Məhkəmə qərarları › İş №2(021)-116/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-116/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-116/2022 11.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi ilə, İddiaçı Bank olmayan kredit X4 Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin xeyrinə 18 mart 2015-ci il tarixli, PB/025/15/416932 saylı kredit müqaviləsinə əsasən 2585 ABŞ dolları əsas borc, 4877,45 ABŞ dolları hesablanmış faiz, 5145,09 ABŞ dolları hesablanmış dəbbə, cəmi 12607,54 ABŞ dolları kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə əvvəlki İddiaçı BOKT ASC arasında 18.03.2015-ci il tarixli, PB/025/15/416932 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq 18.03.2015-ci il tarixli, PB/025/15/416932 saylı kredit müqaviləsi üzrə 48 ay müddətinə, 18 faizlə, 3995 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora qalıq məbləğinin 0,2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 18.03.2015-ci il tarixli, PB/025/15/416932 saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKT-a 2585 ABŞ dolları əsas borc, 4877,45 ABŞ dolları hesablanmış faiz, 5145,09 ABŞ dolları hesablanmış dəbbə, cəmi 12607,54 ABŞ dolları borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. Bərdə Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərardadına əsasən İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/7029 saylı 12 noyabr 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 18 mart 2015-ci il tarixli, PB/025/15/416932 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı BOKT ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: Müqavilə müddətinin bitmə tarixinə yəni 18.03.2019-cu il tarixə: əsas borc üzrə 3.995,00 ABŞ dolları; faiz borcu üzrə 1.478,33 ABŞ dolları. -Maliyyə arayışının tarixinə yəni 24.12.2020-ci il tarixə: əsas borc üzrə 2.585,00 ABŞ dolları; faiz borcu üzrə 2.322,22 ABŞ dolları. İddiaçı BOKT ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə İddiaçı BOKT ASC-nin nümayəndəsi Tural Vəliyevin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 mart 2015-ci il tarixli PB/025/15/416932 nömrəli kredit (borc) müqaviləsindən müəyyən olunur ki, Cavabdeh ilə iddiaçı keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 18 mart 2015-ci il tarixli PB/025/15/416932 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə, illik 18 faiz ödəmək şərtilə yaşayış sahəsinin tikintisi və təmiri üçün 3995 USD məbləğində kredit verilmişdir. İş materiallarında olan 24 dekabr 2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 24 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2585 ABŞ dolları əsas, 4877,45 manat faiz, 5145,09 manat dəbbə, cəmi 12607,54 manat kredit borcu vardır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti məhkəməyə ünvanladığı iddia ərizəsində Cavabdeh İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin xeyrinə 18 mart 2015-ci il tarixli, PB/025/15/416932 saylı kredit müqaviləsinə əsasən 2585 ABŞ dolları əsas borc, 4877,45 ABŞ dolları faiz borcu tələb etsə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/7029 saylı 12.11.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Cavabdeh müqavilə müddətinin bitmə tarixinə yəni 18.03.2019-cu il tarixə 3995,00 ABŞ dolları əsas, 1478,33 ABŞ dolları faiz borcu vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulmasına dair hissədə iddia ərizəsinə uyğun qaydada yəni 2585 ABŞ dolları məbləğində, faiz borcunun tutulmasına dair hissədə isə ekspert rəyinə uyğun qaydada yəni 1478,33 ABŞ dolları məbləğində təmin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 3995 ABŞ dolları məbləğində kredit alması və həmin kredit üzrə 2585 manat əsas, 1478,33 ABŞ dolları faiz, 5145,09 manat dəbbə, cəmi 9208,42 ABŞ dolları borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh 18 mart 2015-ci il tarixli PB/025/15/416932 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2585 manat əsas, 1478,33 ABŞ dolları faiz, 5145,09 manat dəbbə, cəmi 9208,42 ABŞ dolları borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borc 2585 manat məbləğinə mütənasib olmadığından 5145,09 manat məbləğində cərimə pulunun 45.09 manat məbləğinə azaldılması məqsədəuyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 12 noyabr 2021-ci il tarixli 9/7029 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəməmühasibat ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 2585 manat əsas, 1478,33 manat faiz, 45,09 manat dəbbə, cəmi 4108,42 (dörd min bir yüz səkkiz ABŞ dolları qırx iki sent) ABŞ dolları məbləğində kredit borcu icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar