Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1134/2021 23.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi Qafarova Səbinə Təyyar qızının Kreditor qarşı “aliment” barədə ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1981-ci Bərdə rayon Dəymədağıldı kəndində anadan olmuş Kreditor , 09.08.2004-cü ildə anadan olmuş Qafarzadə Ayşən Anar qızının, 05.05.2007-ci ildə anadan olmuş X6, 05.05.2007-ci ildə anadan olmuş X1 üçün aliment tutulub ona verilməsi məhkəmədən xahiş etmişdir, Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb məhkəmə belə hesab edir ki, məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbul olunmasından imtina edilməlidir.Belə ki, ərizədə tərəflər kreditor və borclu deyil, ərizəçi və kreditor kimi qeyd olunmuş, Azərbaycan Respulikası MPM-nin 278-ci maddəsinin tələblərinə əməl olunmadan tərtib olunmuşdur. MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. MPM-nin 279.2.1-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. MPM-nin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır.Belə ki, ərizədə Kreditor oğlundan 09.08.2004-cü ildə anadan olmuş Qafarzadə Ayşən Anar qızının, 05.05.2007-ci ildə anadan olmuş X6, 05.05.2007-ci ildə anadan olmuş X8 saxlanılması üçün alimentin hansı qaydada, hansı məbləğdə tutulmalı olduğu qeyd olunmamışdır. Odur ki, hazırkı ərizənin icraata qəbul olunmasından imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respulikası MPM-nin 276, 281-ci maddələrini rəhbər tutaraq qərara aldı : Ərizəçi Qafarova Səbinə Təyyar qızının Kreditor qarşı “aliment” barədə məhkəmə əmri verilməsinə dair ərizəsi məhkəmənin icraatına qəbul olunmasın. Ərizə əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1134/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1134/2021
23.02.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver