Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-1180/2021 24.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hаkimi Kərimov Əyyub Vaqif оğlu Kreditor X4 Borclu qarşı «borcun ödənilməsi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Kreditor X8 Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək Borclu 06.06.2020-ci il tarixli, 438 nömrəli müqavilə üzrə 138 manat manat əsas borc, 35 manat cərimə borcu olmaqla cəmi 173 manat borcun, 12.09.2020-ci il tarixli, 717 saylı müqavilə üzrə 439 manat əsas borc, 170 manat cərimə borcu olmaqla cəmi 609 manat borcun, ümumilikdə hər iki müqavilə üzrə 782 manat pulun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki Şəxsin X7 Şəhadətnaməyə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 06.06.2020-ci il tarixdə Borclu ilə 438 saylı alqı-satqı müqaviləsi bağlamış, müqaviləyə əsasən borcluya 6 ay müddətinə dəyəri 390 manat olan “Redmi 8” markalı mobil telefon satmışdı. Həmçinin 12.09.2020-ci il tarixdə Borclu ilə arasında bağlanmış 12.09.2020-ci il tarixli, 717 saylı alqı-satqı müqaviləsinə əsasən borcluya 6 ay müddətində ödəmək şərti ilə 439 manat dəyərində “Redmi 9” markalı satmışdır. Borclu aldığı mobil telefonların dəyərini hissə-hissə ödəməsini öhdəsinə götürməsinə baxmayaraq hər iki müqavilə üzrə borcu ödəməkdən imtina etmişdir.Hal-hazırda borclunun 06.06.2020-ci il tarixli, 438 nömrəli müqavilə üzrə 138 manat manat borcun, 35 manat cərimə borcu olmaqla cəmi 173 manat borcun, 12.09.2020-ci il tarixli, 717 saylı müqavilə üzrə 439 manat əsas borc, 170 manat cərimə borcu olmaqla cəmi 609 manat borcun, ümumilikdə hər iki müqavilə üzrə 782 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcu ödəməmişdir. Odur ki, borcludan 06.06.2020-ci il tarixli, 438 nömrəli müqavilə üzrə 138 manat manat borcun, 35 manat cərimə borcu olmaqla cəmi 173 manat borcun, 12.09.2020-ci il tarixli, 717 saylı müqavilə üzrə 439 manat əsas borc, 170 manat cərimə borcu olmaqla cəmi 609 manat borcun, ümumilikdə hər iki müqavilə üzrə 782 manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş edir. Təqdim edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş: X8 ilə alıcı Borclu arasında bağlanmış 06.06.2020-ci il tarixli, 438 saylı Alqı-satqı müqaviləsindən görünür ki, X2 Vidadi Xəlil oğluna “Redmi 8” markalı mobil telefon satmış, müqavilənin şərtlərinə əsasən Borclu 6 ay müddətində hər ay 65 manat olmaqla ümumilikdə 390 manatı X5 ödəməyi öhdəsinə götürmüşdür. X8 ilə alıcı Borclu arasında bağlanmış 12.09.2020-ci il tarixli, 717 saylı Alqı-satqı müqaviləsindən görünür ki, X2 Vidadi Xəlil oğluna “Redmi 9” markalı mobil telefon satmış, müqavilənin şərtlərinə əsasən Borclu 6 ay müddətində hər ay 73.17 manat olmaqla ümumilikdə 439 manatı X5 ödəməyi öhdəsinə götürmüşdür. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22.01.2021-ci il tarixli, 190/01 nömrəli arayışdan görünür ki, X3 rayonu Alaçadırlı kəndində yaşayır. AZE 15131516 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 05.10.1981-ci ildə Bərdə rayonu, Alaçadırlı kəndində doğulmuş, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki şəxsin X7 ********** nömrəli (VÖEN) Şəhadətnamənin surətindən görünür ki, X1 fəaliyyəti ilə məşğul olur. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu xx.xx.1971-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən borclu üzərinə bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və kreditora olan borcunu tam qaytarmamışdır. Nəticədə öhdəliklərini kreditor qarşısında tam icra etməyən Borclu kreditor X5 cəmi 782 manat məbləğində borcu (əsas) yaranmışdır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditorun tələbinin aşkar olunduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 276.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanarsa məhkəmə əmri verilə bilər. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab edirəm. Bundаn bаşqа MPM-in 119.1-ci mаddəsinə əsаsən iş üzrə ödənilmiş dövlət rüsumu dа bоrcluyа аid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 275-276, 280-282, 284-cü maddələrini rəhbər tutaraq əmr etdim: xx.xx.1971-ci ildə (AA*******) doğulmuş, Bərdə şəhəri Ş.İsmayılov küçəsi ev 34-də qeydiyyatda olmaqla yaşayan Borclu oğlundan 06.06.2020-ci il tarixli, 438 nömrəli müqavilə üzrə 138 manat manat borcun, 35 manat cərimə borcu olmaqla cəmi 173 manat borcun, 12.09.2020-ci il tarixli, 717 saylı müqavilə üzrə 439 manat əsas borc, 170 manat cərimə borcu olmaqla cəmi 609 manat borcun, ümumilikdə hər iki müqavilə üzrə 782 (yeddi yüz səksən iki ) manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu alınaraq X4 xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(021)-1180/2021
Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-1180/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver