Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-117/2021 18.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı və vəkili X6, İddiaçı X19, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikasının Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə rayon”ASAN xidmət” Mərkəzində notariat kontoruna qarşı “15.09.2017-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə və iddiaçı X28 cavabdehlər Cavabdeh və İddiaçı qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikasının Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə rayon” ASAN xidmət Mərkəzində notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 15.09.2017-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 0,047 ha torpaq sahəsi 04 mart 1989-cu il tarixli təhkim aktı əsasında ona verilmişdir. Həmin torpaq sahəsini 26.01.2002-ci ildə 800 ABŞ dollarına X1. Onda olan məlumata görə həmin torpaq sahəsi sonradan digər şəxslərə satılmışdır. Təxminən 2017-ci ilin yay aylarında hazırki iş üzrə Cavabdeh Sabir oğlu onunla görüşərək bildirdi ki, onun mülkiyyətində qalmış torpaq sahəsini sonuncu dəfə o almışdır. Ancaq mülkiyyət hüquqları onun adında qaldığından o, həmin torpaq sahəsini və onun üzərində tikilmiş evi öz adına rəsmiləşdirə bilmir. Ondan xahiş etdi ki, Asan Xidmət Mərkəzinə gedib sənədləşmə işlərini rəsmiləşdirilməsinə kömək etsin. Ona bildirmişdir ki, sözügedən torpaq sahəsini mərhum bacısı Gültəkin Şirinova almış və sonradan 2017-ci ildə vəfat etdmişdir. Bacısı Gültəkinin ondan başqa kimsəsi yoxdur. Bu səbəbdən evi rəsmiləşdirə bilmir. Həmin torpaq sahəsi və üzərində tikilmiş evin kommunal xərc qəbzlərini ona göstərmiş və həmin ödəniş qəbzlərinin Gültəkin Şirinovanın adından ödəndiyi gördükdən sonra Cavabdeh inanmışdı. Həmin torpağı onsuz da uzun illər əvvəl satdığından və həmyerli oduqlarından ona etibra etmişdir. Cavabdeh ASAN Xidmət Mərkəzində növbəti dəfə əziyyət çəkməməsi üçün Amil adlı şəxsə etibranamə verməyini xahiş etdi və o, X2 torpaq sahəsinə dair sərəncam verməsi barədə etibarnamə vermişdir. Bu barədə həyat yoldaşı da notarial razılıq ərizəsi vermişdir. Bundan sonra, sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını 31.08.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində rəsmiləşdirilmiş və onun adına ******* nömrəli “Çıxarış” verilmişdir. Qeyd edir ki, etibarnaməni verdikdən sonra onun qalan işlərdən xəbərim olmamışdır. Yəni, nə çıxarışı almış, nə alqı-satqı müqaviləsi bağlanan zaman orada iştirak etməmiş, nə də pul almamışdır. Onun verdiyi etibarnamə əsasında X3 Aqil Mədan oğluna etibarnamə vermiş və Aqil Nağıyev Cavabdeh verdiyi etibarnamə əsasında X23 arasında 15.09.2017-ci il tarixdə Asan Xidmət Mərkəzində alqı-satqı müqaviləsi ilə sözügedən torpaq sahəsi Cavabdeh satılmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə görə guya Cavabdeh həmin torpağın ondan alınmasına görə ona 10.000 manat vermişdir. Hansı ki, yuxarıda qeyd etdiyi kimi torpağı 18 il bundan əvvəl satmış və özü alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etməmişdir və ona hər-hansı məbləğdə pul vəsaiti verilməmişdir. Yalnız bu günlərdə ona məlum olmuşdur ki, torpağın və üzərində tikilmiş evin sahibi Gültəkin Şirinovanın həyat yoldaşı Səməd Həsənov adlı şəxs Bərdə rayon Polis Şöbəsinə şikayət etmiş və həmin iş üzrə araşdırma zamanı sözügedən torpaq sahəsinin onun adından Cavabdeh satılması aşkar edilmişdir. Bundan sonra ona məlum oldu ki, mərhum Gültəkin Şirinovanın həyat yoldaşı və bir qızı da var imiş. Cavabdeh ona olan inamımdan sui-istifadə edərək onu aldatmış və əslində Gültəkin Şirinovaya məxsus olan evi özününküləşdirmişdir. Belə olan halda özünün Cavabdeh digər bir şəxsə qarşı etdiyi haqsızlığın səbəbkarı hesab edir və insafsızlığın, vicdansızlığın onun əli ilə edilməsinə göz yuma bilmir. Hazırki iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki, ünvan 1 ünvanda yerləşən 0,047 ha torpaq sahəsi 31.08.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsində onun adına rəsmiləşmiş və mənim verdiyim etibarnamə əsasında 15 sentyabr 2017-ci il tarixdə alqı-satqı olunmuşdur. Hesab edir ki, hazırda mübahisələndirdiyi daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibar edərək aldanmağı nəticəsində bağlandığından Azərbaycan Respublikası MM-nin 339-cu maddəsinə müvafiq olaraq etibarsız sayılmalı və bu alqı-satqının doğurduğu hüquqi nəticələr ləğv edilməlidir. İddiaçı X28 cavabdehlər Cavabdeh və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və İddiaçı tikdirdiyi evə görə onun xeyrinə 28000 manat çəkdiyi xərcin və 30 manat dövlət rüsumunun müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X28 iddia ərizəsini belə əsaslandırmışdır ki, o, təhkim aktına aldanaraq İddiaçı aid 0.05 ha torpaq sahəsini bacısı- X8 almışdır. Bacısı olduğuna görə öz aralarında razılaşaraq 800 ABŞ dollarına 0.05 ha torpaq sahəsini Südabədən almış və içərisində 2006-cı ildən 2 otaq, 1 mətbəxdən ibarət ev tikdirib normal təmir etdirmişdir. Bundan sonra, 15.09.2017-ci ildə cavabdeh Raquf torpağın ilk sahibini taparaq ələ keçirmək üçün içərisində onun evi olmasına baxmayaraq alqı-satqı müqaviləsi ilə torpaq almışdır. Bundan sonra cavabdehlər onu məhkəməyə vermişdir. Məhkəmə qətnaməsi ilə alqı-satqı müqaviləsi etibarlı sayılmışdır. O, ev tikilməsinə 28000 manat xərc çəkmişdir. Ona görə də hesab edir ki, cavabdehlərdən müştərək qaydada 28000 manat alınaraq ona verilməlidir. Bərdə rayon Məhkəməsinin 2(021)1681\2020 saylı 18.09.2020-ci il tarixli qərardadı ilə 2(021)1681\2020 saylı və 2(021)2414\2020 saylı mülki işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək, öz iddiasının təmin olunmasını, X19 iddia tələbinin ona münasibətdə isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı İddiaçı vəkili X11 iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək, İddiaçı iddiasının təmin olunmasını, X19 iddia tələbinin İddiaçı münasibətdə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı X28 iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qəbul etməyərək, hər iki iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil iddia tələblərini qəbul etməyərək, hər iki iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən hər iki iddia tələbi rədd olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 25.05.1961-ci il tarixdə Bərdə rayon Hacallı kəndində anadan olmuşdur. Bərdə şəhər Təbriz küçəsi ev 4-də qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş İddiaçı Bərdə şəhər Təbriz küçəsi ev 4-də yaşayır. Mülki işə əlavə edilmiş AZE seriyalı, 09295936 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X28 03.01.1961-ci ildə Tərtər rayonu, Xoruzlu kəndində anadan olmuşdur. Bərdə rayonu, Qazaxlar kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3463 saylı 30.07.2020-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə şəhər M.Hüseynzadə küçəsi ev 74-də yaşayır. Mülki işə əlavə edilmiş Bərdə şəhər X33 tərəfindən verilmiş Rəydən görünür ki, İddiaçı iddia ərizəsində göstərdiyi daşınmaz əmlak olan 2 otaq 1 mətbəxdən ibarət orta təmirli 5 sot torpaq sahəsində yerləşən evə baxmadan 28000 manat kimi qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş 13.09.2017-ci il tarixli, AR-İ seriyalı, 553076 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən X14 etibarnamədən adıçəkilən səlahiyyətlər verilmiş, etibarnamənin 27 gün müddətinə verilməsi və 10.10.2017-ci il tarixədək qüvvədə olması müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş 14.09.2017-ci il tarixli, AR-İ seriyalı, 553079 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən X15 etibarnamədən adıçəkilən səlahiyyətlər verilmiş, etibarnamənin 26 gün müddətinə verilməsi və 10.10.2017-ci il tarixədək qüvvədə olması müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı, 31.08.2017-ci il tarixli Çıxarışın surətindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən 0.047 ha torpaq sahəsi İddiaçı tam xüsusi mülkiyyətindədir. Mülki işə əlavə edilmiş İİİ-JQ № 458845 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı oğlu ilə X4 24.12.1985-ci ildə Bərdə rayon VVAQ şöbəsində 357 saylı akt qeydi ilə nikah bağlamışlar. Mülki işə əlavə edilmiş 15.09.2017-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən satıcı İddiaçı DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən 31.08.2017-ci il tarixdə İddiaçı verilmiş **********21 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.047 ha olan torpaq sahəsi alıcı Cavabdeh 10000 manata satmışdır. Həmin müqavilədən görünür ki, müqaviləni satıcı İddiaçı adından X22, alıcı Cavabdeh adından X23 imzalamışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş 03.10.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 0.047 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Daşınmaz Əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/5013 saylı Arayışdan görünür ki, tam mülkiyyət üzrə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.047 ha olan torpaq sahəsin 29.08.2017-ci il tarixə olan bazar dəyəri 10000 manat təşkil edir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 10.10.2018-ci il tarixli, 2(021)-3568/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X19 cavabdehlər İddiaçı və Cavabdeh qarşı cavabdehlər arasında 15.09.2017-ci il tarixində AN-İ № ******* nömrəsi ilə qeydiyyata alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə tələbi əsassız olduğundan təmin edilməmişdir. Mülki işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 19.03.2019-cu il tarixli, 2(104)- 1077/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 10.10.2018-ci il tarixli, 2(021)-3568/2018 saylı qətnaməsindən iddiaçı X28 tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 10.10.2018-ci il tarixli, 2(021)-3568/2018 saylı qətnaməsi tamamilə ləğv edilmiş və yeni qətnamə çıxarılmış, iddiaçılar X28 və X13 cavabdehlər İddiaçı və Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddiası rədd edilmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 18.09.2019-cu il tarixli, 2(021)2691/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X28 cavabdehlər İddiaçı, Cavabdeh, maraqlı şəxslər X22 və X15 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər arasında 15 sentyabr 2017-ci il tarixində AN-İ № ******* nömrəsi ilə qeydiyyata alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş lakin iddia tələbi təmin olunmamışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)3502\2020 saylı 22.07.2020-ci il tarixli Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 20.09.2019-cu il tarixli 2(104)254/2019 saylı qətnaməsindən iddiaçı X28 və vəkili tərəfindən verilmiş kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti təmin olunmamışdır. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Gəncə apellyasiya məhkəməsinin 12.12.2019-cu il tarixli 4562/19 saylı qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin 18.09.2019-cu il tarixli, 2(021)2691/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 20 sentyanr 2019-cu il tarixli 254/19 saylı qətnaməsindən görünür ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X9 Rayon Məhkəməsinin 30.01.2018-ci il tarixli 2(021)-1116 /2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin apellyasiya şkayəti təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 30.01.2018-ci il tarixli 2(021)-1116 /2018 saylı qətnaməsi ilə ilkin iddia təmin edilərək, cavabdeh X28 iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və 0,047 ha torpaq sahəsindən çıxarlması qət olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestri xidmətinin 7 saylı ərazi idarəsi tərəfindən Cavabdeh adına 03.10.2017-ci il tarixdə verilmiş ******* nömrə ilə qeydiyyata alınmış çıxarışın və **********21 -10301 nömrə ilə qeydə alınmış texniki pasportun ləğv edilməsinə dair qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)1744\2020 saylı 09.06.2020-ci il tarixli Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 20.09.2019-cu il tarixli 2(104)254/2019 saylı qətnaməsindən iddiaçı X28 və vəkili tərəfindən verilmiş kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti təmin olunmamışdır. Mülki işə əlavə edilmiş Bərdə rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması barədə 14.05.2020-ci il tarixli qərarından görünür ki, X28 04 mart 2020-ci il tarixdə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 26.05.2017-ci il tarixdə mərhum arvadı X5 xərçəng xəstəliyindən dünyasını dəyişdikdən sonra arvadının qardaşı Cavabdeh 31 avqust 2017ci il tarixdə dələduzluq edərək saxta sənəd düzəltdirib hazırda yaşadığı Bərdə şəhəri M.Hüseynzadə küçəsi ev 74 ünvanında olan mənzilini bügunə kimi əlindən almaq istədiyini bildirmiş, həmin məlumat üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə nəzərdə tutulan dələduzluq cinayət əməlinin tərkib əlamətləri yoxdur. Belə ki, material üzrə X28 hazırda mülk mübahisəsi ilə əlaqədar Gəncə Apelyasiya Məhkəməsinin qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə, İddiaçı isə AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı Bərdə rayon məhkəməsinə müraciət etmişdir. Bundan başqa Cavabdeh İddiaçı aladadaraq X19 yaşadığı torpağ sahəsini ələ keçirməsi faktını sübuta yetirmək mümkün olmamışdır. Belə olan halda isə Səməd Həsənovun tələbinin mülki xarakterli olmasını nəzərə alaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli, Səməd Həsənova müraciəti ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə ƏQ-131/2020 saylı 23.11.2020-ci il tarixli Mütəxəssis Rəyindən görünür ki, Bərdə şəhəri M.Hüseynzadə küçəsi ev 74 saylı ünvanında 0.047 ha torpaq sahəsinin üzərində inşa edilmiş, üzmumi sahəsi 58.6 kv.m –dən ibarət , bir mərtəbəli fərdi yaşayış evinin (yerləşdiyi torpaq sahəsi nəzərə alınmadan) 23.11.2020-ci il tarixə bazar dəyəri 30000 (otuz min) manat dəyərində qiymətləndirilmişdir. Qiymətləndirmə xərci 300 manat təşkil edir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı H.Səmədov tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş 31.08.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 0.047 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmış torpaq sahəsi satıcı İddiaçı tərəfindən 15.09.2017-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən alıcı Cavabdeh 10000 manata satılmışdır. Bundan sonra Azərbaycan Respublikasının Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş 31.08.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 0.047 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş İddiaçı Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikasının Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə rayon”ASAN xidmət” Mərkəzində notariat kontoruna qarşı “15.09.2017-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” və iddiaçı X28 cavabdehlər Cavabdeh və İddiaçı qarşı “pul” tələblərinə dair iddialardan ibarətdir. İddiaçı “15.09.2017-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia tələbi o, səbəbdən irəli sürülmüşdür ki, İddiaçı barəsində Bərdə rayon polis şöbəsində araşdırılma aparılmış o da barəsində cinayət işi olacağından ehtiyyat etmişdir. Bu səbəbi o özü məhkəmə iclasında bildirmişdir. Məhkəmə həmin tələblə bağlı qeyd edir ki, iş üzrə məhkəmə qətnamələri olmuş və həmin qətnamələrdən İddiaçı xəbəri olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 389.1-ci maddəsində müqavilənin anlayışı verilmişdir. Həmin anlayışa görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki huquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 34-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatını vermiş və həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Mülki Məcəllənin 390.1. və 405.1. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi tərəflər öz iradə ifadələrini realizə edərək mövcud alqı-satqı müqavilələrini bağlamışlar. Məhkəmənin fikrincə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Məhkəməhəmçinin qeyd edir ki, əqdin etibarsızlığına dair müddət 1 il müəyyən olunmuşdur. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_8.htm Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Sadalanan qanunvericilki normalarından görünür ki, qanunla müəyən olunmuş bir illik müddət ötrüldüyündən İddiaçı iddiası təmin oluna bilməz. Məhkəmə iddiaçı X19 cavabdehlər Cavabdeh və İddiaçı qarşı “pul” tələbinə dair iddiası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A- 52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı). Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər huquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında muqavilələr notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət huququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə kecir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə sadalanan qanunvericilik normalarına istinad edərək qeyd edir ki, nə qədər ki, məhkəmə qətnamələri ilə Cavabdeh vicdanlı alıcı olması nəzərə alındığından ona münasibətdə pul tələbinə dair iddia təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, digər cavabdeh İddiaçı münasibətdə də pul tələbi təmin oluna bilməz. Belə ki, onun hüquqi məsuliyyəti məhkəmə qətnamələri nəzərə alınmaqla pozuntu törətmədiyi qiymətləndirilir və Mülki Məcəllənin müddəlarının təsiri altına düşmədiyi müəyyən olunur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddia rədd olunduğundan ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməlidir. İdda tələbi rədd olunduğundan qiymətləndirmə ilə bağlı 400 manat xərc X16 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikasının Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə rayon”ASAN xidmət” Mərkəzində notariat kontoruna qarşı “15.09.2017-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia təmin olunmasın. İddiaçı X28 cavabdehlər Cavabdeh və İddiaçı qarşı “pul” tələbinə tələbinə dair iddia təmin olunmasın. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı X24 aid edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qiymətləndirmə ilə bağlı 400 manat xərc X16 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC Yevlax filialı, Kod:509299, VÖEN: ********** (bankın VÖENİ), H/h: AZ61BRES********************, M\h: AZ80NABZ********************, SWİFT:BRESAZ722 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-117/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-117/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver