Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1167/2024 28.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 220 (iyirmi iki min iki yüz iyirmi ) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 158 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o və cavabdeh hər ikisi hərbiçidir. Onların səmimi münasibətləri yaranmışdır. Cavabdeh ona qarşı səmimiyyətindən istifadə edərək ondan qaytarmaq şərti ilə müxtəlif vaxtlarda pul məbləğləri almış, lakin həmin məbləğləri qaytarmamışdır. Ümumilikdə cavabdeh ondan 22 220 (iyirmi iki min iki yüz iyirmi ) manat pul vəsaiti alaraq əsassız varlanmışdır. 1)Cavabdehin ondan İlk aldığı 7000 ( yeddi min ) manat pul vəsaitini o, bankdan kredit götürmüş və cavabdeh onun kredit pul vəsaiti götürdüyünü bilmiş və ona yalvararaq demişdir ki, onun təcili və vacib pula ehtiyacı vardır.Əgər həmin məbləği ödəməsə həbs oluna bilər. Eyni zamanda, cavabdeh kredit məbləğini özü ödəyəcəyini bildirmişdir. Lakin kredit məbləği cavabdeh tərəfindən ödənilməmişdir, həmin öhdəliyim onun əmək haqqından çıxılmışdır. 2) Daha sonra 350 manat pul vəsaiti tərəfindən cavabdehin özünə aldığı mobil telefona görə ödənilmişdir. 3)2020-ci ilin avqust ayında o, bankdan yenidən 7770 manat kredit pul vəsaiti götürən zaman, həmin məbləği də cavabdeh ondan almış, lakin onun adıma olan kredit öhdəliklərini ödəməmişdir. Halbuki, 7770 manatı cavabdeh öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 4) Cavabdehin atası vəfat etmiş və o, ona bildirmişdir ki, 1200 (bir min iki yüz) manat pul vəsaiti lazımdır ki, qəbrin üstü götürülsün, yəni qəbir daşı qoyulsun. O,, bu zaman düşünmüşdür ki, artıq, bu elə məsələdir ki, mütləq halallıq lazımdır və cavabdehin həmin məbləği ödəyəcəyinə böyük inamı var idi. Lakin 1200 manat pul vəsaitini də cavabdeh ödəməmişdir. 5) Cavabdeh onun evimdən müqəddəs “QURANİ KƏRİM " kitabının içindən 200 (iki yüz ) manat pul vəsaitini götürmüş və onun bununla bağlı tələblərinə qarşı pulu qaytaracağına söz versə də pulu qaytarmamışdır. 6) Cavabdeh anasının dişlərini düzəltdirirdi. Buna görə 100 (bir yüz ) manat pula ehtiyacı var idi. Ondan 100 manat almış, lakin qaytarmamışdır. 7) Cavabdeh ona məxsus 3000 ( üç min) manat pul vəsaiti hesabına özünə "011" markalı minik avtomaşını almış, lakin 3000 manatı qaytarmamışdır. 8) Cavabdeh ona məxsus srığa- üzüyünü 350( üç yüz ǝlli) manata satmış lakin satışdan əldə olunan pulu ona verməmişdir. 9) Cavabdeh, Gəncə şəhərində hər hansı bir ciddi problemini həll etmək üçün ondan aldığı 1000 (bir min) manatı da qaytarmamışdır. 10) Cavabdeh, ailəsi ilə birlikdə bir müddət Gəncə şəhərində kirayədə yaşamışdır. Və onun vasitəçiliyi ilə onun ailəsi ilə birlikdə kirayə mənzildə yaşamasına köməklik etmişdir. 1000 (bir min ) manat kirayə pulunu o ödəmişdir. Çünki, mənzilin mülkiyyətçisi onu tanımış və bildirmişdir ki, “sənin gətirdiyin adamlardır”. Ona görə də borcu (1000 manatı) ondan tələb etmiş və o, məcburən 1000 manatı mənzil sahibinə ödəmişdir. Cavabdeh tərəfindən ödənilmiş kirayə pullarını ödəyəcəyinə söz versə də, həmin məbləği ödəmədi. 11) Cavabdeh əlavə olaraq onan 1200 (bir min iki yüz ) manat borc pul almış, lakin ödəməmişdir. 12) O, hərbiçi olduğu üçün "Qurban bayramı" ərəfəsində qurbanlıq qoyun almaq istəmişdir. Cavabdeh ondan 150 (bir yüz ǝlli) manat pul vəsaitini alıb, guya ki, ona fiziki cəhətdən yardım etmək istəyirmiş kimi, qoyunu özü alıb gətirəcəyini demişdir. Lakin qurbanlıq qoyunu alıb öz evinə aparmışdır. Həmçinin qeyd etmişdir ki, kredit pul vəsaitini Türkiyədə yaşayan (həmin Dövlətdə ailəsi ilə birlikdə yaşayır) qızının ağır xəstəliyi ilə bağlı götürmüşdür və həmin məbləği qızı müalicə alsın deyə, ona göndərməli idi. Lakin, cavabdeh həmin məbləği almış və yuxarıda qeyd etdiyim kimi,hal-hazıradək qaytarmamışdır. Cavabdeha qarşı irəli sürdüyüm tələblərinin hər birini cavabdeh özü etiraf edir, eyni zamanda iddia ərizəmə əlavə etdiyi diskdə də cavabdehin etirafları vardır. Hesab edir ki, aşağıda göstərilən qanun normalarına istinadən iddia tələbi qanuni və əsaslıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA №3916491 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş xx.xx.2020-ci il tarixli GTGK2492882A26 saylı kredit müqaviləsinə Əlavədən görünür ki, Kapital Bank ASC tərəfindən İddiaçı 42 ay müddətinə illik 27,84% dərəcəsi ilə 10300 manat kredit verilmişdir. Mülki işə əlavə olunmuş Müdafiə Nazirliyi 6-cı Təhqiqat bölməsinin xx.xx.2023cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında Qərardan görünür ki: - hərbi hissənin hərbi qulluqçusu QHQ çavuş İddiaçı xx.xx.2023-cü il tarixda mail adresi ile Müdafiə Nazirliyinin elektron poçt ünvanına müraciət ünvanlayaraq qeyri-rəsmi nikahda yaşadığı kapitan Cavabdeh ona qarşı qanunsuzluqlar etdiyini, ondan aldığı pul borcunu geri qaytarmadığını, onu və azyaşlı övladına fiziki zor tətbiq etdiyini, ona məxsus olan qızıl zinət əşyalarını satdığını, pulu ona geri qaytarmadığını bildirmişdir; - hərbi hissənin hərbi qulluqçusu QHQ çavuş İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna ərizə ilə müraciət edərək qeyri-rəsmi nikahda yaşadığı kapitan Cavabdeh ona qarşı ganunsuzluqlar etdiyini, ondan aldığı pul borcunu geri qaytarmadığını, onu və azyaşlı övladına fiziki zor tətbiq etdiyini bildirmişdir; -Araşdırma zamanı hərbi hissənin sabiq, digər hərbi hissənin hərbi qulluqçusu kapitan Cavabdeh 2018-ci il tarixdə hərbi hissədə xidmət adan zaman həmin hərbi hissənin hərbi qulluqçusu QHQ çavuş İddiaçı tanımış, sonuncu ilə qeyri-rəsmi nikahda birlikdə yaşamışlar. Sonuncu izahatında kapitan Cavabdeh ilə 2018-ci ilin iyul ayında molla kəbini ilə ailə həyatı qurduğunu, 2022-ci ilin oktyabr ayınadək bir yerdə ailə kimi yaşadıqlarını, daha sonra ayrıldıqlarını, birgə yaşadıqları müddət ərzində kapitan Cavabdeh yaşadıqları ünvan 1 ünvanındakı ona məxsus olan mənzildə 2021-ci tarixdə övladi X2 fiziki zor tətbiq edərək baş nahiyəsinə sillə və yumruq zərbələri vurduğunu, ona isə 2022-ci ilin iyul ayında fiziki zor tətbiq edərək baş nahiyəsinə sillə və yumruq zərbələri vurduğunu, kapitan Cavabdeh ilə birlikdə yaşadığı dövr ərzində sonuncunun ona maddi olaraq 22 700 manat ziyan vurduğunu, həmin pulları ondan müxtəlif vaxtlarda borc adı ilə alaraq qaytarmadığını, belə ki, 2019-cu il tarixdə ona məxsus olan 600 manat dəyərindəki qızılzinət əşyalarını satdığını, pulunu borc adı ilə alaraq geri qaytarmadığını, qızı xəstə olduğu üçün kapital bankdan 13300 manat kredit götürdüyünü, 5000 manat pulu kapitan X1 borc kimi verdiyini, Kapitan Cavabdeh onun video ve foto görüntülərini mobil telefonuna şəbəkədə yaymaqla bağlı ona hədə qorxu geldiyini, ona verdiyi borc pulu ondan istəməməsini dediyini, kapitan Cavabdeh atasının qəbir daşının düzədilməsi üçün sonuncuya 1200 manat pul verdiyini, kapitan Cavabdeh anasının dişinin düzəldilməsinə 100 manat pul ödədiyini, kapitan Cavabdeh ailəni ilə birlikdə onun yaşadığı ünvanın yaxınlığındakı evdə kirayədə yaşadığını, 600 manat kirayə haqqını ödədiyini, 2020-ci ildə qurbanlıq qoyun üçün yığdığı 150 manat pulu kapitan Cavabdeh ondan qoyun almaq üçün götürdüyünü və qoyun almadığını, özü üçün xərclədiyini, kapitan Cavabdehmun ona maxsus olan 80 manatlıq poverbankı 2020-ci ilde götürdüyünü və geri qaytarmadığını, kapitan Cavabdeh xx.xx.2018-ci il tarixdən 27.09 2022-ci il tarixədək N nömrəli hərbi hissənin səfərbərlik bölməsi rəisinin köməkçisi vezifende xidmet etdiyini, həmin xidmət müddətində səfərbərliklə bağlı çağrışçıların bir neçəsinin hərbi biletlərinə döyüş zamanı yaralanmaları ilə qeydlər apararaq hərbi möhürü ilə möhürlədiyini, bunun qarşılığında rüşvət aldığını, bu işde kapitan Ramin Əbülfət oğluna hərbi hissənin məxfi hissə rəisi gizir Tağıyevin ona köməklik etdiyini, möhürü seyfi açaraq ona verdiyini, bunun üçün də 5000-6000 manat pul qarşılığında istədikleri hərbi hissələrə yerləşdirməsi öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Mülki işə əlavə edilmiş səs yazılarından görünür ki, tərəflər pul tələbi ilə bir-birini günahlandırır, kimin kimə borclu olması dəqiq müəyyən olunmur. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 156,60 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh 2018-ci il tarixdə hərbi hissədə xidmətdə olan zaman həmin hərbi hissənin hərbi qulluqçusu QHQ çavuş İddiaçı tanımış və onlar qeyri-rəsmi nikahda birlikdə yaşamışlar. İddiaçı xx.xx.2023-cü il tarixdə mail adresi ilə Müdafiə Nazirliyinin elektron poçt ünvanına müraciət ünvanlayaraq qeyrirəsmi nikahda yaşadığı kapitan Cavabdeh ona qarşı qanunsuzluqlar etdiyini, ondan aldığı pul borcunu geri qaytarmadığını, onu və azyaşlı övladına fiziki zor tətbiq etdiyini, ona məxsus olan qızıl zinət əşyalarını satdığını, pulu ona geri qaytarmadığını , həmçinin xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna ərizə ilə müraciət edərək qeyri-rəsmi nikahda yaşadığı kapitan Cavabdeh ona qarşı ganunsuzluqlar etdiyini, ondan aldığı pul borcunu geri qaytarmadığını, onu və azyaşlı övladına fiziki zor tətbiq etdiyini bildirmiş və həmin müraciətlər Müdafiə Nazirliyi 6-cı Təhqiqat bölməsində araşdırma aparılmış və müəyyən olunmuşdur ki, sonuncu izahatında kapitan Cavabdeh ilə 2018-ci ilin iyul ayında molla kəbini ilə ailə həyatı qurduğunu, 2022-ci ilin oktyabr ayınadək bir yerdə ailə kimi yaşadıqlarını, daha sonra ayrıldıqlarını, birgə yaşadıqları müddət ərzində kapitan Cavabdeh yaşadıqları ünvan 1 ünvanındakı ona məxsus olan mənzildə 2021-ci tarixdə övladi X2 fiziki zor tətbiq edərək baş nahiyəsinə sillə və yumruq zərbələri vurduğunu, ona isə 2022-ci ilin iyul ayında fiziki zor tətbiq edərək baş nahiyəsinə sillə və yumruq zərbələri vurduğunu, kapitan Cavabdeh ilə birlikdə yaşadığı dövr ərzində sonuncunun ona maddi olaraq 22 700 manat ziyan vurduğunu, həmin pulları ondan müxtəlif vaxtlarda borc adı ilə alaraq qaytarmadığını, belə ki, 2019-cu il tarixdə ona məxsus olan 600 manat dəyərindəki qızıl-zinət əşyalarını satdığını, pulunu borc adı ilə alaraq geri qaytarmadığını, qızı xəstə olduğu üçün kapital bankdan 13300 manat kredit götürdüyünü, 5000 manat pulu kapitan X1 borc kimi verdiyini, Kapitan Cavabdeh onun video ve foto görüntülərini mobil telefonuna şəbəkədə yaymaqla bağlı ona hədə qorxu geldiyini, ona verdiyi borc pulu ondan istəməməsini dediyini, kapitan Cavabdeh atasının qəbir daşının düzədilməsi üçün sonuncuya 1200 manat pul verdiyini, kapitan Cavabdeh anasının dişinin düzəldilməsinə 100 manat pul ödədiyini, kapitan Cavabdeh ailəni ilə birlikdə onun yaşadığı ünvanın yaxınlığındakı evdə kirayədə yaşadığını, 600 manat kirayə haqqını ödədiyini, 2020-ci ildə qurbanlıq qoyun üçün yığdığı 150 manat pulu kapitan Cavabdeh ondan qoyun almaq üçün götürdüyünü və qoyun almadığını, özü üçün xərclədiyini, kapitan Cavabdeh ona maxsus olan 80 manatlıq poverbankı 2020-ci ilde götürdüyünü və geri qaytarmadığını, kapitan Cavabdeh xx.xx.2018-ci il tarixdən 27.09 2022-ci il tarixədək N nömrəli hərbi hissənin səfərbərlik bölməsi rəisinin köməkçisi vezifende xidmet etdiyini, həmin xidmət müddətində səfərbərliklə bağlı çağrışçıların bir neçəsinin hərbi biletlərinə döyüş zamanı yaralanmaları ilə qeydlər apararaq hərbi hürü ilə möhürlədiyini, bunun qarşılığında rüşvət aldığını, bu işde kapitan Ramin Əbülfət oğluna hərbi hissənin məxfi hissə rəisi gizir Tağıyevin ona köməklik etdiyini, möhürü seyfi açaraq ona verdiyini, bunun üçün də 5000-6000 manat pul qarşılığında istədikleri hərbi hissələrə yerləşdirməsi öz təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixli Qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi hallarla bağlı istintaq orqanına müraciət etmiş, Müdafiə Nazirliyi 6-cı Təhqiqat bölməsində araşdırma aparılmış və göstərdiyi hallar öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd olunmuşdur. MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə tərəfindən işin faktiki halları və sadalanan qanunvericilik normalarını qarşılıqlı təhlil edərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh 22 220 manat pul verməsi sübut olunmur. Məhkəmə həmçinin məhkəmə iclasında hər bir məbləğ üzrə dəyərləndirmə aparmış, iddiaçı pul vəsaitinin cavabdehə verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin nümayəndəsi isə hər bir tələb üzrə yalan iddia olduğunu bildirərək iddianı etiraf etməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri və MPM-nin 213, 214, 216-220, 227, 233.1-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 156, 60 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1167/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1167/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver