Məhkəmə qərarları › İş №2(021)-1188/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1188/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1188/2023 22.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bərdə rayon Hacılar kənd sakini X1 470 manat, Unibank KB ASC-dən isə ona dəymiş olan 3530 manat maddi ziyanın və ödənilmiş 60 manat dövlət rüsumunun alınıb ona verilməsinə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Unibank KB ASC-nin Bərdə rayon filialından müəyyən bir məbləğdə kredit götürmüşdür. Götürmüş olduğu krediti maddi imkanının aşağı olması ilə əlaqədar ödəyə bilmədiyindən bank ondan pulun alınması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bərdə rayon Məhkəməsinin qərarı ilə banka borclu olduğu pulun onun əmək haqqısından tutulması qərara alınmışdır. O, həmin zamanlar Azərişıq idarəsində işləmişdir. Məhkəmə qətnaməsinin icra vərəqəsi icra olunması üçün icra şöbəsinə yönəldilmiş və Unibank KB ASC- nin Bərdə rayon filialı onun əmək haqqından pulun tutulması üçün kredit kodunu Azərişıq idarəsinə verməli idi. Lakin hazırki iş üzrə cavabdeh olmuş Bərdə rayon Hacılar kənd sakini Cavabdeh1 adına Unibanka borclu olduğu kredit borcu üzrə məhkəmə qərarı və pulun tutulması ilə bağlı icra vərəqəsi olmuşdur. Unibank KB ASC-nin Bərdə rayon filialı Azərişıq İdarəsinə onun kredit kodunu verməli olduqları halda yanlış olaraq Cavabdeh1 kredit kodunu vermişlər və onun əmək haqqından tutulan xx.xx.2017-ci il tarixdə 270.72 manat xx.xx.2017-ci il tarixdə 100 manat və xx.xx.2018-ci il tarixdə 100 manat yanlış olaraq Cavabdeh1 kredit borcundan silinmişdir. Hal-hazırda Cavabdeh1 və Unibank KB ASC mənim Cavabdeh1 adına ödəmiş olduğu kredit borcu olan 470,72 manat pulu ona ödəməmişdir. Bank əməkdaşının səhlənkar hərəkəti nəticəsində ona ziyan dəymiş, onun pulu mənimsənilmişdir. 2017-ci il tarixdən ödənilmiş olan 470 manat pul indiki faizlə hesablanarsa ona 3530 manat dəyərində ziyanlıq dəymişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)1188/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X3 iddia tələbinin banka aid hissədə təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh1 və Bərdə Rayon İcra və Probasiya Şöbəsinə qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. . Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə işdə iştirak edən şəxslərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE №0******* Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Bərdə rayon Kafarlı kəndində anadan olmuşdur. Bərdə rayon Kafarlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan- Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Kafarlı kəndində yaşayır. Mülki işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli Ödəniş Tapşırığından görünür ki, məhkəmə qərarları əsasında kredit borcu olan "xxxx" ASC işçilərinin noyabr 2017 əmək haqqından tutulan vəsait "xxxx" KB ASC-nin tranzit hesabına 3393.80 manat ödənilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli cədvəldən görünür ki, məhkəmə qərarı əsasında xx.xx.2017-ci il tarixli 2(021)1350 saylı icra sənədi üzrə kredit borcu olan "xxxx" ASC (VÖEN **********) işçisi İddiaçı əmək haqqından 100 manat vəsait tutularaq (filial kodu 510868) AZ37UBAZ**********1010AZN002 hesabına ödənilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli Ödəniş Tapşırığından görünür ki, məhkəmə qərarları əsasında kredit borcu olan "xxxx" ASC işçilərinin noyabr 2017 əmək haqqından tutulan vəsait "xxxx" KB ASC-nin tranzit hesabına 2958.06 manat ödənilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli cədvəldən görünür ki, məhkəmə qərarı əsasında xx.xx.2017-ci il tarixli 2(021)1350 saylı icra sənədi üzrə kredit borcu olan "xxxx" ASC (VÖEN **********) işçisi İddiaçı əmək haqqından 270.72 manat vəsait tutularaq (filial kodu 510868) AZ37UBAZ**********1010AZN002 hesabina ödənilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli Ödəniş Tapşırığından görünür ki, məhkəmə qərarları əsasında kredit borcu olan "xxxx" ASC işçilərinin noyabr 2017 əmək haqqından tutulan vəsait "xxxx" KB ASC-nin tranzit hesabına 14180,62 manat ödənilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli cədvəldən görünür ki, məhkəmə qərarı əsasında xx.xx.2017-ci il tarixli 2(021)1350 saylı icra sənədi üzrə kredit borcu olan "xxxx" ASC (VÖEN **********) işçisi İddiaçı əmək haqqından 100 manat vəsait tutularaq (filial kodu 510868) AZ37UBAZ**********1010AZN002 hesabina ödənilmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)1188/2023 saylı qərardadı ilə İddiaçı nunulğȯ cavabdehlər Əlı̇ yeva Gülxanım Çərkəz qızına, "knaḃ ınU" Kommersı̇ ya X7 Cəmı̇ yyətinə qarşı “pul və ziyan” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-1350/17 saylı xx.xx.2017-ci il tarixli icra sənədi əsasında Azərişıq ASC-nin işçisi İddiaçı əmək haqqından xx.xx.2017-ci il tarixdə 100 manat, xx.xx.2017-ci il tarixdə 270.72 manat , xx.xx.2018-ci il tarixdə tutulmuş 100 manat manat pul vəsaitlərinin (filial kodu 510868) köçürüldüyü AZ37UBAZ**********1010AZN002 hesab nömrəsinin kimə məxsus olması barədə məlumatların "knaḃ ınU" KB Açıq Səhmdar Cəmı̇ yyətidən götürülməsi barədə qərar qəbul olunmuşdur. Mülki işə əlavə edilmiş "knaḃ ınU" Kommersı̇ ya X7 Cəmı̇ yyətinin Bərdə Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(021)-1188/2023 saylı qərarının icrası ilə əlaqədar cavab məktubunda qeyd olunmuşdur ki, məhkəmə qərarında qeyd olunmuş AZ37UBAZ**********1010AZN002 saylı hesab xx.xx.1953-cü il təvəllüdlü Cavabdeh1 (FİN: 354TW6T) məxsusdur. Mülki işə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 60 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1350/17 saylı xx.xx.2017-ci il tarixli icra sənədi əsasında Azərişıq ASC-nin işçisi İddiaçı əmək haqqından xx.xx.2017-ci il tarixdə 100 manat, xx.xx.2017-ci il tarixdə 270.72 manat , xx.xx.2018-ci il tarixdə tutulmuş 100 manat manat pul vəsaitləri səhvən (filial kodu 510868) AZ37UBAZ**********1010AZN002 hesab nömrəsinə köçürülmüşdür. AZ37UBAZ**********1010AZN002 saylı hesab xx.xx.1953-cü il təvəllüdlü Cavabdeh1 məxsus olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarnı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2 ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla Cavabdeh1 470 manat borc tələbi hissəsində təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" KB ASC-dən əldə çıxmış faydanın ödənilməsini tələb etsə də, bu hal sübutlar vasitəsi ilə əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. İddiaçı, cavabdehin göstərilən hərəkəti nəticəsində əldən çıxmış faydanın məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, əldən çıxmış faydanın sübut olunması üçün iddiaçının hər hansı bir sübut təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh1 alınaraq iddiaçıya ödənilməli, qalan 30 manat hissəsi isə İddiaçı aid ediməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia qismən təmin edilsin. Cavabdeh1 470 (dörd yüz yetmiş) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh1 alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan 30 manat hissəsi İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar