Məhkəmə qərarları › İş №2(021)-111/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-111/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-111/2023 14.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X3 оğlunun iclas kаtibliyi ilə, İddiаçı İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: 1.AccessBank» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019- cu il tarixli 025A********** saylı kredit müqaviləsinin və xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsinin ləğv edilməsi;

2. xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3041.1 manat məbləğində kredit borcu, 24.04 manat məbləğində faiz borcu və 1031.94 manat məbləğində cərimə olmaqla, cəmi 4097 (dörd min doxsan yeddi) manat 08 (səkkiz) qəpik məbləğində borc olmaqla;

3. xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 5027.93 manat məbləğində kredit borcu, 40.54 manat məbləğində faiz borcu və 1618.48 manat məbləğində cərimə olmaqla, cəmi 6686 (altı min altı yüz səksən altı) manat 95 (doxsan beş) qəpik məbləğində borcun;

4. tərəflərindən ödənilmiş 122.352 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 AccessBank QSC ilə xx.xx.2019cu il tarixdə bağladığı 025A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3106.99 manat məbləğində kredit götürmüşdür. Bundan başqa, Cavabdeh1 İddiaçı> QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 025A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5243.14 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının tələblərini pozmuşdur. Həmin müqavilələr üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən zaminlər müqavilənin şərtlərini tamamilə icra edilməsinə görə borcalanla birlikdə cavabdehlik daşıyırlar. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə aylıq faiz dərəcəsi 1 faiz olmaqla 5243.14 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025G**********01 saylı saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 kredit alan Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019cu il tarixli 025A********** Kredit Müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025G**********02 saylı saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 kredit alan Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019cu il tarixli 025A********** saylı Kredit Müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə aylıq faiz dərəcəsi 1 faiz olmaqla 3106.99 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025G**********02 saylı saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 kedit alan Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019cu il tarixli 025A********** saylı Kredit Müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025G**********01 saylı saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 kredit alan Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019cu il tarixli 025A********** saylı Kredit Müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" QSC tərəfindən təqdim edilmiş Maliyyə arayışından görünür ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2021-ci il tarixə 3041.1 manat məbləğində əsas kredit borcu, 24.04 manat məbləğində faiz borcu və 1031.94 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4097.08 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş "xxxx" QSC tərəfindən təqdim edilmiş Maliyyə arayışından görünür ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2021-ci il tarixə 5027.93 manat məbləğində əsas kredit borcu, 40.54 manat məbləğində faiz borcu və 1618.48 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6686.95 manat məbləğində manat kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 9\6932 saylı, xx.xx.2023-c il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2021- ci il tarixinə xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 5029.11 manat, faiz borcu üzrə 46.66 manat, xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 3041.78 manat, faiz borcu üzrə 28.22 manat təşkil etdiyi göstərilmişdir. (aparılmış tədqiqatın dəyəri 145 manat) İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti borcun ödənilməsi üzrə bağlı cavabdehlərə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 122.75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsinə əsasən 60 ay müddətində, aylıq faiz dərəcəsi 1 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5243.14 manat məbləğində və xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə aylıq faiz dərəcəsi 1 faiz olmaqla 3106.99 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. İş üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti həmin məbləğlərdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, həmçinin zaminlər Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçı Cavabdeh1 qızının bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürdüyündən kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqavilələrii üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, ekspert rəyi əsasında Cavabdeh1 banka kredit müqavilələri üzrə olan əsas və faiz borcunun məbləğinin tələb olunan məbləğdən yüksək həddə olması müəyyən edilsə də, iddiaçı bank tərəfindən iddia tələbinin həcmi artırılmadığından məhkəmə hesab edir ki, iddiaçının verdiyi tələb üzrə iddia tələbinin həmin kredit müqavilələri üzrə əsas və faiz borc məbləğinə münasibətdə tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Mülki Məcəllənin 467-ci maddəsinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı "xxxx" QSC-nin iddiasının xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə 1618.48 manat cərimənin və xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə 1031.94 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə 150 manat və xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə 100 manat məbləğində tutulması ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 ilə İddiaçı QSC ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025A********** saylı və xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqavilələri ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə müştərək qaydada 3041.1 manat məbləğində əsas kredit borcu, 24.04 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3165.14 manat manat kredit borcu və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2019-cu il tarixli 025A**********saylı kredit müqaviləsi üzrə müştərək qaydada 5027.93 manat məbləğində əsas kredit borcu, 40.54 manat məbləğində faiz borcu və 150 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5218.47 manat manat kredit borcu iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 122.35 manat məbləğində rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının cəmi dəyəri 195 manat Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı QSC ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsinin ləğv edilsin. Cavabdeh1 ilə İddiaçı QSC ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsinin ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019cu il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə 3041.1 manat məbləğində əsas kredit borcu, 24.04 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3165.14 (üç min yüz altmış beş manat on dörd qəpik) manat və xx.xx.2019cu il tarixli 025A**********saylı kredit müqaviləsi üzrə 5027.93 manat məbləğində əsas kredit borcu, 40.54 manat məbləğində faiz borcu və 150 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5218.47 (beş min iki yüz on səkkiz manat qırx yeddi qəpik) manat, hər iki müqavilə üzrə ümumilikdə 8383,61 (səkkiz min üç yüz səksən üç manat altmış bir qəpik) kredit borcu tutulаrаq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iş üzrə ödənilmiş 122.35 manat dövlət rüsumu tutulаrаq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 195 manat ekspertiza xərci tutulub aşağıdakı hesaba köçürülsün: Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, adı –dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Espertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.

Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar