Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1112/2023 25.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X6 iclas kаtibliyi, iddiаçı İddiaçı və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh maddi ziyana görə 500 manat, mənəvi zərərə görə 5000 manat və 75 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun həyat yoldaşının qardaşı oğludur.Cavabdeh xx.xx.2022-ci il tarixdə torpaqla bağlı mübahisə zaman ona az ağır zərər vurmuşdur. Həmçinin həmin mübahisə zamanı orada olan insanların yanında söyüb onu təhqir etmişdir.Cavabdeh cinayət əməlinə görə CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 faizi miqdarında pul dövlət nəfinə tutulmaqla 2 il islah işləri cəzasına məhkum olunmuşdur. Apellyasiya şikayətinə əsasən hökm qüvvədə saxlanılmışdır. Bu hərəkətlər nəticəsində maddi ziyan və mənəvi zərər görmüşdür. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə eiraz edərək bildirdi ki, qeyd edilən hadisədən uzun müddət keçmirdir. Həmin hadisə iddiaçının yol verdiyi pozuntular səbəbindən baş vermişdir. Bu hal məhkəmə hökmü ilə də müəyyən olunur.Həmin hadisədən sonra müxtəlif iddialarla məhkəməyə müraciət edərək onların ailəsini dinc yaşamağa qoymur. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlаvə edilmiş AZE 0******* Salı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, Bərdə rayon Mollagüllər kəndində qeydiyyatdadır. Mülki işə əlаvə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının qərarından görünür ki, İddiaçı tənəffüs sistemi orqanlarının xronuki xəstəliyi meyarı ilə 2-ci qrup əlildir. Mülki işə əlаvə edilmiş Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(021)126/22 saylı hökmündən görünür ki, Cavabdeh CM-nin 127.1-ci maddəsi ilə təqsili bilinərək 2 il islah işləri cəzasına məhkum olunmuşdur. Mülki işə əlаvə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(104)-536/22 saylı qərarından görünür ki, təqsirləndirilən şəxsin vəkili və zərəçəkmiş şəxs tərəfindən verilən apellyasiya şikayətləri təmin olunmamışdır. Mülki işə əlаvə edilmiş Bərdə rayon X7 Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli verdiyi arayışa əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə təcili tibbi yardıma müraciət etmiş, sol əlin İ daraq arxası nahiyyəsinin kəsilmiş yarası diaqnozu qoyulmuşdur. Mülki işə əlаvə edilmiş həkim travmatoloq Xalid Məmmədov tərəfindən xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə İddiaçı həkim resepti yazılmışdır. Mülki işə əlаvə edilmiş Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)1054/22 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək cavadeh İddiaçı və X1 Arif Abdurrəhman oğlunun mülkiyyətində olan Bərdə rayon Mollagüllər kəndində 0,15 ha torpaq sahəsindən çıxarılması və 9000 manat pul tutulmuşdur. Mülki işə əlаvə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 3(104)126/23 saylı , xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı İXM-nin 157-ci maddəsi ilə təqsili bilinmiş və başlamış inzibati xəta haqqında iş üzrə icraata müddətin keçməsi ilə əlaqədar xitam verilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh verdiyi apellyasiya şikayəti təmin olunmamışdır. Mülki işə əlаvə edilmiş Bərdə rayon X7 Hüquqi şəxsin Bərdə rayon Məhkəməsinə ünvanladığı cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə müainə olunmaq üçün müraciət etmiş, xəstəyə “xroniki beyin qan dövranının pozulması, nevrasteniya diaqnozu qoyulmuş və resep ona görə yazılmışdır. Mülki işə əlаvə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 76 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh İddiaçı həyat yoldaşının qardaşı oğludur. Cavabdeh xx.xx.2022-ci il tarixdə torpaqla bağlı mübahisə zaman iddiaçıya az ağır zərər vurmuş və bu barədə məhkəmə hökmü çıxarılmışdır. Həmçinin həmin hadisə vaxtı İddiaçı əməlindədə İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından məhkəmə qərarı ilə təqsirli bilinmiş, lakin müddətin keçməsi ilə bağlı inzibati icraata xitam verilmişdir. Həmçinin torpaqla bağlı mübahisə olduğundan yuxarıda qeyd edilən məhkəmə qətnaməsi qəbul olunmuşdur. İddiаçı İddiaçı hazırda “vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbnin maddi ziyan hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin ziyanı qolunun müalicəsi üçün xərclənmiş pul vəsaitinə aid edir. Bununla bağlı iddiaçı sübut olaraq 64,43 manat və 97,04 manat aptekə ödədiyi çeki təqdim etmişdir. Müəyyən edilmişdir ki, həmin ödənişlər xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixlərdə olmuşdur. Hadisə isə xx.xx.2022-ci il tarixdə baş vermişdir. Uzun müddət keçməsi məhkəməyə inandırıcı gəlmir ki, həmin ödənişləri məhz həmin hadisə ilə bağlı yaranmış xəsarətin aradan qaldırılmasına sərf olunmuşdur. Eyni zamanda aptek çekində qeyd olunan dərmanların məhz iddiaçının qolunun müalicəsi üçün sərf olunduğu müəyyən olunmur. Həmçinin aptek çekində qeyd olunan dərmanların iddiaçı tərəfindən alınması da müəyyən olunmur. Belə ki, həmin dərmanların nə üçün yazılması və kimə satılması bəlli deyil. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı məhkəməyə həkim tərəfindən yazılmış resept təqdim etmişdir. Həmin reseptlərin tarixinə baxıldıqda hadisə baş verən xx.xx.2022ci il tarixdən uzun müddət sonra yazılması müəyyən olunur. Bərdə rayon X7 Hüquqi şəxsin Bərdə rayon Məhkəməsinə ünvanladığı cavab məktubunda qeyd edilmişdir ki, xəstəyə “xroniki beyin qan dövranının pozulması, nevrasteniya diaqnozu qoyulmuş və resep ona görə yazılmışdır. Odur ki, almış xəsarət ilə qoyulmuş diaqnoz arasında heç bir əlaqə yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesb edir ki, iddia tələbinin maddi ziyan hissəsi təmin oluna bilməz. Məhkəmə iddia tələbinin mənəvi ziyan hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı hər hansı bir mənəvi sarsıntı keçirməsi ilə bağlı məhkəmə əsaslı sübut təqdim edə bilməmişdir. İddiaçı məhkəməyə həkim tərəfindən yazılmış resept təqdim etmişdir. Bərdə rayon X7 Hüquqi şəxsin Bərdə rayon Məhkəməsinə ünvanladığı cavab məktubunda qeyd edilmişdir ki, xəstəyə “xroniki beyin qan dövranının pozulması, nevrasteniya diaqnozu qoyulmuş və resep ona görə yazılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin xəstəliyin yaranma səbəbi məhkəməyə bəlli deyil. Mənəvi sarsıntı keçirilməsi ilə bağlı həkim tibb komisiyyasının rəyi olmalıdır ki, bu rəy də məhkəməyə təqdim olunmamışdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin ( 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM 77.3). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM 78.2). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ona halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsümunun iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı Cavabdeh qаrşı “vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dаir iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1112/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1112/2023
25.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver