Məhkəmə qərarları › İş №2(021)-1126/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1126/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1126/2021 02.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Cavabdeh Cavabdeh1 nümayəndəsi (vəkili)__ X3 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cəmi 7556,52 ABŞ dolları - bundan 1411,50 ABŞ dolları əsas, 2690,71 ABŞ dolları faiz, 3237,91 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 216,40 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh1 arasında bağlanmış 325751 №-li 03 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 31.95 (otuz bir tam yüzdə doxsan beş) faiz dərəcəsi ilə 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 03 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********137 saylı 23.11.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 19.11.2020-ci il tarixə kredit üzrə cəmi borcu 7556,52 (yeddi min beş yüz əlli altı ABŞ dolları əlli iki sent) ABŞ dolları təşkil edir. Bundan 1411,50 (min dörd yüz on bir ABŞ dolları əlli sent) ABŞ dolları əsas, 2690,71 (iki min altı yüz doxsan ABŞ dolları yetmiş bir sent) ABŞ dolları faiz, 3237,91 (üç min iki yüz otuz yeddi ABŞ dolları doxsan bir sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 216,40 (iki yüz on altı ABŞ dolları qırx sent) ABŞ dolları faiz borcu təşkil edir. Bərdə Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərardadına əsasən iddia ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/3002 saylı 20 may 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 oktyabr 2014-cü il tarixli, 325751 saylı, kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 İddiaçı ASC-yə olan borcu müqavilə müddətinin bitmə tarixinə yəni 03.09.2016-cı il tarixə əsas borc üzrə 3800,00 ABŞ dolları, faiz borcu üzrə 1063,66 ABŞ dolları, maliyyə arayışının tarixinə yəni 19.11.2020-ci il tarixə illik 5% hesablamaqla əsas borc üzrə 2385,51 ABŞ dolları, faiz borcu üzrə 1751,79 ABŞ dolları təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəməyə teleqram göndərərək təyin olunmuş məhkəmə baxışını iştirakları olmadan keçirib iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) X4 iddianı qismən qəbul edərək göstərmişdir ki, Cavabdeh1 2014-cü ilin sentyabr ayında İddiaçı ASC-dən 3800 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit borcundan bir hissəsini ödəsə də sonradan maddi vəziyyəti ilə əlaqədar olaraq kredit borcunu ödəyə bilməmişdir. İddianın əsas borc tələbinə dair hissəsinin iddia ərizəsinə uyğun, faiz borcu tələbinin ekspert rəyinə uyğun qaydada təmin olunmasına etirazının olmadığını qeyd edərək iddianın qalan hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Cavabdeh1 nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 sentyabr 2014-cü il tarixli 112/34-FB saylı kredit müqaviləsindən müəyyən olunur ki, bu müqavilənin predmeti kreditorun bocalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddət və faizlər ödənilmək əsasında kredit verməsi, borcalanın və bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. -bu müqaviləyə əsasən kreditor İddiaçı ASC borcalan Cavabdeh1 illik 31,95 faizlə, 24 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verir. İş materiallarında olan 03 sentyabr 2014-cu il tarixli ZM-112/34-FB saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə digər Cavabdeh2 ilə İddiaçı ASC arasında 03 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında öz öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 03 dekabr 2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 19.11.2020-ci il tarixə Cavabdeh1 əsas borcu 1411,50 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 2690,71 ABŞ dolları faiz, 3237,91 ABŞ dolları cərimə borcu, 216,40 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 7556,52 ABŞ dolları təşkil edir. İş materiallarında olan 20 noyabr 2020-ci il tarixli bildiriş surətindən müəyyən olunur ki, Cavabdeh1 bank ilə aralarında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, tələb olunan borcun ödənilməsini 3 gün ərzində təmin etməsi, əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə cavabdehi xəbərdar etmişdir. İş materiallarında olan 11 fevral 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ləğv prosesində olan İddiaçı ASC məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddia ərizəsində Cavabdeh1 Masxud oğlunun 03 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 19 noyabr 2020-ci il tarixə 1411,50 ABŞ dolları əsas, 2690,71 ABŞ dolları faiz məbləğində borcu olması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/3002 saylı 20 may 2021-ci il tarixli rəyində isə müqavilə müddətinin bitmə tarixinə əsas borcu 3800 ABŞ dolları, faiz borcu 1063,66 ABŞ dolları məbləğində olması göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissədə iddia ərizəsinə, faiz borcunun tutulması hissədə isə ekspert rəyinə uyğun qaydada təmin edilməlidir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh1 03.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona verilmiş 3800 ABŞ dolları məbləğində kredit borcunu vaxtında icra etmədiyindən, hazırda onun 1411,50 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1063,66 ABŞ dolları faiz borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 3800 ABŞ dolları məbləğində kredit alması və həmin kredit üzrə 1411,50 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1063,66 ABŞ dolları faiz borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 03 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 1411,50 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1063,66 ABŞ dolları faiz borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zamin Cavabdeh2 kreditor ləğv prosesində olan İddiaçı ASC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borc 1411,50 ABŞ dolları məbləğinə mütənasib olmadığından 3237,91 ABŞ dolları məbləğində cərimə pulunun 37,91 ABŞ dolları məbləğinə azaldılması məqsədəuyğundur. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 216,40 ABŞ dolları da caabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Plenum Qərarında formalaşmış ola hüquqi mövqeyə görə əgər bank vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ümumi faizdən daha yüksək olan faiz ödənilməsini tələb etmək istəyirsə, bu zaman o, öz iş strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə bilməsini təsvir etməlidir. Bu ehtimal borc alan tərəfindən təkzib edilə bilər. Belə ki, o, bankın konkret şəraitə əsasən müvafiq məbləği yenidən borc verə bilməsinin qeyri-mümkünlüyünə dair əks sübut gətirə bilər. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 3800 ABŞ dolları məbləğində kredit alması və həmin kredit üzrə 1411,50 ABŞ dolları əsas kredit borcu, 1063,66 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış faiz borcu, 37,91 ABŞ dolları məbləğində cərimə borcu və 216,40 ABŞ dolları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu qalması sübuta yetirildiyindən iddia tələbi 1411,50 ABŞ dolları əsas kredit borcu, 1063,66 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış faiz borcu, 37,91 ABŞ dolları məbləğində cərimə borcu və 216,40 ABŞ dolları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunun tutulmasına dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 20 may 2021-ci il tarixli 9/3002 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1411,50 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1063,66 ABŞ dolları faiz, 37,91 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 216,40 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2729,47 (iki min yeddi yüz iyirmi doqquz dollar qırx yeddi sent) ABŞ dolları məbləğində kredit borcu icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda və 30 (iyirmi) manat dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar