Məhkəmə qərarları › İş №2(021)-1198/2021

Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-1198/2021

26.02.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-1198/2021 26.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə rayon məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlu Bərdə şəhəri Koroğlu küçəsi 111-də yaşayan X2nın Bərdə şəhəri Vaqif küçəsi ev 113-də yaşayan borclu Kreditor qarşı alimentin alınması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: X2 məhkəməyə ərizə verərək 06 avqust 1966-cı ildə Bərdə rayonunda anadan olmuş, Bərdə şəhəri Vaqif küçəsi ev 113-də yaşayan Kreditor hər ay 30 noyabr 2010-cu il təvəllüdlü X4, 25 aprel 2014-cü il təvəllüdlü X1 üçün aliment tutulub onun xeyrinə verilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 2009-cu ildə Kreditor ilə qeyri-rəsmi ailə qurmuşlar. Birgə yaşadıqları dövürdə 30 noyabr 2010-cu il təvəllüdlü X7 və 25 aprel 2014-cü il təvəllüdlü X10 adlı iki uşaqları anadan olmuşdur. Onlar aralarında olan narazılıqlara görə 2015-ci ildən ayrı yaşayırlar. Həmin vaxtdan uşaqlar onun himayəsində yaşayır. Heç bir yerdə işləmir, maddi vəziyyəti pisdir, borclu könüllü olaraq əlavə heç bir maddi yardım və ya köməklik etmir. O isə uşaqları təkbaşına saxlamaqda çətinlik çəkir. Respublikada hər şeyin qiyməti artır və tələbat çoxalır. Borculunun hər ay hər uşağın saxlanılması üçün aliment ödəməyə imkanı vardır. Təqdim edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə Regional “ASAN-Xidmət” X11 tərəfindən verilmiş 15 sentyabr 2017-ci il tarixli AZ-İİİ 995427 və AZ-İİİ 995428 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, tərəflərin birgə münasibətlərindən 30 noyabr 2010-cu ildə X7 və 25 aprel 2014-cü ildə X10 adlı uşaqları anadan olmuşdur. AZE 08339555 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 14.02.1975-ci ildə Bərdə rayonu Kələntərli kəndində doğulmuş həmin ünvanda qeydiyyatdadır. AZE ******** seriya nömrəli şəxsiyyəti vəsiqəsinin surətindən görünür ki, Kreditor xx.xx.1966-cı ildə Bərdə şəhərində doğulmuş Bərdə şəhəri Vaqif küçəsi ev 113-də qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 1605 nömrəli, 25.02.2012-ci il tarixli arayışdan görünür ki, X3 şəhəri Koroğlu küçəsində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlərdən uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Belə hesab edirəm ki, Kreditor könüllü olaraq uşaqlarına maddi yardım göstərmədiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən uşaqların saxlanılması üçün ondan aliment tutulub X8 verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddədə qeyd edilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası MPM-nin 276.2 və 276.2.4-cü maddələrinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Kreditor qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulub X9 verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 275-276, 280- 282, 284-cü maddələrini rəhbər tutaraq ƏMR EDİRƏM: 06 avqust 1966-cı ildə (AZE********) Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri Vaqif küçəsi ev 113-də yaşayan Kreditor 30 noyabr 2010-cu il təvəllüdlü X4, 25 aprel 2014-cü il təvəllüdlü X1 üçün X6 xeyrinə uşaqlar yetkinlik yaşına çatana kimi 26 fevral 2021-ci ildən başlayaraq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulsun. Məhkəmə əmri dərhal icra olunsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar