Məhkəmə qərarları › İş №2(021)-114/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-114/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-114/2023 20.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi X1, Cavabdeh4 iştirakları ilə, İddiaçılar İddiaçı və Cavabdeh1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı və Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlar tərəfindən nəğd şəkildə hissə-hissə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ödənilmiş 17.200 (on yeddi min iki yüz) manat məbləğində pulun, əldən çıxmış fayda 8.600 (səkiz min altı yüz) manat olmaqla, ümumilikdə 25.800 (iyirmi beş min səkkiz yüz) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 168 (bir yüz altımış səkkiz) manat pulun cavabdehlərdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar İddiaçı və Cavabdeh1 iddia tələbini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı Qərarına əsasən hazırki iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 verilmiş JN-100 saylı Kod 61022028 olan Dövlət aktı əsasında Bərdə rayon Nazırlı kəndində yerləşən 2,61 ha torpaq sahəsini xx.xx.2004-cü il tarixdə 14.000 manat pul qarşılığında onlara satmışdırlar. Həmin vaxtlar onlar şərikli mal-qara alveri edirdilər. Alverin pulundan həmin torpaq sahəsini almaq məqsədi ilə torpağın dəyəri olan 14.000 manat pulu iki dəfə olmaqla hissə-hissə Bakı şəhərində cavabdehlərdən olan Cavabdeh4 vermişlər. Bu barədə Cavabdeh4 öz xətti ilə yazdığı imzalı qəbz də var. İddiaçı olaraq onların cavabdehlərlə aralarında olan alqı-satqı prosesi baş tutduqdan sonra həmin torpaq sahəsinə aid olan JN- 100 saylı Kod 61022028 olan Dövlət Aktının əslini də onalara vermişlər. Bu günədək həmin torpağa dair su, vergi və.s xidmət haqqları uzun illərdir ki, onların tərəfindən ödənmişdir. Cavabdehlər Cavabdeh1 qarşı torpaqdan çıxarılma tələbinə dair iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onların iddia tələbləri təmin edilmişdir. Onlar ötən 16 il ərzində torpaq sahəsini münbit hala gətirmişlər. Bunun üçün onların 4.000 manata yaxın xərci çıxmışdır. Cavabdehlər satdıqları torpaq sahəsini geri tələb etdiklərindən torpaq sahəsinin alınmasının qarşılığında hissə-hissə verdikləri 14.000 (on dörd min) manat pulu onlar cavabdehlərdən tələb etmişlər. Cavabdehlər tərəfindən yalnız iddiaçı olaraq onlara 2013-cü ldə 200-00 manat, 2015-ci ildə 200-00 manat, 2017- ci il də 200-00 manat və 2019-cu ilin dekabr ayında 200-00 manat olmaqla ümumilikdə 800-00 manat pul qaytarılmışdır. Beləliklə cavabdehlərin onlara 17.200 (on yeddi min iki yüz) manat borcu qalmışdır. Cavabdehlərdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 dəfələrlə onlara olan 17.200 (on yeddi min iki yüz) manat məbləğində borclarını qaytarmasına dair müraciət etsələr də, onlar, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınaraq onların tərəfindən dolayısı yollarla imtina edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etmədiyini bildirərərk iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə iştirak edən şəxsin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1966-cı il tarixdə ünvan 1 ünvanında qeyiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Bərdə rayon Bəcirəvan kəndində anadan olmuşdur. ünvan 2 ünvanında qeyiyyatdadır. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-100 KOD- 61022028 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarı ilə 2.61 ha torpaq sahəsi Bərdə rayon Nazırlı kənd sakinləri X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, “X7 Nazırlı kəndə olan 2,65 cot ərazimi satığım üçün Nəcəbov Xayam 7000 manat yarı pulu aldım. xx.xx.2011 ci il tarixində aldım" sözləri qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)3956/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(021)-2564/2021 saylı qətnaməsi ilə Cavabdeh1 iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətlərində olan, Bərdə rayonu ikinci Nazırlı kəndində yerləşən 2,61 ha pay torpaq sahəsindən çıxarılması, iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətlərində olan, Bərdə rayonu ikinci Nazırlı kəndində yerləşən 2,61 ha pay torpaq sahəsi üzərində istifadə və sahiblik hüquqlarının bərpa edilməsi qət edilmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(021)- 2564/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)4204/2022 nömrəli Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)3956/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(021)-1332/2023 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Cavabdeh1 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, dəymiş ziyan hesabına 19.800 manat, dövlət rüsumu hesabına ödənilmiş 150 manat pulun Cavabdeh1 alınaraq onların xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 7920 (yeddi min doqquz yüz iyirmi) manat məbləğində pul və ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumu alınaraq iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 verilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 4/579 saylı ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş, mülki işin 132-ci vərəqəsində yerləşən qəbzdəki “X7 Nazırlı kəndə olan 2,65 cot ərazimi satığım üçün Nəcəbov Xayam 7000 manat yarı pulu aldım. xx.xx.2011 ci il tarixində aldım" hərf və rəqəmli yazılar Cavabdeh4 tərəfindən icra olunmuşdur. (Ekspert xərci 105 AZN) İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)114/2023 saylı 10 avqust 2023-cü il tarixli qərardadından görünür ki, mülki iş üzrə mütəxəssis cəlb olunaraq rəy alınması qərara alınmış, Mütəxəssis qarşısında JN100 KOD 61022028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X3 və ailə üzvlərinin mülkiyyəti kimi qeydiyyata alınmış Bərdə rayon Nazırlı kəndində yerləşən 2.61 ha torpaq sahəsinin məhsul vermə keyfiyyəti, 2004 –cü il və 2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək taxıl bitkisi (arpa və buğda) əkilməsi nəzərə alınmaqla nə qədər gəlir əldə etmək mümkündür? Sualı qoyulmuşdur. İş materiallarına əlavə olunmuş “X5” MMC-nin xx.xx.2023-cü il tarixli Mütəxəssis Rəyindən görünür ki, 2.61 ha torpaq sahəsine əkilən taxıl bitkisinin (arpa ve buğda ) becərilməsi üçün çəkilən xərc və gəliririn qiymətləndirilməsi 2.61 ha torpaq sahəsindən 1 il müddətində, 8 ton (8000 kq)taxıl bitkisi (arpa və buğda )əldə edilə bilər. Ümumi cəmi gəlir 23760 manat hesablanmışdır. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 168 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarı ilə 2.61 ha torpaq sahəsi Bərdə rayon Nazırlı kənd sakinləri X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətinə verilmişdir. Torpaq mülkiyyətçilərinin qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddia tələbi təmin olunmuş və Cavabdeh1 torpaq sahəsindən çıxarılmışdır. Məhkəmə qeyd edir ki, müəyyən edilmiş hal ondan ibarət olmuşdur ki, 7000 manat pulu Cavabdeh4 torpaqdan istifadəyə verilməsi nəticəsində əldə etmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə də torpağın istifadəyə verilməsi qeyd edilir. Həmçinin Cavabdeh4 da məhkəmədə istifadə ilə əlaqədar pulu aldığını bildirir. Belə olan halda məhkəmə qeyd edir ki, torpaqdan istifadə nəticəsində 14000 manat yox, 7000 manat alındığı öz təsdiqini tapır. Lakin 7000 manat pul hissədə də məhkəmə iddianın rədd olunması qənaətinə gəlir. Belə ki, iddia ərizəsidə torpağın satılma tarixi 2004-cü il qeyd edilir, həmçinin yazılmış qəbzdə isə 7000 manat pulun xx.xx.2011-ci il il tarixdə əks olunması göstərilir. Bu suala cavab olaraq hər iki tərəf məhkəmədə dəqiq tarixi ifadə edə bilməmişlər ki, torpaq nə vaxtdan iddiaçıların istifadəsinə verilmişdir. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, torpaqdan istifadə tarixinin 2011-ci ildən qəbul edilmiş olsa belə həmin tarixdən iddiaçıların torpaqdan çıxarılma tarixinə qədər iddiaçılar torpaqdan istifadə nəticəsində 7000 manatdan da artıq gəlir əldə etmələri istisna olunmur. Odur ki iddia tələbi həmin hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442 -ci maddəsinə əsasən,Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla, iddia tələbi təmin oluna bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində əldə çıxmış faydanın ödənilməsini tələb etsə də, bu hal sübutlar vasitəsi ilə əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı, cavabdehin göstərilən hərəkəti nəticəsində əldən çıxmış faydanın məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, əldən çıxmış faydanın və torpaq sahəsini münbit hala gətirilməsi çəkilən xərcin sübut olunması üçün iddiaçı hər hansı bir sübut təqdim edə bilmədiyindən iddia tələbi həmin hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi rədd olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 192 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə-xətşünaslıq Ekspertiza tədqiqatının dəyəri 105 manat iddiaçılar İddiaçı və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Mütəxəssis rəyinin dəyəri 200 manat iddiaçılar İddiaçı və Cavabdeh1 müştərək qaydada tutularaq “X5” MMC -yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı və Cavabdeh1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “pul” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş 192 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Məhkəmə-xətşünaslıq Ekspertiza tədqiqatının dəyəri 105 manat iddiaçılar İddiaçı və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. Mütəxəssis rəyinin dəyəri 200 manat iddiaçılar İddiaçı və Cavabdeh1 müştərək qaydada tutularaq “X5” MMC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar