Məhkəmə qərarları › İş №2(021)-1104/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1104/2023

21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1104/2023 21.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13000 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 129 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh ondan 13000 manat pul almışdır. O, pulu qaytarmadığı üçün polis şöbəsinə müraciət etmişdir. Cavabdeh 13000 manat almasını etiraf etmişdir. Lakin göstərir ki, guya pulu ona qaytarıb. Halbuki, 1 manat da olsun ona qaytarmayıb. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, Sevil, Nigar və Pərvanə adlı şəxslərdən müxtəlif vaxtlarda ümumilikdə 13 550 manat pul almış, həmin pulların aylıq faizi olaraq 1605 manat olmaq şərti Cavabdeh vermişdir. O faizdən gələn pulu alsa da əsas məbləği isə cavabdeh ödəməmişdir. Əsas məbləğdən 500 manat lotoreya oyunu ilə əlaqədar ona qaytarılmışdır. Faizdən gələn 1605 manat pulu 2022-ci ilin fevral ayından hər ay ödəmiş, 1100 manatı isə 12 ay ərzində hər ay ödəmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini qeyd edərək bildirdi ki, ümumilikdə 13 550 manat pul almış, onun aylıq faizi 1605 manat olmaqla hər ay ödəmiş, 1100 manatı isə 12 ay ərzində hər ay ödəmişdir. Ümumilikdə iddaçıya 22 000 manata qədər pul ödəmişdir. İddia tələbinin rədd olunmasını xahiş etdi. İşdə işdə iştirak edən şəxslərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 537 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon İmamqulubəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan- Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1020 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Sǝdi oğlu Bərdə rayon Türkmən kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Bərdə rayon Türkmən kənd sakini Cavabdeh Sǝdi oğlunun həyat yoldaşı ilə birgə işlədiyini, ona görə də Vüsal ondan 13000 mahat pul almış ki, bankda işləyir, ehtiyacıdır və qaytaracaq. O həmin məbləğin özündə olmadığını, qohumundan tapıb verəcəyini bildirmişdir. O, ona 13.000 manat pul vermiş, hazırda Vüsal işdən çıxmış, ona əlin hara qəlbidir gedi qoymağı demiş, həmçinin Vüsalın qardaşının onu hədələdiyini bildirmiş, Vüsalın ona verǝcəyi 3000 manat pulu və 13000 manat pulu geri qaytarmasını bildirmiş, ona qanun daxilində köməklik edilməsini xahiş etmiş, həmin müraciət Bərdə rayon polis şöbəsinin törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında xx.xx.2022-ci il tarixdə HK-1/4233 sayda qeydiyyata alınmışdır. Araşdırma zamanı izahatı alınmış Cavabdeh Sǝdi oğlu bildirmişdir ki, Bərdə rayonu, Türkmən kəndində yaşayır. İddiaçı tanıyır. Onunla onun ədavəti və narazılığı olmamışdır. Onu qeyd edir ki, o, Samir Yusifovadan borcu üçün 2020ci il tarixdə 06 ay ərzində ümumilikdə 13000 manat pul borca almışdır. Həmin vaxt Bərdə şəhərində yerləşən "İrşad Telekom"-da işləyir və onun borcu yarandığı üçün götürmüşdür. Borcu qaytarılması üçün maaş kartını İddiaçı vermiş ki, ona olan borcunu həmin kartdan aylıq çıxarış edib götürsün. Samirə Yuifovaya olan 13000 manat pul borcunu geri qaytarmışam və onun hazırda ona olan pul borcu yoxdur, ona olan borcunu artığı ilə qaytarmışdır. İddiaçı onun barəsində yalan danışır, ona şər böhatn atır, ona heç bir pul borcu yoxdur. Onun ona olan borcunu qaytarmağı barədə əlində sübutu var və həmin sübut növü səs yazısı formasındadır, eyni zamanda həmin səs yazısını disk formasında izahatına əlavə etmək istəyir. Beləliliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi bina 43, mənzil 23-də yaşayan İddiaçı öz yaşadığı ünvanda Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 99-da yaşayan Cavabdeh 13.000 manat borca pul vermiş, Cavabdeh öz adına olan maaş kartını İddiaçı təqdim edərək ona olan borcunu həmin kartdan aylıq çıxarış etməklə ödəməyi bildirmiş, İddiaçı tanışı Cavabdeh maaş kartını alaraq aylıq çıxarış etməklə borcunu geri almış, Cavabdeh borcunu tam şəkildə ödəmişdir. Cavabdeh əməlində cinayət tərkibi olmaması əsası ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Mülki işə əlavə edilmiş qeyd kağızından görünür ki, İddiaçı Sevil adlı şəxsdən 3500, Pərvanə adlı şəxsdən 5500, Nigar adlı şəxsdən 4500 manat pul alması barədə qeydlər etmişdir. İddiaçı tərəfindən məhkəmə iclas zalında məhkəməyə təqdim edilmiş və mülki işə əlavə edilmiş ərizədən görünür ki, X3, X1 və X2 təqdim etdiyi məbləğləri ödəmişdir. Mülki işə əlavə edilmiş İddiaçı tərəfindən məhkəmə iclas zalında məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, İddiaçı qeyd etmişdir ki, Cavabdeh 2022-ci ilin fevral ayından 1605 manat 13000 manat pulun fazini ödəyib, 1100 manat 12 ərzində ödəyib. Mülki işə əlavə edilmiş səs yazı diskindən müəyyən edilir ki, İddiaçı etiraf edir ki, cavabdeh ona pulu qaytarmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 129 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh Sǝdi oğluna 13500 manat məbləğində pul vermişdir. Həmin pulları iddiaçı Sevil adlı şəxsdən 3500, Pərvanə adlı şəxsdən 5500, Nigar adlı şəxsdən 4500 manat almaqla cavabdehə vermişdir. Cavabdeh pulun ona verilməsini inkar etmir. Tərəflər arasında şifahi razılıq əsasında 13500 manata münasibətdə hər ay faiz olaraq 1605 manat pul iddiaçıya ödənilməlidir. İddiaçı yazılı ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh 2022-ci ilin fevral ayından 1605 manat 13000 manat pulun fazini ödəyib, 1100 manat 12 ərzində ödəyib. Cavabdeh isə öz növbəsində bildirir ki, ümumilikdə 22000-ə yaxın pul ödəmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı Sevil , Pərvanə və Nigar adlı şəxslərdən ümumilikdə 13500 manat pul almaqla cavabdehə vermişdir. Cavabdeh pulun ona verilməsini inkar etmir. Lakin cavabdeh bildirir ki, 13500 manatın qarşılığında iddiaçıya 22000 manat pul qaytarmışdır. İddiaçı yazılı ərizə təqdim edərək bildirmişdir ki, 2022-ci ilin fevral ayından 1605 manat 13000 manat pulun fazini ödəyib, 1100 manat 12 ay ərzində ödəyib. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı müqavilə bağlanmayıb. Həmçinin 13500 manat pulun faizlə verilməsinə dair müqavilə də bağlanmayıb. İddiaçının ərizəsinin 1100 manat 12 ay ərzində ödəyib hissəsini təkcə nəzərə alsaq 13200 manat təşkil edir. 500 manat isə lotareya oyunu zamanı cavabdeh iddiaçıya qaytarıb. Bundan başqa 2022-ci ilin fevral ayından hər ay üçün 1605 manat iddiaçıya ödənilib. Bu rəqəmləri topladıqda 13500 manatdan artıq məbləğin iddiaçıya ödənilməsi sübut olunur. Cavabdeh isə iddiaçıya qaytardığı məbləğin 22000 manat olmasını bildirir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, o Sevil , Pərvanə və Nigar adlı şəxsdən götürdüyü pulları "xxxx" QSC ilə bağladığı girov və kredit müqaviləsi üzrə Sevilə , Pərvanəyə və Nigara qaytarmışdır. Həmin kredit üzrə ödəniş edə bilmədiyindən girov əmlaklar əlindən çıxmışdır. Məhkəmənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, o Sevil , Pərvanə və Nigar adlı şəxslər ilə yazılı müqavilə bağlamamışdır. Qəbzə imza etməklə onlardan pul götürmüş, pulu ödədiyinə görə qəbzi cırmışlar. İddiaçı həmçinin bildirir ki, o pulu cavabdehə faizlə (sələmə) vermişdir. Məhkəmə bildirir ki, nə qədər ki, tərəflər arasında yazılı müqavilə və müqavilənin faizlə verilməsi barədə şərt olmayıb iddiaçının verdiyi pula münasibətdə hər ay 1605 manat faizi qaytarılması da düzgün olmayan razılıqdır. Baxmayaraq ki, cavabdeh bu razılığıa əməl edərək həmin faiz məbləğindeə iddiaçıya ödənişlər etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, verilən pula görə borc alandan faiz tələb etmək yalnız xüsusi lisenziya əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası qanunvericiliyi ilə faziə pul vermək xüsusi lisenziya alınmaqla banklar, bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən həyata keçirilə bilən fəaliyyət hesab edilir. İddiaçının isə belə bir lisenziyası yoxdur.Odur ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 129 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İİddiaçı Cavabdeh qarşı “pul” tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar