Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1126/2023 29.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1470 manat əsas borc, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə 300 manat , yonca sahəsinə əlavə xərclədiyi 600 manat, 44 manat ödənilmiş dövlət rüsumu,cəmi 24014 manat pulun alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bərdə rayon Soğanverdilər kəndində hal-hazırda yaşayan Cavabdeh ilə tanışlıq münasibətləri evlərini təmir edərkən yaranmışdır. O, onların evini bir müddət təmir edib qutardıqdan sonra onların əlaqələri olmuşdur. O, Talehdən ona əkin biçin üçün şəxsi torpaq lazım olduğunu xahiş etmiş, Cavabdeh isə qarşlığında onda icarəyə verməyə torpaq olduğunu bildirmişdir. . Əvvəlcə ona bildirmişdir ki, 2 ha 20 sot torpağı var onu icarə məqsədilə verə bilər. O, Talehə 1.500 manat torpağın icarə xidmətinin qarşısında pul vermiş, Taleh isə sonra ona 2 ha vermək əvəzinə 1 ha 85 sot torpaq vermişdir. O, torpağı icarəyə götürmüş və yonca toxumu səpmiş təqribən 600 manat yonca əkməyi ilə əlaqədar xərci çıxmışdır. Lakin yonca sahəsini suvarmaq çətin olduğundan onların şifahi müqaviləsi baş tutmamışdır. O, dəfələrlə Talehə əkin sahəsini suvarmaq üçün dəfələrlə müraciət etsə də heç bir faydası olmamışdır. O, Talehǝ,artıq torpaqdan istifadə etmək istəmədiyini,. Verdiyi pulu qaytarmasın, torpaq sahəsini təhvil almasını bildirmişdir. Bu barədə Talehlə razılaşmışlar. Taleh bir müddətdən sonra ona 630 manat pul qaytarmış və pulun qalan hissəsini çox yaxın günlərdə verəcəyini vəd vermişdir. O, Talehdən 1 ilə yaxındır ki pulunu ala bilmir. Həmçinin o, yonca sahəsinə 600 manatdan çox xərc çəkmişdir. Həmin yonca sahəsinə xərc çəkdiyi 600 manat pulu Cavabdeh tələb edir. O, Talehdən pulu ala bilmədiyi üçün Bərdə rayon polis şöbəsinə müraciət etmişdir. Bərdə rayon polis şöbəsi hər ikisini polis şöbəsinə dəvət etmiş və ifadələrini almışdır. Cavabdeh etiraf etmişdir ki, həqiqətən ona ona borcum vardır və həmin borcu geri qaytaracağına söz vermişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. . O həmçinin bildirdi ki, iddia ərizəsinin xahiş etdi hissəsində ümumu məbləğ texniki səhv olaraq 24014 manat yazılmış, əslində 2414 manat olması nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsində qeyd olunanları təsdiq etdi. Maddi imkanının aşağ olduğu üçün vaxtında pulu qaytara bilməmişdi. O həmçinin məhkəməyə ərizə təqdim bildirdi ki, İddiaçı iddia tələbini yoncanın əkilməsi üçün xərclədiyi 600 manat hissəsin də qəbul edir. İşdə işdə iştirak edən şəxslərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA №1317291 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Xoruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 255 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Tərtər rayon Xoruzlu kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunmasl haqqında qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə İddiaçı Bərdə rayon Soğanverdilər kəndində yaşayan X1 ona torpaq sahəsini icarəyə vermək məqsədilə onu aldadaraq 2100 manat pul alması, həmin puldan 630 manatın geri qaytarması, lakin, qalan pulu qaytarmaması barədə ərizəsi daxil olmuşdur. Həmin ərizə əsasında araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, Bərdə rayon Soğanverdilər kəndində yaşayır və rəsmi olaraq heç yerdə işləmir. İddiaçı etdiyi şikayət ərizəsi ilə tanış olmuşdur. Bərdə rayon Soğanverdilər kəndində 3 hektar 40 torpaq sahəsi vardır. 2020-ci il tarixdə İddiaçı ona istifadə etməsi üçün icarəyə torpaq sahəsi verməyini demiş və o, sonuncu ilə razılaşmışdır. 2021-ci ilin mart ayında İddiaçı 1 hektar 85 sot torpaq sahəsini 5 illik müddətinə şifahi razılıq əsasənda icarəyə vermişdir. İddiaçı torpaq sahəsini ona icarəyə verməyi ilə əlaqədar ona 1500 manat pul vermişdir. Həmçinin, Röyal torpaq sahəsinə yonca əkərək təqribən 600 manat pul yonca əkməyi ilə əlaqədar xərcləmişdir. Lakin, yonca sahəsinin suvarılmasında çətinlik olduğu üçün Röyal torpaq sahəsindən istfade etmeyerek torpaq sahəsini ona geri qaytarmışdır. O, İddiaçı pulundan 630 manatın geri qaytarmış və hazırda sonuncuya 1470 manat borcu qalmışdır. Yaxın müddət ərzində İddiaçı 1470 manat pulunu geri qaytaracaqdır. Mülki işə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 44 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, ididaçı ilə cavabdeh arasında torpaq sahəsinin icarəyə verilməsi barədə şifahi razılıq olmuşdur. İddiaçı torpaq sahəsini ona icarəyə verməyi ilə əlaqədar cavabdehə 1500 manat pul vermiş, həmçinin torpaq sahəsinə yonca əkərək təqribən 600 manat pul xərcləmişdir. Lakin, sonradan onların razılaşması pozulmuş və torpaq sahəsini cavabdehə geri qaytarmışdır. Cavabdeh, İddiaçı pulundan 630 manatın geri qaytarmış və hazırda sonuncuya 870 manat icarə haqqından və 600 manat yonca əkilməsi ilə əlaqədar çəkilmiş xərci, ümumilikdə 1470 manat borcu qalmışdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və Cavabdeh tərəfindən polis şöbəsində və məhkəmə iclasında verdiyi izahat, həmçinin məhkəməyə təqdim etdiyi ərizə nəzərə alınmaqla, iddia tələbi qismən təmin olunaraq, Cavabdeh 1470 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində əldə çıxmış faydanın ödənilməsini tələb etsə də, bu hal sübutlar vasitəsi ilə əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı, cavabdehin göstərilən hərəkəti nəticəsində əldən çıxmış faydanın məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, əldən çıxmış faydanın sübut olunması üçün iddiaçının hər hansı bir sübut təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 44 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi qismən təmin edilsin. Cavabdeh 1470 manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 44 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1126/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1126/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver