx.xx.2020-ci il tarixli L-BR-0052634-F saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2755/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavadehlər Cavabdeh, X1, Hacıyev Xaləddin Usub oğlundan, X2 və İddiaçı müştərək qaydada 1908,51 manat əsas, 587,14 manat faiz, 5 manat cərimə, 143,93 manat müqavilə şərtlərin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 2644.58 manat kredit borcu və ödənilmiş 48 manat dövlət rüsumu iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Respublika Seysmoloji Xidmət Mərkəzinin 21 dekabr 2023-cü il tarixli, 8-1-17/2- 503/2023 nömrəli məktubundan görünür ki, İddiaçı əmək haqqından əsas borc 2695,58 manat və 7 faiz 188,52 manat olmaqla tutularaq Bərdə Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülmüşdür. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 24 may 2024-cü il tarixli, 1101/14 nömrəli məktubundan görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2755/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı əmək haqqından 188 manat 7% icra rüsumu Bərdə Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına, 2209,58 manat pul vəsaiti isə BOKT "xxxx" MMC-nin xeyrinə olmaqla, ümumilikdə 2397,58 manat pul vəsaiti tutulmuşdur. BOKT "xxxx" MMC-nin 03 iyun 2024-cü il tarixli arayışından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2755/2022 saylı icra vərəqəsi icra olunması üçün Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən həmin icra vərəqəsi üzrə borclu İddiaçı əmək haqqına yönəldilmişdir. İddiaçı xx.xx.2023-cü ildə 224 manat, xx.xx.2023-cü ildə 224 manat, xx.xx.2023-cü ildə 221,18 manat, xx.xx.2023-cü ildə 217,58 manat, xx.xx.2023-cü ildə 213 manat, xx.xx.2023-cü ildə 224 manat, xx.xx.2023-cü ildə 13,82 manat, xx.xx.2023-cü ildə 424 manat, xx.xx.2023-cü ildə 224 manat, cəmi 1985,58 manat tutularaq BOKT "xxxx" MMC-nə köçürülmüşdür. xx.xx.2024-cü il tarixində İddiaçı əmək haqqından tutulan 224 manat məbləğində pul vəsaiti kredit üzrə öhdəliklər başa çatdığı üçün xx.xx.2023-cü il tarixdə İddiaçı geri qaytarılmışdır. Məhkəmə iş üzrə mövcud sübutları araşdıraraq müəyyən etdi ki, Cavabdeh 09 sentyabr 2020-ci il tarixdə BOKT "xxxx" MMC-dən 24 ay müddətinə 2500 manat məbləğində kredit götürmüş, öhdəliyin təminatı olaraq İddiaçı ilə cəmiyyət arasında 09 sentyabr 2020-ci il tarixli, BR-00018485 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh kredit borcunu vaxtında ödəmədiyindən, BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh, X1, Hacıyev Xaləddin Usub oğlundan, X2 və İddiaçı müştərək qaydada 1908,51 manat əsas, 587,14 manat faiz, 5 manat cərimə, 143,93 manat müqavilə şərtlərin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 2644.58 manat kredit borcu və ödənilmiş 48 manat dövlət rüsumu iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İcra sənədi icraya yönəldildikdən sonra icra məmuru tərəfindən borcun ödənilməsi borclu İddiaçı əmək haqqına yönəldilmiş, sonuncunun əmək haqqından 1985,58 manat məbləğində pul tutularaq BOKT "xxxx" MMC-nə, 188,52 manat icra ödənişi isə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödənilmişdir. İddiaçı iddia ərizəsində onun əmək haqqından BOKT "xxxx" MMC-nin hesabına 2695,58 manat məbləğində pul tutulduğunu qeyd etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 509.1-ci maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.3-cü maddəsinə əsasən, kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. İddiaçı iddia ərizəsində cavabdehdən əsas borcdan və icra ödənişindən əlavə 950 manat faiz tələb etsə də, öz tələbinin əsası olan sübutları məhkəməyə təqdim etməmiş, qeyd olunan faizlər barədə tərəflər arasında hər hansı bir razılaşmanın olması məhkəmə iclasında öz təsdiqini tapmamış, cavabdeh isə iddianı etiraf etməmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2174,10 manat vəsait tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 65-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin qismən haqlı olmasını sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 41,74 (qırx bir manat 74 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Reqres qaydasında pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 2174,10 (iki min bir yüz yetmiş dörd manat 10 qəpik) manat məbləğində pul və 41,74 (qırx bir manat 74 qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2215,84 (iki min iki yüz on beş manat 84 qəpik) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1101/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1101/2024
04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver