Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1142/2025 09.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat pulun və 55 manat olan dövlət rüsümunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, avtomobil almaq məqsədilə elan saytlarına baxdığı zaman turbo.az saytına rast gələrək satışa çıxarılan Mersedes C 230 markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobili almaq qərarına gəlmişdir. Elan sahibinin 050 *** ** ** mobil nömrəsinə zəng etmişdir. Sonradan tanıdığı Cavabdeh (avtomobilin sahibi) avtombilin heç bir probleminin olmadığını və zavod maşını olduğunu bildirmişdir. Onlar telefonla danışarkən həmin şəxs avtomobili ona 8500 manata satacağını bildirmişdir. O, cavabdehə ilkin olaraq 3500 manat ödəyəcəyini, geri qalan məbləği isə kreditlə ödəyəcəyini bildirmişdir. O da bu təkliflə razılmış və o 3500 manatı onun bank kartına göndərmişdir. Bütün qəbzlər, səs yazıları və şahidlər mövcuddur. xx.xx.2024-cü il tarixdə onunla Xırdalan şəhərində X6 yaxınlığında yerləşən kafedə görüşmüşdür. Cavabdeh onu Səməd adlı şəxslə tanış etmiş və bildirmişdir ki, qalıq məbləği ayda 580 manat olmaqla 12 ay müddətinə Səmədə ödəyəcəkdir. O, avtomobili sürərək evə gəldiyi zaman avtomibil Yasamal rayonu, Musabeyov parkının yaxınlığında qəfil sönmüşdür. Avtomobildə problem olduğunu həmin an anlayaraq Cavabdeh bildirmişdir. Daha sonra avtomobili ustalara aparmış və onlar bildirmişdirlər ki, avtomobildə olduqca ciddi problemlər var. O, Xaliq və Səməd tərəfindən aldadıldığını başa düşərək Cavabdeh gəlib avtomobilini götürməsini bildirmişdir. Səhəri gün ayın 19-da avtomobili qaytaracağını və ödədiyi pulu geri alacağı barədə razılığa gəlmişdirlər. O, qeyd olunan tarixdə qərarlaşdığı ünvanda olsa da Cavabdeh gəlməmiş və telefon zənglərinə cavab verməmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs kütləvi formada belə işlərlə məşğul olmuşdur. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etsə də onlar bu işə məhkəmə qaydasında baxılmalı olduğunu bildirmişdirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, avtomobilin nasaz olmasını bildikdən sonra Səmədlə əlaqə saxlayaraq ona bu barədə məlumat vermiş və ona aylıq 580 manat pulu ödəməyəcəyini bildirmişdir. Səməd ona görə avtomobili ondan tələb etmiş, Xaliqə verdiyi pulu isə ondan tələb etməsini bildirmişdir. O da Səmədin tələbi ilə avtomobili evakuator vasitəsilə Xırdalan şəhərində yerləşən X6 yaxınlığında yerləşən kafenin olduğu yerə göndərmiş, Səməd ona zəng edərək avtomobili təhvil alıdığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, lakin buna baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə işdə iştirask edən şəxsi dinləyib, təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş qəbzlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:37-də 200 manat, xx.xx.2024-cü il tarixdə saat 16:00-da 300 manat və xx.xx.2024-cü il tarixdə saat 17:56-da 3000 manat 523915******2128 bank hesab kartından XA***K****** kart nömrəsi 523915*******6915 saylı hesab nömrəsinə köçürülmüşdür. Mülki işə əlavə edilmiş ƏN-Vİİ №149460 nömrəli Etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X2 tərəfindən xx.xx.2024-cü il tarixdə 1 illik müddətinə Mercedes Benz E230 minik markalı 90MR806 dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 55 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 bildirmişdir ki, İddiaçı ilə eyni kəndə yaşayıblar. İddiaçı avtomobili alan zaman onun yanında olmamışdır. Axşam işdən çıxıb gedib avtomobilə baxmışdır. Avtomobil pis vəziyyətdə, surətlər qutusunda problemlər olduğunu görmüşdür. Cavabdehə zəng etmişlər, lakin o, telefonu açmamışdır. Daha sonra cavabdeh telefonu açmış, Xırdalanda görüş təyin etmişlər, lakin Xalid gəlməmişdir. Pulun verilməsini görməmiş, lakin iddiaçı tərəfindən cavabdehə 3500 pul verilməsi barədə məlumatı vardır. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid İlqar oğlu bildirmişdir ki, iddiaçı X3 xalası oğludur. Keçən il 16 sentyabrda Bakıya kursa getmişdir. Xalası oğlu oktyabr ayında zəng etmişdir ki, avtomobil alıb. Avtomobilə baxmış və yararsız olduğunu görmüş, alt hissəsində çatlar olmuşdur. Əhmədin sinif yoldaşı Əhməd Nuriyev də gəlib baxmışdır. Avtomobili sürən zaman sürətinin 40 km/saatdan çox olmadığını görmüş, karobkası atırmış, matoru nasaz vəziyyətdə, salonu bərbad vəziyyətdə olmudur. Xalası oğlu İddiaçı avtomobili avakuatora qoyub Xırdalanda cavabdehə təhvil vermişdir. Əhməd 3500 manat ilkin ödəniş olaraq Xaliqə pul ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı avtomobil satmışdır. Aralarındakı razılaşmaya əsasən ilkin ödəniş olaraq 3500 manat Xaliqə ödəniş etmiş, qalan pulu isə Səməd adlı şəxsə aylıq 580 manat olmaqla 12 ay ərzində ödəməliymiş. Avtomobil yararsız vəziyyətdə olduğundan İddiaçı avtomobili Səməd adlı şəxsə geri qaytarmışdır. Lakin cavabdeh aldığı 3500 manat pulu bu günə qədər geri qaytarmamışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddia ərizəsinə dair öz etiraz və mülahizəsini məhkəməyə göndərməmişdir. Məhkəmə qeyd edir ki iddiaçı məhkəməyə cavabdehə ödəniş etməsinə dair qəbzlər təqdim etmiş, məhkəmə bununla bağlı həmin kart hesabına dair anket məlumatların "Kapital Bank” ASC-nin baş ofisindən götürmüşdür və müəyyən olunmuşdur ki, həqiqətən də XA***K****** kart nömrəsi 523915*******6915 olan hesab Cavabdeh məxsusdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; Həmin Məcəllənin 1092.1.2-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və cavabdehin məhkəməyə təqdim etdiyi qəzblər nəzərə alınmaqla iddia tələbi təmin olunmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 55 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq idiaçıya ödənilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 55 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-1142/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1142/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver