Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1151/2025 22.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun etibarından sui-istifadə edərək aldatma yolu ilə xeyli miqdarda pulunu alıb şəxsi mənafeyi üçün istifadə etməklə əmlakını bilərəkdən zədələyən Cavabdeh tərəfindən ona dəyən maddi ziyan 14000 (on dörd min) AZN məbləğində pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsinin yolverilməzliyindən bəhs edən Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, eyni tərəflər, eyni predmet, eyni əsaslarla mübahisəyə dair mülki iş hal-hazırda Bərdə rayon məhkəməsinin icraatındadır. Ərizənin təsviri-əsaslandırıcı hissəsindən məlum olur ki, iddiaçı iddia tələbi həcminin dəqiqləşdirilməsinə istinad etmiş, lakin səhvən iddia qaydasında məhkəməyə müraciət etmişdir. Qeyd olunan prossesual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın.
2. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Hakim : Ziya Abdullayev