Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1134/2024 05.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin itkin düşməsi faktının təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1958-ci il təvəllüdlü, X5 Rusiya Federasiyasında itkin düşməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı xx.xx.1958-ci il təvəllüdlü, X11 onunla birlikdə uzun müddət Bərdə şəhəri, Babək küçəsi ev 22 ünvanda yaşamışdır. Həmin müddət ərzində X11 ailə həyatı qurmamışdır. Elxan Cəfərov işləmək üçün 1992-ci ildə Rusiya Federasiyasına getmiş, həmin ilin axırları yaşadığımız Bərdə şəhəri, Babək küçəsi ev 22 ünvanda yerləşən evimizə gəlmiş, bir neçə gün qalmış və təkrarən Rusiya Federasiyasına qayıtmışdır. Həmin vaxtdan sonra Elxan Cəfərovdan heç bir məlumat almamışdır. Uzun müddət Elxan Cəfərovdan xəbər ala bilmədiyi üçün xx.xx.2021-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinə müraciət etmiş, ərizəsi əsasında Bərdə rayon Polis Şöbəsi tərəfindən X11 barəsində axtarış elan edilmişdir. Hazırda qardaşı X5 itikin düşmüş elan edilməsi barədə məhkəməyə müracət etmək zərurəti yaranmışdır. Ona görə ki, atası X3 miras qalmış Bərdə şəhəri, Babək küçəsi 22 ünvanda yerləşən fərdi yaşayış evini adına dövlət qeydiyyatına aldırmaq qistəyir, lakin qardaşı Elxan Cəfərov itkin düşməsi səbəbindən aldıra bilmir. Ərizəsində göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli X4 adına verilmiş çıxarışdan görünür ki, Bərdə şəhəri, Babək küçəsi 2-ci döngə ev 18 X4 fərdi yaşayış evi 1/3 hissə, Ərizəçi fərdi yaşayış evi 1/3 hissə, torpaq sahəsi ümumi birgə, X11 fərdi yaşayış evi 1/3 hissə, X6 torpaq sahəsi ümumi birgə, X19 torpaq sahəsi ümumi birgə, X12 torpaq sahəsi ümumi birgə, X16 torpaq sahəsi ümumi birgə dövlət qeydiyyata alınmışdır. Azərbaycan Sovet Sosialist Respublikasının xx.xx.1988-ci il tarixli, 15 nömrəli Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, Bərdə şəhəri, Kolxoz küçəsində yerləşən 2 otaqlı 39,6 kv.m yaşayış, 18.5 kv.m köməkçi sahəsi, ümumi mənzil sahəsi 58.1 kv.m olan yaşayış evi, torpaq sahəsi 600 kv.m, Ərizəçi 1/3 hissədə, X11 1/3 hissədə, X9 1/3 hissədə Bərdə rayon XDS İcraiyyə Komitəsinin qərarı və 502 invantar nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəllərin Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastır və Reyestri publika hüquqi şəxsi 7 saylı Bərdə ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 24233 inventar nömrəli, **********29-10301 reyestr nömrəli Texniki Pasportdan görünür ki, Bərdə şəhəri Babək küçəsi 2-ci döngə ev 18 hüquqi subyekt X10, Ərizəçi və X7r. Bərdə rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-cü il tarixli məktubdan görünür ki, Ərizəçi qardaşı X5 1992-cı il tarixdə əlaqəniz kəsildiyi üçün xx.xx.2021-ci il tarixdə RPŞ yaxın qohumları ilə əlaqəsinin itirmiş şəxsin axtarılmasına dair iş açılmasına baxmayaraq əlaqənin bərpa edilməsi mümkün olmamışdır. №364754 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 xx.xx.1958-ci il tarixdə Bərdə şəhərində doğulmuşdur, atası X8, anası X14r. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, №196454 saylı Arayışdan görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Bərdə şəhərində doğulmuşdur, atası X8, anası X14r. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 90 nömrəli arayışda qeyd olunur ki, X2 şəhəri, ünvan 2 ünvanda yaşamır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4060 nömrəli arayışda qeyd olunur ki, Ərizəçi 1956-cı il Bərdə şəhəri Babək küçəsi ev 22-də yaşayır. Azərbaycan Respublikası Bərdə RİHB-nin Bərdə şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 61 nömrəli Arayışda qeyd olunmuşdur ki, Bərdə şəhər sakini xx.xx.1958-ci il təvəllüdlü X5 hansı ünvanda qeydiyyatd olması və yaşaması barədə heç bir məlumat yoxdur. Təsərrüfat başına kitabda onun barəsində heç bir məlumat daxil olmamış, sonuncu dəfə yaşayış yerində nə vaxt görünməsi və ya olması barədə məlumat daxil olmamışdır. Bərdə rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi qardaşı X5 1992-cı il tarixdə Rusiya Federasiyasına getməsi, lakin geri qayıtmaması haqqında müraciət etmiş və cavab olaraq bildirilmişdir ki, X5 tezliklə yaxın qohumları ilə əlaqəsinin bərpa olunması üçün Bərdə RPŞ-də xx.xx.2021-ci il tarixdə 300714 nömrəli yaxın qohumları ilə əlaqəni itirmiş şəxsin axtarılmasına dair iş açılmasına baxmayaraq əlaqənin bərpa edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Bərdə Regional Asan Xidmət Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cu il tarixli, № 693/2024 məktubundan qeyd olunmuşdur ki, 03 noyabr 1958-ci il təvəllüdlü Bərdə şəhər sakini X5 barəsində vərəsəlik işin açılıb açılmasına dair “Elektron notariat” X1 məlumat axtarış bazasına nəzərə salınmış 26 mart 2024-cü il tarixinədək olan dpvrlər ərzində heç bir məlumat aşkar olunmamışdır. Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 28 mart 2024-cu il tarixli, 35 saylı məktubunudan görünür ki, Ərizəçi harda hansı ünvanda olması ilə əlaqədar faktlar göstərilmədiyi üçün sorğuya cavab vermək imkanları xricindədir. Bərdə rayon Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2024-cu il tarixli, 3-16-5/6- 11-435/24 saylı cavabdan görünür ki, “Elektron notariat” İnformasiya sistemində X5 adına vərəsəlik işin açılması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətandaşlıq vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cu il tarixli, 3-16-5/4-13-2039/2024 saylı cavabdan görünür ki, “Vətandaşlıq vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən Ərizəçi nikahı, övladları və ölümü haqqında hər hansı məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/3805/di saylı cavabdan görünür ki, xx.xx.1958-ci ildə Bərdə rayonunda anadan olmuş X5 Azərbaycan Respublikasının vətandaşlığından çıxma ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müaraciyəti qeydə alınmamış, X13 xidməti tərəfindən Ərizəçi Azərbaycan Respublikasının vətandaşlığının itirilməsi ilə bağlı hər hansı bir icraat ağarılmamış və onun Azərbaycan Respublikasının vətandaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmuşdur. Ərizəçi digər dövlətin vətəndaşlığını əldə etməsinə dair Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamışdır. Həmçinin araşdırma zamanı xx.xx.1958-ci il təvəllüdlü X5 Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən hər hansı bir sənədlə təmin edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-40/2-14/19/999/2024 saylı cavabdan görünür ki, XKX-də 03 noyabr 1958-ci il təvəllüdlü X5 hər hansı xarici ölkədə olması, onun xarici ölkələrdə itkin düşməsi ilə bağlı axtarış işi açılmamış, hər hansı transmilli eləcə də, ölkədaxili cinayətlər törətməsi və xarici ölkələrdə ölümü ilə bağlı məlumatlar qeydə alınmamışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, xx.xx.1958-ci təvəllüdlü X5 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-20-15/2-4-17207/2024 saylı cavabdan görünür ki, X5 Azərbaycan Respublikasının hüdudlarını tərk edib etməməsi və tərk etdiyi halda hərəkət istiqamətinin müəyyən edilməsi məqsədilə Məhkəmə tərəfindən Dövlət Sərhət Xidmətinə müvaafiq sorğunun göndərilməsini tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3134/23614/2024 saylı cavabdan görünür ki, DİN-in müvafiq uçotları üzrə yoxlanılarkən X5 şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunun olması barədə məlumat əldə edilməmiş, hazırda qohumları ilə əlaqəsini itirmiş şəxs qismində Bərdə Rayon Polis Şöbəsi tərəfindən axtarışa elan olunması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 24/5-1414 saylı cavabdan görünür ki, soraqlaşma məktubunun mahiyyəti üzrə xx.xx.1958-ci təvəllüdlü X11 barəsində AR DTX-yə məlumat daxil olmamışdır. xx.xx.2022-ci il tarixli, 10772 saylı ödəniş qəbzindən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü, X11 1992-ci ildə Rusiya Federasiyasına getmiş və bir daha ondan məlumat alınmamışdır. Bunula bağlı Bərdə rayon Polis Şöbəsi tərəfindən axtarış işi açılmış, lakin məlumat əldə olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. MM-nin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. MM-nin 40.5-ci maddəsinə əsasən xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. MM-nin 312-ci maddəsinə əsasən Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1958ci il təvəllüdlü, X11 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, xx.xx.1958-ci il təvəllüdlü, X11 1992-ci ildə Rusiya Federasiyasına getmiş və hal-hazıra kimi ondan xəbər yoxdur. Lakin xx.xx.1958-ci il təvəllüdlü, X5 Rusiya Federasiyasına getdiyi dəqiq gün və ay məlum olmadığından onun itkin düşməsi tarixi MM-nin 40.2-ci maddəsinə əsasən 1993-cü ilin yanvar ayının birindən nəzərə alınmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, X5 Rusiya Federasiyasında və ya başqa ölkədə itkin düşməsinə dair dəqiq məlumat olmadığından məhkəmə hesab edir ki, həmin hissədə ərizə təmin edilməməlidir. Аzərbaycan Рespublikası Müki Prosessual Məcəllənin (bundan sonra MPM) 315.1- ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. MPM-nin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-nin 217.4-cü maddəsinə əsasən, Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçilərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü, X11 xx.xx.1993-cü ildən xəbərsiz itkin düşmüş hesab edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1134/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1134/2024
05.06.2024 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver